312000. "Maddi-istehsal ehtiyatları" köməkçi bölməsinə satış üçün nəzərdə tutulan mallar, dövlət orqanları tərəfindən fövqəladə və strateji mal ehtiyatlarının, o cümlədən taxıl ehtiyatlarının və ölkə üçün vacib olan digər mal-ların alınması və yaradılması xərcləri daxildir.
313000. "Qiymətli materiallar" köməkçi bölməsinə dövlət orqanları tərəfindən qiymətli materialların alınması və yaradılması üzrə xərclər daxildir.
314000. "Qeyri-istehsal aktivləri" köməkçi bölməsinə torpağın (onlarda yerləşən tikinti obyektləri və qurğulardan başqa), meşənin, yeraltı sərvətlərin və faydalı qazıntıların yerinin alınması, kompüter proqramlarının alınması və hazırlanması ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 4 paraqrafdan ibarətdir.