272140. "Qaçqınlara və məcburi köçkünlərə verilən müavinətlər" maddəsinə qaçqın və məcburi köçkünlərə müavinətlərin verilməsi ilə bağlı xərclər daxildir.
272150. "Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər" maddə-sinə Qarabağ müharibəsi zamanı əlil olanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.
272160. "Qarabağ müharibəsində əlil olmuş hərbçilərə və Çernobıl qəzası nəticəsində əlil olanlara verilən müavinətlər" maddəsinə Qarabağ müharibəsi zamanı əlil olmuş hərbçilərə və Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və əlil olanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.
272170. "I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinətlər" maddəsinə qanun-vericiliyə uyğun olaraq sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən və ya əlil olmuş birinci və ikinci qrup əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.