311110. "Yaşayış binaları" maddəsinə bütün təyinatlardan olan yaşayış binalarının alınması və tikintisi ilə bağlı xərclər daxildir. Bu maddə 2 yarımmaddədən - "311111. "Yaşayış binalarının alınması" və "311112. "Yaşayış binalarının tikintisi" yarımmaddələrindən ibarətdir.
311120. "Qeyri-yaşayış binaları" maddəsinə bütün təyinatlardan olan qeyri-yaşayış bina və tikililərin (inzibati, idarəetmə, hərbi təyinatlı bina və tikililərin) alınması və tikintisi ilə bağlı xərclər daxildir. Bu maddə 2 yarımmaddədən - "311121. "Qeyri-yaşayış binalarının alınması" və "311122. "Qeyri-yaşayış binalarının tikintisi" yarımmaddələrindən ibarətdir.