221310. "İdarənin xərcləri" maddəsinə idarədə işlənilən bütün növ mal və materialların, həmçinin qiyməti 100 manatdan çox olmayan mebel, avadanlıq, pərdə və başqa uzunmüddətli malların, qiyməti 100 manatdan çox və xidmət müddəti 1 ildən az olan əşya və avadanlıqların alınması xərcləri daxildir. Həmçinin 221100-221200-cü paraqrafları üzrə Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə aid olan xərclər daxildir.
221320. "Cari təmir" maddəsinə əmlakın cari təmiri ilə bağlı xərclər, həmçinin meliorasiya və su təsərrüfatı sistemində istismar tədbirləri üzrə görülən torpaq işlərinə, çaylarda tənzimlənmə, sahilbərkitmə işlərinə, mexanizmlərə və nasos stansiyalarına sərf edilən yanacaq-sürtkü materialları və ehtiyat hissələri, cari təmirlə bağlı mal-materialların alınması ilə bağlı xərclər daxildir.