41 №-li «Mənfəət və zərərlər» subhesabında buraxılmış məhsulların (malların), məmulatların, göstərilən iş və xidmətlərin satışından alınmış nəticələr, idarələrin banka depozit kimi qoyduqları maliyyə qoyuluşlarının məbləğ fərqi, idarələrin qiymətli kağızları, faizli istiqrazlar uçota alınır.
Maliyyə nəticələrinin silinməsi müəyyən edilmiş qaydada həyata keçirilir.
520 №-li «Büdcədən qısamüddətli ssudalar» subhesabı baş büdcədən alınmış qısamüddətli ssudaların uçotu üçün kənd, qəsəbə və şəhər (rayon tabeçiliyində olan şəhərlər) inzibati orqanları tərəfindən tətbiq edilir.
Bölmə 14. 73 №-li «Alınmış və verilmiş vəsaitlər» hesabı
730 №-li «Alınmış və verilmiş vəsaitlər» subhesabı baş büdcədən alınmış və baş büdcəyə verilmiş vəsaitlərin uçotu üçün kənd, qəsəbə və şəhər (rayon tabeçiliyində olan şəhərlər) inzibati orqanları tərəfindən tətbiq edilir.
900 №-li «Büdcədən istifadənin nəticələri» subhesabı ilin sonunda kənd, qəsəbə və şəhər (rayon tabeçiliyində olan şəhərlər) büdcəsinin istifadəsinin nəticələrini müəyyən etmək üçün təyin olunmuşdur.
Balansarxası hesablar
Balansarxası hesablarda icarəyə götürülmüş əsas vəsaitlər, məsuliyyətli mühafizəyə və ya emal edilmək üçün qəbul edilmiş material qiymətliləri, həmçinin ciddi hesabat sənədləri (blankları), istirahət evləri və sanatoriyalar üçün göndəriş vərəqələri (putyovkalar), ödənməsi mümkün olmayan silinəsi debitor borclar, mərkəzləşdirilmiş təchizat üzrə ödənilmiş material qiymətliləri, şagirdlər və tələbələr tərəfindən qaytarılmayan material qiymətliləri üzrə borclar, idman prizləri və kubokları, pensiya və müavinət qaydalarından düzgün istifadə etmədikdə səhvən artıq ödənən pensiya və müavinət məbləğləri, hərbi texniki-tədris əşyaları, fəhlə və qulluqçulara verilən ssudalar uçota alınır. Balansarxası hesablarda uçot sadə sistem üzrə aparılır.
Balansarxası hesablarda bütün mal-material qiymətliləri, həmçinin icarəyə götürülmüş əsas vəsaitlər balansda uçota alınmış qiymətlilər üçün müəyyən edilmiş qayda və müddətdə inventarizasiya edilir.
Göstərilmiş qiymətlilərin uçotu üçün aşağıdakı balansarxası hesablar tətbiq olunur.
01 «İcarəyə götürülmüş əsas vəsaitlər». Bu hesabda digər idarələrdən müqavilə üzrə icarəyə götürülmüş əsas vəsaitlər uçota alınır.
İcarəyə götürülmüş əsas vəsaitlərin analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də hər əsas vəsait obyektlərinin icarədarları üzrə (icarədarların inventar nömrəsi üzrə) aparılır.
002 «Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material qiymətliləri». Bu hesabda müqavilələr üzrə elmi-tədqiqat və konstruksiya işləri üzrə yerinə yetirilməsi üçün alınmış xüsusi avadanlıqlar da daxil olmaqla idarələr tərəfindən məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material qiymətliləri uçota alınır.
Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material qiymətlilərinin analitik uçotu sahibkar idarələr üzrə, növləri və saxlanılma yerləri üzrə, müqavilə və ya alınma qiymətləri üzrə ayrı-ayrılıqda əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də aparılır.
Həmçinin bu hesabda müqavilədə göstərilmiş qiymətlər üzrə emal üçün qəbul edilmiş xammal və materiallar da uçota alınır.
Analitik uçot sifarişçilər, materialların növləri və yerləşmə yerləri üzrə aparılır.
002 №-li hesab üzrə analitik uçot əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də aparılır.
004 «Ciddi hesabat blankları». Bu hesabda nazirlik və baş idarələr tərəfindən təsdiq edilmiş siyahılara müvafiq olaraq saxlanılan və hesabat üçün verilən ciddi hesabat blankları — qəbz kitabçaları, attestatlar, diplomlar, vəsiqə blankları və s. uçota alınır.
Ciddi hesabat blanklarının analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də aparılır.
005 «Ümidsiz debitorların silinəsi debitor borclar». Bu hesabda 5 il müddətində ödənməsi mümkün olmayan debitorlar borclar uçota alınır.
Borcların ödənişi üçün alınmış məbləğlər müvafiq büdcə gəlirinə aid edilərək bu hesabdan silinir.
Analitik uçot əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də aparılır.
006 «Mərkəzləşdirilmiş təchizat üzrə ödənilmiş material qiymətliləri».
Bu hesabda baş idarələr tərəfindən ödənilmiş və öz sisteminə şamil olub digər büdcələrdən maliyyələşən idarələr tərəfindən yüklənmiş mal-material qiymətliləri uçota alınır.
Mərkəzləşmiş qaydada qiymətlilərin analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də aparılır.
007 «Şagirdlərin və tələbələrin qaytarmadıqları maddi qiymətlilər üzrə borclar». Bu hesabda qaytarılmayan geyim, ağlar, alətlər və digər qiymətlilər üzrə şagird və tələbələrin borcları uçota alınır.
Məktəbdən çıxmış şagird və tələbələrin ayağında qalan maddi qiymətlilərin tədris müəssisələrinin balansından silinməsi onların məktəbi bitirməsi haqqında əmrin əsasında aparılır. Şagird və tələbələr tərəfindən qaytarılmayan maddi qiymətlilər balansarxası hesabda uçota qəbul edilir və onlara müəyyən olunmuş qaydada iddia təqdim olunur.
007 №-li hesab üzrə analitik uçot əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də aparılır.
008 «Keçici idman prizləri və kubokları». Bu hesabda qalib komandaların təltif edilməsi üçün müxtəlif idarələr tərəfindən təsis edilmiş keçici prizlər, bayraqlar, kuboklar uçota alınır.
Analitik uçot əmlakın (qiymətlilərin) uçot kartı f. №-1Q-də aparılır.
009 «Putyovkalar». Bu hesabda həmkarlar və digər ictimai təşkilatlardan əvəzsiz olaraq alınmış putyovkalar uçota alınır.
Göndəriş vərəqələri pul sənədləri ilə bərabər kassada saxlanılmalıdır.
Analitik uçot əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də aparılır.
0010 «Pensiya və müavinət qayda qanunlardan düzgün istifadə etmədikdə səhvən artıq ödənən pensiya və müavinət məbləğləri». Bu hesabda əhalinin sosial müdafiəsi idarələrində təftiş, yoxlama aktları və digər müvafiq sənədlərin əsasında aşkar edilən pensiya və müavinətlər haqqında qüvvədə olan qanunların düzgün tətbiq edilməməsi və hesablama səhvlərin nəticəsində artıq ödənən pensiya və müavinət məbləğləri uçota alınır.
0011 «Hərbi-texniki tədris predmetləri». Bu hesabda tirdə, idman yarış meydanında, tədris müəssisələrinin hərbi kabinetlərində və s. olan bütün növ hərbi avadanlıq və əşyalar uçota alınır.
Əşyaların analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də aparılır.
0013 «İşçilərə verilən ssudalar». Bu hesabda bank idarələrindən alınmış ssudalar uçota alınır.
Ssudaların uçotu əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də aparılır.