274500. "Analıq müavinətləri" paraqrafına analıq məzuniyyətinə çıxan qadınlara ödənilən müavinətlə bağlı xərclər daxildir.
274600. "Böyük Vətən Müharibəsi iştirakçılarına verilən müavinətlər" paraqrafına Böyük Vətən Müharibəsi iştirakçılarına və onlara bərabər tutulanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.
274700. "Tələbələrə verilən təqaüdlər"paraqrafına mövcud qanunvericiliyə əsasən ali və orta-ixtisas məktəblərində təhsil alan tələbələrə ödənilən təqaüdlərlə bağlı xərclər daxildir.