Büdcə xərclərinin iqtisadi təsnifatı


"Ölkədaxili ezamiyyətlər"



Yüklə 0,58 Mb.
səhifə10/70
tarix07.01.2022
ölçüsü0,58 Mb.
#85574
1   ...   6   7   8   9   10   11   12   13   ...   70
222100. "Ölkədaxili ezamiyyətlər" paraqrafına ölkə daxilindəki ezamiyyətlərlə bağlı xərclər daxildir.

222110. "Gündəlik yemək xərci" maddəsinə ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlər zamanı gündəlik yemək xərcləri ilə bağlı ödənişlər daxildir.

222120. "Mehmanxana (mənzil) və yol xərcləri" maddəsinə ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlər zamanı mehmanxana, mənzil, gediş və yol xərcləri ilə bağlı ödənişlər daxildir.

222200. "Xarici ezamiyyətlər" paraqrafına xarici ölkələrə ezamiyyətlər və xidməti səfərlərlə bağlı ödənişlər, həmçinin 222100-cü paraqraf üzrə Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə aid olan xərclər daxildir.

222210. "Gündəlik yemək xərci" maddəsinə xarici ezamiyyətlər və xidməti səfərlər zamanı gündəlik yemək xərcləri ilə bağlı ödənişlər daxildir.

222220. "Mehmanxana (mənzil) və yol xərcləri" maddəsinə xarici ezamiyyətlər və xidməti səfərlər zamanı mehmanxana, mənzil, gediş və yol xərcləri ilə bağlı ödənişlər daxildir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin