Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


№-li «Maliyyə vəsaitlərinin fondu» hesabı



Yüklə 1,21 Mb.
səhifə33/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   29   30   31   32   33   34   35   36   ...   66
Budce Hesablar plani ve telimat (1)

27 №-li «Maliyyə vəsaitlərinin fondu» hesabı

    27 №-li «Maliyyə vəsaitlərinin fondu» hesabına aşağıdakı subhesablar açıla bilər:

    • 270 №-li «Maliyyə vəsaitlərinin vahid fondu»;

    • 271 №-li «Mərkəzləşdirilmiş fondlar və maliyyə ehtiyatları»;

    • 272 №-li «Büdcədənkənar fondlar» və başqaları.

    270 №-li «Maliyyə vəsaitlərinin vahid fondu» subhesabında hesabat dövrünün sonuna uzunmüddətli iqtisadi normativlər üzrə büdcədən ayrılmış vəsaitlər, tələbələrin (şagirdlərin) rüblük və aylıq fondlar üzrə bölüşdürülmüş yataqxana haqları, istehsalat fəaliyyəti üzrə məhsul satışından, görülən iş və xidmətlərdən, uşaq müəssisələrində, internat məktəblərində, xüsusi məktəblərdə, uşaq musiqi və rəssamlıq məktəblərində uşaqların saxlanması və tədrisi üçün daxilolmalar və sair məbləğlər uçota alınaraq 113 №-li subhesabın debeti, 270 №-li subhesabın krediti üzrə əks etdirilir.
    Malayyə vəsaitlərinin vahid fondunun analitik uçotu vəsaitlərin növləri üzrə (büdcədən daxilolmalar, müqavilələr üzrə yerinə yetirilmiş işlərdən (xidmətlərdən) daxilolmalar, əhaliyə göstərilən pullu xidmətlərdən daxilolmalar, idarə, təşkilat və ayrı-ayrı vətəndaşların ödədiyi könüllü üzvlük haqları və digər daxilolmalar) çoxsütunlu kartlarda aparılır.
    İdarə, təşkilat və vətəndaşların pul vəsaitləri şəklində ödədiyi könüllü üzvlük haqqı maliyyə vəsaitlərinin vahid fonduna daxil olur və üzvlük haqqının məqsədli təyinatı müəyyən olunmayıbsa, ümumi əsaslarla xərclənir.
    Məqsədli təyinatlı üzvlük haqları müvafiq fondlara daxil olaraq üzvülük haqqını ödəyən şəxs tərəfindən göstərilmiş ehtiyaclara xərclənir.
    Müqavilələr üzrə yerinə yetirilən iş və xidmətlərə görə sifarişçidən daxil olan vəsaitlər 113 №-li subhesabın debetində, 157 №-li subhesabın kreditində əks etdirilir. Müqavilələr üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsindən daxil olan vəsaitlər sifariş və ya onun ayrı-ayrı mərhələləri yerinə yetirildikcə 157 №-li subhesabın debeti, 270 №-li subhesabın krediti üzrə əks etdirilərək maliyyə vəsaitləri fondunun tərkibinə daxil edilir. Sifariş (və ya onun mərhələsi) rüb (ay) ərzində yerinə yetirilmədikdə sifarişçidən daxil olmuş vəsaitlər planda mövcud hesabat dövründə sifarişin (mərhələnin) yerinə yetirilməsinə nəzərdə tutulmuş xərclər həcmində maliyyə vəsaitlərinin vahid fonduna köçürülür.
    Fondların formalaşması hər rüb (hər ay) maliyyə vəsaitlərinin vahid fondunun bölüşdürülməsinin qəbul edilmiş üsulundan asılı olaraq həyata keçirilir.
    Maliyyə vəsaitlərinin vahid fondunun bölüşdürülməsinin birinci üsulunu tətbiq edən idarələr müvafiq fondların yaradılması üzrə əməliyyatları mühasibat uçotunda aşağıdakı qaydada əks etdirirlər.
    Maliyyə vəsaitlərinin ümumi məbləğinə təyin edilmiş normativlər üzrə əmək haqqı fondunun yaradılması uçotda 270 №-li subhesabın debetində, 241 №-li subhesabın kreditində əks etdirilir. Maliyyə vəsaitlərinin ümumi məbləğindən material və ona bərabər götürülən məsrəflərin ödənilməsi üçün plan həcmində mənbələr yaradılır və bu zaman 270 №-li subhesabın debetinə, 249 №-li subhesabın kreditinə mühasibat yazılışı edilir. Qalan vəsaitlərdən müəyyən edilmiş normativlər üzrə istehsal və sosial inkişaf fondu yaradılır. Bu zaman 270 №-li subhesabın debetinə, 246 №-li subhesabın kreditinə mühasibat yazılışı edilir.
    Maliyyə vəsaitlərinin vahid fondunun qalan hissəsi maddi həvəsləndirmə fonduna yönəldilərək 270 №-li subhesabın debetində, 240 №-li subhesabın kreditində əks etdirilir.
    Rübün (ayın) sonunda material və ona bərabər götürülən məsrəflər üzrə kassa xərcləri planda nəzərdə tutulmuş məsrəflərdən artıq olarsa, artıq gələn məbləğ istehsal və sosial inkişaf fondunun bölgüsünə qədər maliyyə vəsaitlərinin vahid fonduna aid edilir. Hesablanmış məbləğ 270 №-li subhesabın debetində, 249 №-li subhesabın kreditində əks etdirilir.
    Maliyyə vəsaitlərinin vahid fondunun bölüşdürülməsinin ikinci üsulunu tətbiq edərkən rübün (ayın) sonunda material və ona bərabər götürülən məsrəflərin ödənilməsi üçün plan həcmində mənbələr yaradılaraq 270 №-li subhesabın debetində, 249 №-li subhesabın kreditində əks etdirilir.
    Maliyyə vəsaitlərinin vahid fondunun qalığı təyin edilmiş normativlər üzrə istehsal və sosial inkişaf fonduna köçürülərək 270 №-li subhesabın debetində və 246 №-li subhesabın kreditində əks etdirilir.
    Maliyyə vəsaitlərinin vahid fondunun qalan məbləği əmək haqqının vahid fonduna köçürülür və 270 №-li subhesabın debetində, 241 №-li subhesabın kreditində əks etdirilir.
    271 №-li «Mərkəzləşdirilmiş fondlar və maliyyə ehtiyatları» subhesabında mərkəzləşdirilmiş inkişaf fondlarına və maliyyə ehtiyatlarına yönəldilən (bir xəstənin bir günlük yemək və dərmanı ilə əlaqədar ödənməmiş pul normaları və fondun əsasnaməsində nəzərdə tutulan bu kimi başqa vəsaitlər, həmçinin gözlənilməyən hallarda keçiriləcək tədbirlərin və öhdəliklərin maliyyələşdirilməsinə yönəldilən qənaət) vəsaitlər göstərilir. Maliyyə ehtiyatları və mərkəzləşdirilmiş inkişaf fondlarına vəsaitlər daxil olarkən 110 №-li subhesabın debetinə, 271 №-li subhesabın kreditinə mühasibat yazılışı aparılır.
    272 №-li «Büdcədənkənar fondlar» subhesabında yerli hakimiyyət orqanları, nazirliklər və baş idarələr tərəfindən yaradılmış büdcədənkənar fondların vəsaitləri uçota alınır.
    Büdcədənkənar fondlara daxil olan məbləğlər 114 №-li subhesabın debetində və 272 №-li subhesabın kreditində əks etdirilir.
    215 və 216 №-li subhesablar üzrə il ərzində həyata keçirilən xərclər ilin sonunda 272 №-li subhesabın debetinə silinir.
    272 №-li subhesabın analitik uçotu büdcədənkənar fondlara daxil olan vəsaitlərin növləri üzrə çoxsütunlu kartalarda aparılır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin