272110. "3 yaşına kimi uşaqlara verilən müavinətlər" maddəsinə 3 yaşına çatmamış uşaqlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.
272120. "İstefada olan hərbçilərin və hərbi qulluqçuların uşaqlarına verilən müavinətlər" maddəsinə qanunvericiliyə uyğun olaraq istefada olan hərbçilərin və hərbi qulluqçulann uşaqlarına ödənilən müavinətlərlə bağlı xərclər daxildir.
272130. "Şəhid olanların uşaqlarına ödənilən müavinətlər" maddəsinə şəhid olanların uşaqlarına ödənilən müavinətlərlə bağlı xərclər daxildir.