225413. "Digər alışlar və xidmətlər" yarımmaddəsinə müəyyən edilmiş qaydada tamaşa müəssisələrinə transfertlərin verilməsi, dramatik, musiqi və bədii əsərlərin alınması (sifariş), xarici ölkələrlə mədəni əlaqələr və xarici qonaqların qəbulu üzrə tədbirlərin keçirilməsi, büst və heykəllərin layihələşdirilməsi və hazırlanması, kəşf, ixtira və səmərələşdirici təkliflərlə bağlı xərclərin ödənilməsi, qan preparatlarının keyfiyyətinin müəyyən edilməsi üçün qanköçürmə məntəqələri tərəfindən heyvanların alınması, tədris müəssisələri və başqa təşkilatlar tərəfindən elmi tədqiqat işləri və təcrübə keçirilməsi üçün heyvanların və malqaranın alınması, idman atlan üçün yem tədarükünün alınması, uşaq müəssisələrində uşaqlarla məşğələlər üçün müxtəlif ləvazimatların, məktəb və rəsmxət ləvazimatlarının, materialların və təhsil, laboratoriya məşğələləri üçün inventarların alınması, təhsil proqramlarının nəşri və alınması, tədris müəssisələri üçün sinif jurnallarının, blankların, diplomların, şəhadətnamələrin, tələbə biletlərinin, kitabçalarının və digər sənədlərin alınması, kitabxanalar üçün kitab alınması, açıq kitabxana şəbəkəsi, tədris müəssisələri, məktəblər, xəstəxanalar və digər idarələrdə fəaliyyət göstərən kitabxanalar üçün kitab alınması; şagirdlərə pulsuz verilən dərsliklərin alınması; kitabxana fonduna aid edilən jurnal və nəşrlərin alınması, mədəniyyət evləri, klublar, məktəblər, xəstəxanalar, sanatoriyalar üçün dövri mətbuatın alınması; kitabların cildlənməsi, kitabxanalar üçün kitabxana əşyalarının və uçot sənədlərinin alınması, arxiv materiallarından istifadə edilməsi, lisenziyalı bədii, sənədli, cizgi filmlərinin və müxtəlif proqramların prokatı və alınması, informasiya agentliklərinin xidmətləri, bina və tikililərin pasportlaşdırılması, hidrometeoroloji müşahidələrin aparılmasında teletayp lenti, şarpilot müşahidələr üçün kürələr, zondlar, kaustik soda, elementlər, reaktivlər və sair istifadə olunan materialların alınması, həmçinin 225411-225412-ci yarımmaddələrində qeyd olunmayan digər alışlarla bağlı xərclər daxildir.