Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


№-li «Əhalinin sosial müdafiəsi, pensiya və posobiya (müavinət) təminatı üzrə hesablaşmalar» hesabı



Yüklə 1,21 Mb.
səhifə27/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   23   24   25   26   27   28   29   30   ...   66
Budce Hesablar plani ve telimat (1)

19 №-li «Əhalinin sosial müdafiəsi, pensiya və posobiya (müavinət) təminatı üzrə hesablaşmalar» hesabı

    Bu sintetik hesabda əsasən pensiya, posobiya və müavinət ödəncləri üzrə idarələrlə, artıq ödənilmiş pensiya, posobiya və müavinət alanlarla, əhalinin sosial müdafiə fondu və əhalinin məşğulluq fondu ilə hesablaşmalar əks etdirilir.
    19 №-li «Əhalinin sosial müdafiəsi, pensiya və posobiya (müavinət) təminatı üzrə hesablaşmalar» hesabı üzrə aşağıdakı subhesablar açıla bilər:

    • 191 «Pensiya və posobiya (müavinət) ödənişləri üzrə hesablaşmalar»;

    • 192 «Artıq ödənmiş pensiya və posobiya (müavinət) ödənişlərinin tutulması üzrə hesablaşmalar»;

    • 198 «Əhalinin Sosial Müdafiəsi Fondu üzrə hesablaşmalar»;

    • 199 «Əhalinin məşğulluğu fondu üzrə hesablaşmalar».

    191 №-li «Pensiya və posobiya (müavinət) ödənişləri üzrə hesablaşmalar» subhesabında sosial müdafiə orqanlarının ödəniş sənədləri üzrə pensiya, posobiyaların (müavinətlərin) ödənişi ilə əlaqədar idarə və təşkilatlarla hesablaşmalar əks etdirilir.
    192 №-li «Artıq ödənmiş pensiya və posobiya (müavinət) ödənişlərinin tutulması üzrə hesablaşmalar» subhesabında səhvən ödənilmiş pensiyaların və posobiyaların (müavinətlərin) onları alan şəxslərdən tutulması üzrə əməliyyatlar əks etdirilir.
    198 №-li «Əhalinin Sosial Müdafiəsi Fondu üzrə hesablaşmalar» subhesabında sosial-sığorta ödənişləri üzrə idarə və təşkilatlarla və vətəndaşların məcburi sığortası üzrə Pensiya fondu ilə hesablaşmalar əks etdirilir.
    Pensiya və posobiyaların (müavinətlərin) ödənilməsi üçün sosial müdafiə fondundan alınmış məbləğlər 198 №-li subhesabın kreditində əks etdirilir.
    Əhalinin Sosial Müdafiəsi Fondu hesabına verilən müavinətlərin hesablanması 198 №-li subhesabın debetində və 180 №-li subhesabın kreditində əks etdirilir.
    Fəhlə və qulluqçuların əmək haqlarından tutulan və Pensiya fonduna köçürülməli olan məcburi sığorta ödəmələrinin məbləğləri 180 №-li subhesabın debetində və 198 №-li subhesabın kreditində əks etdirilir.
    199 №-li «Əhalinin məşğulluğu fondu üzrə hesablaşmalar» subhesabında idarə və təşkilatların Əhalinin məşğulluğu fonduna ayırmaları üzrə hesablaşmalar uçota alınır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin