Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


№-li «Əsas vəsaitlərin fondu» hesabı



Yüklə 1,21 Mb.
səhifə32/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   28   29   30   31   32   33   34   35   ...   66
Budce Hesablar plani ve telimat (1)

25 №-li «Əsas vəsaitlərin fondu» hesabı

    250 №-li «Əsas vəsaitlərin fondu» subhesabında idarənin bilavasitə sərəncamında olan əsas vəsaitlərin fonduna (köhnəlmə çıxılmaqla) qoyuluşlar uçota alınır. Yeni tikinti obyektləri istifadəyə verilərkən 250 №-li subhesabın kreditində və 01 №-li «Əsas vəsaitlər» hesabının müvafiq subhesablarının debetində mühasibat yazılışı ilə əks etdirilir.
    Əsas vəsaitlərin əldə edilməsi 250 №-li subhesabın kreditində və 20, 21 №-li hesabların müvafiq subhesablarının debetində əks etdirilir.
    Əsas vəsaitlər əvəzsiz olaraq alındıqda ilk dəyəri ilə 01 №-li «Əsas vəsaitlər» hesabının müvafiq subhesablarının debetində, qalıq dəyəri ilə 250 №-li «Əsas vəsaitlərin fondu» subhesabının kreditində və köhnəlmə məbləği üzrə isə 020 №-li «Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)» subhesabının kreditində əks etdirilir.
    Əsas vəsaitlər təsərrüfatdan çıxarıldıqda (satıldıqda, silindikdə və ya əvəzsiz olaraq verildikdə) ilk dəyəri üzrə 01 №-li «Əsas vəsaitlər» hesabının müvafiq subhesablarının kreditində, qalıq dəyəri üzrə 250 №-li «Əsas vəsaitlərin fondu» subhesabının debetində və köhnəlmə məbləği üzrə isə 020 №-li «Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)» subhesabının debetində mühasibat yazılışı ilə əks etdirilir.
    250 və 020 №-li subhesabların analitik uçotu Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.

26 №-li «Azqiymətli və tezköhnələn əşyaların fondu» hesabı

    260 №-li «Azqiymətli və tezköhnələn əşyalar fondu» subhesabında idarənin bilavasitə sərəncamında olan azqiymətli və tezköhnələn əşyalar uçota alınır.
    Əldə edilmiş azqiymətli və tezköhnələn əşyaların, ağların, yataq ləvazimatlarının, geyim və ayaqqabıların dəyəri 260 №-li subhesabın kreditində və 20, 21 №-li hesabların müvafiq subhesablarının debetində əks etdirilir. İstismardan çıxmış azqiymətli və tezköhnələn əşyaların, ağların, yataq ləvazimatlarının, geyim və ayaqqabıların dəyəri 260 №-li subhesabın debetində, 071 və 073 №-li subhesablarının kreditində əks etdirilir.
    260 №-li subhesab üzrə qalıq məbləğləri 070, 071, 072, 073 №-li subhesablar üzrə qalıq məbləğlərinə bərabər olmalıdır.
    260 №-li subhesabın analitik uçotu Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin