221000. "İdarənin saxlanılması" köməkçi bölməsinə idarədə istifadə edilmək üçün alınan bütün növ dəftərxana ləvazimatları, çapetmə və digər xərclər daxildir. Bu köməkçi bölmə 3 paraqrafdan ibarətdir.
221100. "Dəftərxana və təsərrüfat xərcləri" paraqrafına müxtəlif növ kağızların, o cümlədən faks, fotosurət üçün kağızların, rəsmxət və idarədə istifadə edilən digər dəftərxana ləvazimatlarının alınması xərcləri daxildir.
221200. "Mətbəə xərcləri" paraqrafına forma, buklet, registrlər, mühasibat, statistik blank və müxtəlif cədvəllərin hazırlanması və çapı, sənədlərin cildlənməsi və tikilməsi, mətbəə və nəşr ilə əlaqədar xərclər daxildir.