282300. "Bank xərcləri" paraqrafına idarə və müəssisələrə banklar tərəfindən göstərilən bank xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclər daxildir.
282400. “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri” paraqrafına dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri daxildir.
310000. "Qeyri-maliyyə aktivlərinin alınması" bölməsinə qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclər daxildir. Bu bölmə "311000. Əsas və-saitlər", "312000. Maddi-istehsal ehtiyatları", "313000. Qiymətli materiallar" və "314000. Qeyri-istehsal aktivləri" köməkçi bölmələrindən ibarətdir.