Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat



Yüklə 1,21 Mb.
səhifə35/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   31   32   33   34   35   36   37   38   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 12. Gəlirlər
40 №-li «Gəlirlər» hesabı

    Bu bölmənin subhesablarında xüsusi vəsaitlər üzrə gəlirlər texniki peşə məktəblərinin istehsalat fəaliyyətindən gəlirlər, büdcə gəlirləri və başqa gəlirlər uçota alınır.
    40 №-li «Gəlirlər» hesabına aşağıdakı subhesablar açıla bilər:

    • 400 «Xüsusi vəsaitlər üzrə gəlirlər»;

    • 402 «Texniki peşə məktəblərinin istehsalat fəaliyyətindən gəlirlər»;

    • 407 «Büdcə gəlirləri» və başqaları.

    400 №-li «Xüsusi vəsaitlər üzrə gəlirlər» subhesabında büdcə vəsaitlərindən əlavə idarələrin sərəncamında qalan və müvafiq qaydalara uyğun istifadə edilən gəlirlər uçota alınır. İdarələrin xüsusi vəsaitlərinə aid edilən gəlirlərə:

    • icarə və mənzil haqları, nəqliyyatın istismarından gələn gəlirlər, muzey və sərgilərdən gələn gəlirlər, yardımçı təsərrüfatların istehsal fəaliyyətindən gələn gəlirlər və digər gəlirlər aid edilir. İdarələrdə xüsusi vəsaitlərin yaradılması və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 1997-ci il tarixli 16 saylı qərarı və bu qərara əlavələrlə tənzimlənir.

    Xüsusi vəsaitlər üzrə gəlirlər həm nağd, həm də nağdsız hesblaşmalar yolu ilə yaradıla bilər.
    Pul vasitələrinin əmanət bankları vasitəsilə ödənişi zamanı mühasibatlıq tərəfindən tədiyəçilərə bildiriş — qəbz verilir.
    Nağd pul vəsaitlərinin idarənin kassasına qəbulu müəyyən edilmiş qaydada tərtib edilmiş kassa-mədaxil orderləri üzrə aparılır.
    400 №-li subhesabın kreditində icarə və mənzil haqları, nəqliyyat və digər xidmətlərə görə hesablanılmış məbləğlər, digər xüsusi vəsait növlərindən daxil olan gəlirlər əks etdirilir. Bu zaman 17 №-li hesabın müvafiq subhesablarının və ya 111, 118, 120 №-li subhesabların debetinə mühasibat yazılışı verilir.
    080, 081 №-li subhesablara qəbul edilməyən yardımçı təsərrüfatlarda hazırlanmış məhsul və məmulatların dəyəri 400 №-li subhesabın kreditinə yazılaraq, 030, 031 №-li subhesabların debetində əks etdirilir.
    400 №-li subhesabın debetinə il ərzində xüsusi vəsaitlər üzrə aparılmış xərclər (211 №-li subhesabın kreditindən), idarənin mədəni-maarif işçilərinə mükafat verilməsi üçün mükafat fonduna ayrılmış məbləğlər (bu zaman 240 №-li subhesab kreditləşdirilməklə), mədaxildən artıq və büdcə gəlirinə keçirilmiş məbləğlər (111 №-li subhesabın kreditindən), müəssisənin hesabına qəbul edilmiş ümidsiz borclar və əskikgəlmələr üzrə məbləğlər (bu zaman material və hesablaşmaların müvafiq subhesablarının kreditlərinə mühasibat yazılışı verilir) əks etdirilir.
    Xüsusi vəsaitlər üzrə gəlirlərin analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı f № 1Q-də və ya çoxsütunlu kartalarda aparılır.
    402 №-li «Texniki peşə məktəblərinin istehsalat fəaliyyətindən gəlirlər» subhesabında istehsalat — tədris emalatxanalarının fəaliyyətindən gələn gəlirlər və tədris bazalarının genişləndirilməsi, yaxşı oxuyan şagirdlərin həvəsləndirilməsi və işçilərin mükafatlandırılması üçün şagirdlərin müəssisələrdəki istehsalat praktikasından tədris müəssisələrinin sərəncamına daxil olan vəsaitlər uçota alınır.
    İstehsal-tədris emalatxanalarının fəaliyyətindən gələn gəlirlər və tələbələrin müəssisə və təşkilatlarda istehsalat praktikasından daxil olan vəsaitlər 402 №-li subhesabın kreditinə yazılmaqla, 280 və ya 153 №-li subhesabların debetində əks etdirilir.
    İlin axırında xərclər 217 №-li subhesabın kreditindən 420 №-li subhesabın debetinə silinir.
    402 №-li subhesab üzrə analitik uçot Əmlakın (qiymətlilərin) uçot kartı f № 1Q-də və ya çoxsütunlu kartalarda tədbirlərin növləri üzrə aparılır.
    407 №-li «Büdcə gəlirləri» subhesabında inzibati kənd, qəsəbə və şəhərlərin (rayon tabeçiliyində olan şəhərlər) cari hesablarına daxil olan gəlirlər, həmçinin büdcənin gəlirinə köçürülmüş artıq məbləğin qaytarılması üzrə əməliyyatlar uçota alınır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin