282300. "Bank xərcləri" paraqrafına idarə və müəssisələrə banklar tərəfindən göstərilən bank xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclər daxildir.
310000. "Qeyri-maliyyə aktivlərinin alınması" bölməsinə qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclər daxildir. Bu bölmə "311000. Əsas və-saitlər", "312000. Maddi-istehsal ehtiyatları", "313000. Qiymətli materiallar" və "314000. Qeyri-istehsal aktivləri" köməkçi bölmələrindən ibarətdir.
311000. "Əsas vəsaitlər" köməkçi bölməsinə bina və tikililər, maşın və avadanlıqlar, digər əsas vəsaitlər alınması ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "311100. Bina və tikililər", "311200. Maşın və avadanlıqlar" və "311300. Digər əsas vəsaitlər" paraqraflarından ibarətdir.