311000. "Əsas vəsaitlər" köməkçi bölməsinə bina və tikililər, maşın və avadanlıqlar, digər əsas vəsaitlər alınması ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "311100. Bina və tikililər", "311200. Maşın və avadanlıqlar" və "311300. Digər əsas vəsaitlər" paraqraflarından ibarətdir.
311100. "Bina və tikililər" paraqrafına yaşayış binaları, qeyri-yaşayış binalan və digər tikililərlə bağlı xərclər daxildir. Bu paraqraf "311110. Yaşayış binaları", "311120. Qeyri-yaşayış binaları" və "311130. Digər tikililər" maddələrindən ibarətdir.