272200. "Natural formada olan sosial yardımlar" paraqrafına 272100-cı paraqrafa aid olan ödənişlərin (xərclərin) natural formada həyata keçirilməsi ilə bağlı xərclər daxildir.
273000. "Dövlət qulluqçularına sosial müavinətlər" köməkçi bölməsinə mövcud qanunvericiliyə uyğun olaraq dövlət qulluqçularına ödənilən sosial müavinətlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.
273100. "Müavinətlər üzrə ödənişlər" paraqrafına dövlət qulluqçularına sosial müavinət formasında ödənilən xərclər (pensiya yaşına çatmasına görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına ömürlük müavinət, pensiya yaşına çatmasına görə könüllü işdən çıxdıqda hesablanmış aylıq pensiyanın müəyyən ol unmuş məbləğində birdəfəlik haqq) daxildir.