Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat



Yüklə 1,21 Mb.
səhifə40/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   36   37   38   39   40   41   42   43   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 8. Xərclər

166.

Məxaric sənədləri əsasında materiallar və ərzaq məhsulları silindikdə

200, 202, 203, 211—214

040, 041, 043, 060—067, 069

167.

Nəqliyyat tədarükat xərcləri ödəndikdə

200, 202, 203, 211—214

090, 093, 100, 101, 103, 111, 113, 118, 120, 178

168.

İşıq, su, kommunal xidmətləri və başqa xidmət xərcləri ödəndikdə

200, 203, 211—214

090, 093, 100, 101, 103, 111, 113

169.

Sair büdcədənkənar vəsaitlər hesabına ödənən xərclərə

213

112

170.

Yeni təsərrüfatçılıq şəraitinə keçmiş idarələrdə ödənən xərclərə

214

113

Bölmə 9. Maliyyələşmələr

171.

Materiallardan əskikgəlmələr və ümidsiz borclar idarənin hesabına silindikdə

140, 142, 230—232, 246, 249

040, 041, 043, 060—067, 069, 170, 178

172.

Dekabr ayının axırıncı iş günü kreditlər bağlandıqda

230—232

090, 093, 096

173.

İstehsalat xərcləri son dövriyyə üzrə silindikdə

230, 232

200, 202

174.

Başa çatdırılıb təhvil verilmiş tikinti işlərinin dəyəri son dövriyyə üzrə silindikdə

231

203

175.

Valideynlərin vəsaitləri və idarənin saxlanması üzrə olan sair vəsaitlər hesabına son dövriyyələr üzrə silinən xərclərə

236, 238

200

176.

Yeni təsərrüfatçılıq şəraitinə keçmiş idarələrdə son dövriyyə üzrə istehsalat xərcləri silindikdə

240, 241, 246, 249

214

Bölmə 10. Məqsədli maliyyələşmələrin fondları və vəsaitləri

177.

Mükafat və birdəfəlik yardım fondlarına ayrılan məbləğlərə

400

240

178.

Mükafatlar verildikdə

240

111, 120

179.

Dekabr ayının ikinci yarısının əmək haqqını vaxtından əvvəl (bank vəsaiti hesabına) çeklə bankdan aldıqda

120, 160

245

180.

Yeni ilin əvvəlində vaxtından qabaq alınmış dekabr ayının ikinci yarısının əmək haqqı banka qaytarıldıqda

245

090, 100, 101

181.

Müqavilələr üzrə elmi-tədqiqat işlərinin məbləğlərindən müəssisənin inkişafı fonduna ayırmalar edildikdə

282

246

182.

Müəssisənin inkişafı fonduna xərclər daxil olduqda

111

246

183.

İdarənin inkişafı fonduna xərclər silindikdə

246

212

184.

Bankdan ssuda alındıqda

111, 113

248

185.

Xüsusi vəsait hesabından bankın uzunmüddətli ssudası ödəndikdə

248

111

186.

Vahid maliyyə vəsaitləri fondunun birinci üsulla bölgüsü zamanı fondların formalaşmasına

270

240, 241, 246, 249

187.

Vahid maliyyə vəsaitləri fondunun ikinci üsulla bölgüsü zamanı fondların formalaşmasına

270

241, 246, 249

188.

İlin sonunda əmək haqqı fondu üzrə qənaət edilmiş məbləğ maddi yardım fonduna köçürüldükdə

241

240

189.

İlin sonunda material və ona bərabər tutulan məsrəflər üzrə qənaət edilmiş məbləğ istehsal və sosial inkişaf fonduna köçürüldükdə

249

246

Bölmə 11. Satış

190.

Maliyyə nəticələri silindikdə:

mənfəət

280, 281

410

zərər

410

280, 281

Bölmə 12. Gəlirlər

191.

İcarə və mənzil haqları, eyni zamanda nəqliyyat işləri və başqa iş və xidmətlərdən daxil olmalar üzrə məbləğlər gəlirə hesablandıqda

178

400

192.

İl ərzində toplanmış xərclər silindikdə

400

211

193.

İl ərzində toplanmış xərclərdən artıq olan gəlirin məbləği xüsusi vəsait hesabından büdcəyə köçürüldükdə

173, 400

111

194.

Xüsusi vəsait hesabına alınmış maddi qiymətlilərdən olan əskikgəlmələr müəssisənin xüsusi vəsaiti hesabına silindikdə

400

060—067, 069


Büdcə idarə, müəssisə və təşkilatlarında
mühasibat hesabatları və onların tərtibi
qaydaları

Bölmə 1. Ümumi müddəalar

    Azərbaycan Respublikası Respublika Büdcəsindən, Naxçıvan Muxtar Respublikası respublika büdcəsindən və yerli büdcələrdən maliyyələşən idarələr, müəssisələr və təşkilatlar (qaydalarda bundan sonra idarələr adlandırılacaq) xərclər smetasının icrası barədə aylıq, rüblük və illik hesabatlar tərtib edirlər.
    İllik hesabatların həcminə aşağıdakı formalar daxil edilir:

    • f № 1 (kod 0503001) — Xərclər smetasının icrası balansı, büdcədən maliyyələşən məbləğlərin hərəkəti barədə arayışla birlikdə;

    • f № 2 (kod 0503008) — İdarələrin xərclər smetasının icrası haqqında hesabat;

    • f № 3-1 (kod 0503011) — Büdcədən maliyyələşən dövlət hakimiyyət orqanlarında, məhkəmələrdə, prokurorluqlarda, elmi-tədqiqat müəssisələrində və başqa idarə və tədbirlər üzrə ştat və kontingentlər haqqında hesabat;

    • f № 3-2 (kod 0503009) — Kadr hazırlığı və ixtisasartırma idarələrində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

    • f № 3-4 (kod 0503014) — Sosial təminat və səhiyyə idarələrində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

    • f № 3-5 (kod 0503016) — Orta, natamam orta (doqquzillik), axşam (növbəli), qiyabi orta ümumtəhsil məktəblərində, litseylərdə, internat məktəblərində, xüsusi məktəblərdə, uşaq bağçalı məktəblərdə, məktəb nəzdindəki internatlarda və ibtidai məktəblərdə ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

    • f № 3-8 (kod 0503022) — Elmi-tədqiqat idarələrində və ali məktəblərdə elmi kadrların hazırlanması haqqında hesabat;

    • f № 3-12 (kod 0503025) — Xüsusi qaydalı uşaq evləri və internat məktəblərində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

    • f № 3-m (kod 0503034) — Məktəbəqədər uşaq müəssisələrinin saxlanılması üzrə hesabat;

    • f № 4 icmal (kod 0503042) — Xüsusi vəsaitlər üzrə smeta icrası haqqında hesabat;

    • f № 4e (kod 0503046) — Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabat;

    • f № 5 (kod 0503051) — Əsas vəsaitlərin hərəkəti haqqında hesabat;

    • f № 6 (kod 0503053) — Material qiymətlilərinin hərəkəti haqqında hesabat;

    • f № 9 (kod 0503180) — İstehsalat-tədris emalatxanalarının istehsalat fəaliyyəti və şagirdlərin sənaye və tikinti müəssisələrində yerinə yetirdikləri işlər haqqında hesabat;

    • f № 15 (kod 0503078) — Büdcə idarələrində əskikgəlmələr və itkilər üzrə hesabat.

    İllik və rüblük hesabatlarla birlikdə izahat məktubu təqdim olunur. İzahat məktubunda büdcənin və xüsusi vəsaitlərin xərclər smetasının icrasına təsir edən əsas amillər, şəbəkə, ştat və kontingent planının yerinə yetirilməməsi ilə əlaqədar olaraq tam istifadə edilməmiş təxsisatların məbləği və səbəbi, inventarizasiyanın nəticələri haqqında məlumat, həmçinin yeni il üçün ayrılmış təxsisatın hesabına ödənilən, dekabr ayının ikinci yarımaylığına görə hesablanılmış əmək haqqı məbləği, balansın hesab maddələrinin vəziyyəti (debitor, kreditor və s.) əks etdirilir. İzahat məktubunda illik hesabat formalarında olan cədvəllərin göstərilməsinə ehtiyac yoxdur.
    İllik, rüblük hesabatlar və onlara əlavə edilən izahat məktubu müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanaraq, müvafiq orqanlara təqdim edilir.
    Rüblük hesabatların həcminə aşağıdakı formalar daxil edilir:

    • f № 1 (kod 0503001) — Xərclər smetasının icrası balansı, büdcədən maliyyələşən məbləğlərin hərəkəti barədə arayışla birlikdə;

    • f № 2 (kod 0503008) — İdarələrin xərclər smetasının icrası haqqında hesabat;

    • f № 3-1 (kod 0503011) — Büdcədən maliyyələşən dövlət hakimiyyət orqanlarında, məhkəmələrdə, prokurorluqlarda, elmi-tədqiqat müəssisələrində və başqa idarə və tədbirlər üzrə ştat və kontingentlər haqqında hesabat;

    • f № 3-2 (kod 0503009) — Kadr hazırlığı və ixtisasartırma idarələrində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

    • f № 3-4 (kod 0503014) — Sosial təminat və səhiyyə idarələrində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

    • f № 3-5 (kod 0503016) — Orta, natamam orta (doqquzillik), axşam (növbəli), qiyabi orta ümumtəhsil məktəblərində, litseylərdə, internat məktəblərində, xüsusi məktəblərdə, uşaq bağçalı məktəblərdə, məktəb nəzdindəki internatlarda və ibtidai məktəblərdə ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

    • f № 3-12 (kod 0503025) — Xüsusi rejimli uşaq evləri və internat məktəblərində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

    • f № 3-m (kod 0503034) — Məktəbəqədər uşaq müəssisələrinin saxlanılması üzrə hesabat;

    • f № 4 icmal (kod 0503042) — Xüsusi vəsaitlər üzrə smeta icrası haqqında hesabat;

    • f № 4e (kod 0503046) — Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabat.

    Büdcə idarələrinin aylıq, rüblük və illik hesabat formalarının nümunələri Respublika Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur və onlara uyğun göstəricilərlə doldurulur. Aylıq, rüblük və illik hesabatlar hesablama texnikasından alınmış maşinoqram şəklində də təqdim edilə bilər.
    Müvafiq nazirliklərə, komitələrə və baş idarələrə məxsus spesifik aylıq, rüblük və illik hesabat formalarının nümunələri həmin təşkilatların özündə işlənib hazırlanır və Respublika Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən razılaşdırılaraq təsdiq edilir. Təsdiq edilmiş hesabat formalarına əlavə düzəlişlər edilməsinə icazə verilmir.
    İllik, rüblük və aylıq hesabat formalarında smeta (plan) göstəriciləri hesabat dövrü ərzində Maliyyə Nazirliyinin müvafiq qaydada etdiyi dəyişikliklər nəzərə alınmaqla göstərilməlidir.
    Plan-maliyyə xidməti (şöbəsi, idarəsi və s.) olan idarələrdə şəbəkə üzrə ştat və kontingent planının yerinə yetirilməsi barədəki hesabatlar həmin xidmətin (şöbənin, idarənin və s.) rəhbərliyi tərəfindən də imzalanır.
    Aylıq, rüblük və illik hesabatların həcmi və təqdim olunma müddəti Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Hesabatlar ardıcıllıqla, bütün göstəricilər üzrə yekunlaşdırılaraq səhifələnir, məlumatların mündərəcatı tərtib edilir və kitabça halına salınaraq təhvil verilir.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin