17 №-li «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» hesabı
17 №-li «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» hesabına aşağıdakı subhesablar açıla bilər:
170 «Əskikgəlmələr və itkilər üzrə hesablaşmalar»;
172 «Xüsusi növ tədiyyələr üzrə hesablaşmalar»;
173 «Büdcəyə ödəmələr üzrə hesablaşmalar»;
174 «Depozit məbləğlər üzrə hesablaşmalar»;
176 «Tapşırıqlar üzrə xərclər üçün alınmış vəsaitlərə görə hesablaşmalar»;
177 «Deponentlərlə hesablaşmalar»;
178 «Sair debitor və kreditorlarla hesablaşmalar»;
179 «Planlı qaydada ödənişlərlə hesablaşmalar».
170 №-li «Əskikgəlmələr və itkilər üzrə hesablaşmalar» subhesabında idarənin material qiymətlilərindən, pul vəsaitlərindən və digər əmlaklardan əskikgəlmələr və itkilər, günahkar şəxslərin hesabına aid edilmiş sair əskikgəlmələr və itkilər, habelə mövcud qaydalarla günahkar şəxslərdən tutulan digər məbləğlər əks etdirilir.
Əsas vəsaitlərdən, maddi sərvətlərdən, pul vəsaitlərindən və digər əmlaklardan əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən edildiyi vaxtın bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına yazılır. Təqsirkar şəxsləri müəyyən etmək mümkün olmadıqda, əskikgəlmələrin və itkilərin məbləğlərinin müəssisə tərəfindən təqsirkar sayılan şəxsdən tutulması məhkəmə tərəfindən rədd edildikdən və ödənilməsi mümkün olmayan (ümidsiz) əskikgəlmələr və itkilər müəyyənləşdirildikdə həmin məbləğlər idarə rəhbərinin yazılı sərəncamına müvafiq olaraq maliyyələşmənin (fondların) azaldılmasına silinir.
Qeyd: Əsas vəsaitlərdən, maddi sərvətlərdən, pul vəsaitlərindən və digər əmlaklardan artıqgəlmələr, onların səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onlar istismarda olduğu yerdə maddi məsul şəxsin hesabına mədaxil edilir və onların məbləğləri maliyyələşmənin (fondların) artırılmasına yönəldilir.
Yoxlama və təftiş sənədlərində göstərilən əskikgəlmələr və itkilər üzrə müəyyən edilmiş məbləğlərin ödənilməsi maddi məsul şəxslərlə bağlanmış tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilələrlə müəssisə tərəfindən günahkar sayılan şəxslər tərəfindən imtina edildikdə beş gün müddətinə istintaq orqanlarına təqdim edilir.
İstintaq orqanlarına təqdim edilmiş əskikgəlmələr və itkilər üzrə məbləğlər məhkəmənin qərarı ilə ya idarənin, ya da günahkar şəxsin hesabına ləğv edilir.
172 №-li «Xüsusi növ tədiyyələr üzrə hesablaşmalar» subhesabında əsasən aşağıdakı hesablaşmalar üzrə məlumatlar ümumiləşdirilir: