Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


№-li «Sair pul vəsaitləri» hesabı



Yüklə 1,21 Mb.
səhifə17/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   13   14   15   16   17   18   19   20   ...   66
Budce Hesablar plani ve telimat (1)

13 №-li «Sair pul vəsaitləri» hesabı

    Bu hesabda akkreditivlərdəki, limitləşdirilmiş çek kitabçalarındakı və digər pul sənədlərindəki pul vəsaitləri uçota alınır.
    Bu hesaba aşağıdakı subhesablar açıla bilər:

    • 130 «Akkreditivlər»;

    • 131 «Limitləşdirilmiş çek kitabçaları»;

    • 132 «Pul sənədləri»;

    • 133 «Yolda olan pul vəsaitləri»;

    • 134 «Maliyyə qoyuluşları» və başqaları.

    130 №-li «Akkreditivlər» subhesabında satılmış material qiymətlilərinə, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə malsatanlarla müqavilələr üzrə tələb olunan akkreditiv məbləğlər uçota alınır.
    Akkreditivlər büdcə vəsaitləri hesabına olduğu kimi büdcədənkənar vəsaitlər hesabına da tələb oluna bilər.
    Akkreditivlərin rəsmiləşdirilməsi qaydası və onların fəaliyyət müddəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
    Tələb olunan akkreditiv məbləğləri 130 №-li subhesabın debetində, müvafiq büdcə hesablarının və cari hesabların kreditində əks etdirilir.
    İstifadə edilmiş akkreditiv məbləğlərinə 130 №-li subhesabın krediti, müvafiq subhesabların debeti üzrə mühasibat yazılışı verilir.
    İstifadə edilməmiş akkreditiv məbləğləri müvafiq büdcə və ya 09, 10, 11 №-li cari hesablara köçürülür.
    130 №-li subhesabın analitik uçotu hər bir tələb olunan akkreditiv üzrə Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    131 №-li «Limitləşdirilmiş çek kitabçaları» subhesabında alınmış mal, görülmüş iş və göstərilmiş xidmətlərə görə limitləşdirilmiş çek kitabçaları üzrə hesablaşmalar üçün deponentləşdirilmiş məbləğlər uçota alınır. İdarə və ya mərkəzi mühasibatlıq limitləşdirilmiş çek kitabçaları əldə etmək üçün bank idarələrinə 0401002 №-li ödəmə tapşırığı və limitləşdirilmiş çek kitabçaları alınması barədə ərizə təqdim etməlidir. Limitləşdirilmiş çek kitabçaları üzrə deponentləşdirilmiş məbləğlər büdcə təsnifatının müvafiq xərc bölmələri və maddələri üzrə kassa xərcləri kimi uçota alınır. Çek kitabçasının istifadə edilməmiş limit məbləği cari büdcə hesabına köçürülərkən uçotda büdcə təsnifatının müvafiq bölmələri üzrə kassa xərclərinin bərpası kimi əks etdirilir.
    Limitləşdirilmiş kitabçanın çekləri idarənin rəhbəri və ya baş mühasibi tərəfindən imzalanmalıdır. Mal-material qiymətliləri yerində alınarkən malın alınması üçün etibarnamə verilən vəzifəli şəxsə çeki imzalamağa icazə verilir. Vəzifəli şəxsin çeki imzalaması hüququ və mal alınması üçün tələb olunan məbləğ etibarnamədə qeyd edilir. İdarənin vəzifəli şəxsi tərəfindən etibarnaməyə əsasən çek imzalanarkən çekdə imzadan əvvəl «Etibarnamə əsasında» qeydi edilməlidir.
    Limitləşdirilmiş kitabçalardan çek mal satana malın buraxılması və ya xidmət göstərilməsi ilə eyni vaxtda verilir. Çek üzrə hansı təşkilata, hansı hesab və ya onu əvəz edən sənəd üzrə köçürülən məbləğlər mütləq çekdə göstərilməlidir.
    131 №-li subhesab üzrə analitik uçot limitləşdirilmiş kitabçalardan çek ilə hesablaşmalar üzrə yığım cədvəlində aparılır. Yığım cədvəlində yazılışlar əməliyyatlar başa çatdıqca, sənədlərin mühasibatlığa daxil olduğu günün növbəti günündən gec olmayaraq hər bir sənəd (ödəmə tapşırığı, hesab-faktura, çek) üzrə həyata keçirilir. Hər ayın əvvəlində yığım cədvəlindən keçmiş ayın istifadə olunmamış limitinin qalığı ayın əvvəlinə keçirilir. Limitləşdirilmiş çek kitabçaları üzrə deponentləşdirilmiş məbləğlər 131 №-li subhesabın debetində əks etdirilir. Alınmış material qiymətliləri üçün çek üzrə ödənilmiş məbləğlər 131 №-li subhesabın kreditində və müvafiq subhesabların debetində əks etdirilir. Ayın sonunda yekun hesablanır və ayın sonuna sərbəst limit qalığı çıxarılır. Bu qalıq limitləşdirilmiş çek kitabçaları üzrə limit qalığına uyğun gəlməlidir.
    Yığım cədvəli üzrə yekunlar «Baş Jurnal»a yazılır. Çek kitabçası üzrə istifadə edilməmiş limit qalığı bank idarəsindəki cari büdcə hesabına qaytarıldığı hallarda, «Baş Jurnal»a yazılışlar bu məbləğləri nəzərə almaqla araşdırılır və həyata keçirilir.
    132 №-li «Pul sənədləri» subhesabında müxtəlif pul sənədləri: benzin və yağ, ərzaq məhsulları və s. üçün ödənilmiş talonlar, istirahət evləri, sanatoriya, turist bazalarına ödənilmiş göndəriş vərəqələri, poçt köçürmələrinə, poçt markalarına, dövlət rüsumu markalarının alınmasına bildirişlər, istiqraz vərəqələri (xəstələr tərəfindən saxlamaq üçün verilən və s.), əmək kitabçalarının blankları və onlara əlavələr və s. uçota alınır.
    Belə sənədlərin kassaya qəbul edilməsi və kassadan verilməsi üzərində «fond» möhürü vurulan kassa orderləri ilə rəsmiləşdirilir və ya qırmızı karandaşla əl ilə bu cür yazılış edilir.
    Bu əməliyyatların uçotu pul vəsaitləri üzrə əməliyyatlardan ayrı aparılır.
    132 №-li «Pul vəsaitləri» subhesabında uçota alınanların hərəkəti üzrə analotik uçot Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    133 №-li «Yolda olan pul vəsaitləri» subhesabında yolda olan pul vəsaitlərinin hərəkəti uçota alınır. Bu subhesabda baş təxsisat sərəncamçılarının köçürdüyü, ancaq idarənin növbəti ayda aldıqları pul vəsaitləri uçota alınır.
    Kənd və qəsəbə nümayəndəlikləri bu subhesabda bank idarələri tərəfindən ayın son günlərində köçürülmüş və növbəti ayda kənd və qəsəbə nümayəndəliklərinin cari hesablarına daxil olmuş gəlirləri uçota alır.
    134 №-li «Maliyyə qoyuluşları» subhesabında büdcədən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri hesabına həyata keçirilən bank depozitlərindəki pul (investisiya) qoyuluşlarının, qiymətli kağızlarının, dövlət və yerli faizli istiqrazlarının hərəkəti uçota alınır. Bu zaman bank depozitləri faizli səhmlər və qiymətli kağızlar 134 №-li subhesabın debetində və 111, 112, 113, 118 №-li subhesabların kreditində əks etdirilir.
    Alınmış qiymətli kağızların dəyərinin ödənişi zamanı, onların alış dəyəri ilə nominal dəyəri arasında fərq yaranarsa, o zaman səhmdarlar alış və nominal dəyərləri arasındakı məbləğ fərqini hesabdan silir və ya əlavə hesablayır. Alış dəyərinin nominal dəyərdən artıq olduğu hallarda fərq 410 №-li subhesabın debeti və 134 №-li subhesabın krediti, nominal dəyərin alış dəyərindən artıq olduğu hallarda isə bu fərq 134 №-li subhesabın debetində və 410 №-li subhesabın kreditində əks etdirilir.
    Maliyyə qoyuluşları üzrə gəlirlər daxil olduqda 111, 112, 113 və 118 №-li subhesabların debetində və 410 №-li subhesabın kreditində əks etdirilir.
    Nominal dəyəri ilə səhmlərin və digər qiymətli kağızların satışı və ödənişi (alışı) üzrə məbləğlər cari və hesablaşma hesablarının debetində və 134 №-li subhesabın kreditində əks etdirilir və onların nominal dəyərindən artıq məbləğlər isə 410 №-li subhesabın kreditində əks etdirilir.
    410 №-li «Mənfəət və zərərlər» subhesabı müvafiq fondlara silinmək yolu ilə bağlanılır.
    134 №-li subhesab üzrə analitik uçot Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin