Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat



Yüklə 1,21 Mb.
səhifə43/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   39   40   41   42   43   44   45   46   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 5. Hesablaşmalar

    İlin axırında balansda başa çatmayan hesablaşmaların qalıqları aktivdə debitor borclar, passivdə kreditor borclar kimi ayrı-ayrılıqda əks etdirilir. Bu qalıqların qarşılıqlı əvəz edilməsi və ya birləşdirilməsi qadağandır.

    • 152 №-li «Büdcə tematikaları üzrə işlənmiş konstruksiya-sınaq işlərinin hissə-hissə ödənilməsi üzrə sifarişçilərlə hesablaşmalar» subhesabında elmi-tədqiqat və konstruksiya-sınaq işlərinin yerinə yetirilməsi üzrə idarə və təşkilatların borcları əks etdirilir.

    • 153 №-li «Büdcədənkənar vəsaitlər üzrə görülən iş və xidmətlərə görə sifarişçilərlə hesablaşmalar» subhesabında texniki-peşə məktəbləri tərəfindən görülən iş və xidmətlərə, hazır məmulatların satışına görə, həmçinin tədris-istehsalat prosesində yerinə yetirilmiş iş və xidmətlərə görə sifarişçilərlə hesablaşmalar üzrə borc məbləğləri əks etdirilir.

    • 154 №-li «Ödəniləsi elmi-tədqiqat işləri üzrə sifarişçilərlə hesablaşmalar» subhesabında müqavilə əsasında elmi-tədqiqat işləri üzrə sifarişçilərlə hesablaşmalar üçün ödənilən avansları çıxmaqla borc məbləğləri əks etdirilir.

    • 155 №-li «Elmi-tədqiqat işləri üçün avanslar üzrə hesablaşmalar» subhesabında müqavilə əsasında elmi-tədqiqat işlərinə görə sifarişçilər tərəfindən köçürülmüş avanslar əks etdirilir.

    • 156 №-li «Təsərrüfat müqaviləli işlərin yerinə yetirilməsi üçün icraçıların cəlb edilməsi üzrə sifarişçilərlə hesablaşmalar» subhesabında müqavilə əsasında müxtəlif elmi-tədqiqat və konstruktor-sınaq işlərinin yerinə yetirilməsi üçün icraçıların cəlb edilməsi üzrə sifarişçilərlə hesablaşmaların məbləğləri əks etdirilir.

    • 157 №-li «Alıcılar və sifarişçilərlə hesablaşmalar» subhesabında yeni təsərrüfatçılıq şəraitinə keçmiş idarələrdə müqavilələr əsasında görülən iş və xidmətlərə görə avans şəklində sifarişçilərdən daxil olan məbləğlər əks etdirilir. Bu məbləğlər müqavilədə nəzərdə tutulan mərhələlər üzrə tam, yaxud işlər başa çatanadək göstərilən hesabda saxlanılır.

    • 158 №-li «Əhaliyə kompensasiya ödənişləri üzrə hesablaşmalar» subhesabında uşaqlara görə verilən müavinət və kompensasiya ödənişləri üzrə əhaliyə ödəniləsi məbləğlər (o cümlədən, uşaqlara görə verilən aylıq müavinətlər, aztəminatlı ailələrin uşaqlarına görə verilən müavinətlər və sair kompensasiya ödənişləri) əks etdirilir.

    • 159 №-li «Tibbi sığorta üzrə hesablaşmalar» subhesabında idarələrin tibbi sığorta ayırmaları üzrə hesablaşmaları əks etdirilir.

    • 160 №-li «Təhtəlhesab şəxslərlə hesablaşmalar» subhesabında istehsalat praktikasında, ekspedisiyalarda, xidməti və elmi ezamiyyətlərdə olan əməkdaşlara ödəniləsi məbləğlər və işçilərə ödənilən digər avans məbləğləri əks etdirilir.

    • 170 №-li «Əskikgəlmələr və itkilər üzrə hesablaşmalar» subhesabında material qiymətlilərindən və pul vəsaitlərindən əskikgəlmələr və itkilər üzrə, həmçinin günahkar şəxslərin hesabına aid edilmiş sair itkilər üzrə məbləğlər əks etdirilir.

    • 172 №-li «Xüsusi növ tədiyyələr üzrə hesablaşmalar» subhesabında məktəbəqədər uşaq müəssisələrində, internat məktəblərdə, məktəblər yanında internatlarda, uşaq musiqi məktəblərində uşaqların saxlanılması, tədrisi, tərbiyəçilərin saxlanılması, işçilərin yemək və geyimlə təminatı və sair xüsusi hesablaşmalar üzrə debitor və kreditor borc məbləğləri əks etdirilir.

    • 173 №-li «Büdcəyə ödəmələr üzrə hesablaşmalar» subhesabında bu və ya digər səbəblərdən ilin axırına qədər əmək haqqından, təqaüddən və sair müxtəlif ödənişlərdən tutulub büdcəyə köçürülməmiş məbləğlər, habelə büdcənin gəlirinə daxil olan və büdcəyə köçürüləsi məbləğlər (əlavə dəyər vergisi, mənfəətdən vergilər və sair) əks etdirilir.

    • 174 №-li «Depozit məbləğlər üzrə hesablaşmalar» subhesabında müalicə-profilaktika və bu kimi idarələrin xidmətlərindən istifadə edən vətəndaşların, bu idarələrin sərəncamına müvəqqəti, qaytarılmaq şərti ilə verdikləri depozit pul məbləğləri əks etdirilir.

    • 176 №-li «Tapşırıqlar üzrə xərclər üçün alınmış vəsaitlərə görə hesablaşmalar» subhesabında müxtəlif tapşırıqların yerinə yetirilməsi nəticəsində idarə və təşkilatlar tərəfindən alınmış vəsaitlərə görə, həmçinin məktəblilərin qara və əlvan metal qırıntılarının, müxtəlif təkraremala yararlı tullantıların yığılması və təhvili nəticəsində qazandıqları vəsaitlərə və digər məqsədli tapşırıqlar üzrə alınmış vəsaitlərə görə hesablaşmalar əks etdirilir.

    • 177 №-li «Deponentlərlə hesablaşmalar» subhesabında balansın passiv hissəsində müəyyən olunmuş müddət ərzində alınmamış əmək haqqı, təqaüd və sair ödəniş məbləğləri əks etdirilir.

    • 178 №-li «Sair debitor və kreditorlarla hesablaşmalar» subhesabında tədris müəssisələrində tələbə və şagirdlərin yataqxana xidmətindən istifadə haqqı daxil edilməklə, idarə və təşkilatların sair debitor və kreditor borc məbləğləri əks etdirilir.

    • 179 №-li «Planlı qaydada ödənişlərlə hesablaşmalar» subhesabında müqavilələr əsasında planlı ödənişlər qaydasında göstərilən xidmətə və buraxılan mal-material qiymətlilərinə görə hesablaşmalar üzrə borc məbləğləri əks etdirilir.

    • 180 №-li «İşçilərlə hesablaşmalar» və 181 №-li «Təqaüdçülərlə hesablaşmalar» subhesablarda əmək haqqı və müvəqqəti əmək qabiliyyətini itirdiyinə görə müavinətlər üzrə hesablanılmış məbləğlər, uşağa qulluğa görə və sair müavinətlər üzrə hesablanılmış məbləğlər, maddi yardım, mükafatlar, habelə təqaüdlər üzrə hesablanılmış məbləğlər əks etdirilir.

    • 182—189 №-li «Nağdsız köçürmələr üzrə işçilər və təqaüdçülərlə hesablaşmalar» subhesablarında icra sənədlərinə əsasən əmək haqqından tutulmuş məbləğlər, əmanət bankına köçürülən məbləğlər, sığorta haqları, üzvlük haqları və sair tutulmuş məbləğlər əks etdirilir.

    • 198 №-li «Əhalinin Sosial Müdafiəsi Fondu üzrə hesablaşmalar» subhesabında idarə və təşkilatlarda əmək haqlarına mütənasib olaraq hesablanılmış sosial sığorta haqları və sosial müdafiə fonduna ödənişlər əks etdirilir.

    • 199 №-li «Əhalinin məşğulluğu fondu üzrə hesablaşmalar» subhesabında əhalinin məşğulluq fonduna məcburi ayırmalar üzrə hesablaşmalar əks etdirilir (büdcədə olan idarələr istisna olmaqla).


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin