311130. "Digər tikililər" maddəsinə bütün təyinatlardan olan digər mülki bina və tikililərin, sosial-mədəni binaların, suvarma kanallarının, yolların və körpülərin tikintisi və inşası, həmçinin 311110-311120-cı maddələrə daxil edilməyən tikinti ilə bağlı digər xərclər daxildir. Bu maddə 2 yarımmaddədən - "311131. "Digər tikililərin alınması" və "311132. "Digər tikililərin inşası" yarımmaddələrindən ibarətdir.
311200. "Maşın və avadanlıqlar" paraqrafına müəssisə və təşkilatlar tərəfindən nəqliyyat vasitələrinin, digər maşın və avadanlıqların alınması ilə bağlı xərclər daxildir. Bu paraqraf "311210. Nəqliyyat vasitələri" və "311220. Digər maşın və avadanlıqlar" maddələrindən ibarətdir.