274200. "Qocalığa görə verilən müavinətlər" paraqrafına işləyən təqaüdçülərə qocalığa görə və işləməyən təqaüdçülərə qocalığa görə ödənilən müavinətlər üzrə xərclər daxildir.
274300. "İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər" paraqrafına mövcud qanunvericiliklə nəzərdə tutulmuş müvəqqəti iş qabiliyyətini itirməyə görə işçilərə ödənilən müavinətlər, o cümlədən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlər üzrə xərclər daxildir.