221300. "İdarənin digər xərcləri" paraqrafına idarədə işlənilən növ bütün mal və materialların, həmçinin qiyməti 100 manatdan çox olmayan mebel, avadanlıq, pərdə və başqa uzunmüddətli malların, qiyməti 100 manatdan çox və xidmət müddəti 1 ildən az olan avadanlıqların alınması, idarənin mühafizəsi, həmçinin əmlakın cari təmiri xərcləri daxil edilir. Bu paraqraf 3 maddədən ibarətdir.