Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


Bölmə 8. Məqsədli təyinatların fondları və vəsaitləri



Yüklə 1,21 Mb.
səhifə46/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   42   43   44   45   46   47   48   49   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 8. Məqsədli təyinatların fondları və vəsaitləri

    240 №-li «Maddi-maraq fondu» subhesabında hesabat dövrünün axırında maddi-maraq fondu vəsaitlərinin qalıq məbləğləri əks etdirilir.

    • 241 №-li «Əməyin ödənişlərinin vahid fondu» subhesabında hesabat dövrünün axırına əmək ödənişlərinin vahid fondu vəsaitlərinin istifadə olunmamış qalıq məbləğləri əks etdirilir.

    • 246 №-li «İstehsal və sosial inkişaf fondu» subhesabında hesabat dövrünün axırına inventar və avadanlıqların alınmasına, bina və qurğuların əsaslı təmirinə və sair sosial ehtiyaclara istifadə olunmamış xərclərin qalıq məbləğləri əks etdirilir.

    • 249 №-li «Material və ona bərabər götürülən məsrəflər» subhesabında büdcə təsnifatına uyğun olaraq «Malların alınması və xidmətlərin haqqının ödənilməsi», «Faizlər üzrə ödənişlər», «Subsidiyalar və cari ödənişlər» xərc maddələri üzrə məsrəflər əks etdirilir.

    • 250 №-li «Əsas vəsaitlərin fondu» subhesabında köhnəlməni çıxmaqla idarənin sərəncamındakı əsas vəsaitlərin fondunu təşkil edən məbləğ əks etdirilir.

    • 020 №-li «Əsas vəsaitlərin köhnəlməsi» subhesabında idarəyə məxsus olan əsas vəsaitlərin köhnəlmə məbləği əks etdirilir.

    • 260 №-li «Azqiymətli və tezköhnələn əşyalar fondu» subhesabında idarənin sərəncamında olan azqiymətli və tezköhnələn əşyaların məbləği əks etdirilir.

    • 270 №-li «Maliyyə vəsaitlərinin vahid fondu» subhesabında hesabat dövrünün sonuna uzunmüddətli iqtisadi normativlər üzrə büdcədən ayrılmış vəsaitlər, rüblük və aylıq fondlar üzrə bölüşdürülmüş tələbələrin (şagirdlərin) yataqxana haqları, istehsalat fəaliyyəti üzrə məhsul satışından, görülən iş və xidmətlərdən, uşaq müəssisələrində, internat məktəblərdə, xüsusi məktəblərdə, uşaq musiqi və rəssamlıq məktəblərində uşaqların saxlanması və tədrisi üçün daxilolmalar və sair məbləğlər əks etdirilir.

    • 271 №-li «Mərkəzləşdirilmiş fondlar və maliyyə ehtiyatları» subhesabında baş idarələrdə mərkəzləşdirilmiş inkişaf fondlarına və maliyyə ehtiyatlarına yönəldilən, bir xəstənin bir günlük yemək və dərmanı ilə əlaqədar ödənməmiş pul normaları və fondun əsasnaməsində nəzərdə tutulan bu kimi başqa vəsaitlər, həmçinin gözlənilməyən hallarda keçiriləcək tədbirlərin və öhdəliklərin maliyyələşdirilməsinə yönəldilən qənaət edilmiş vəsaitlər göstərilir.

    • 272 №-li «Büdcədənkənar fondlar» subhesabında yerli hakimiyyət orqanları, nazirliklər və baş idarələr tərəfindən yaradılmış büdcədənkənar fondların vəsaitləri əks etdirilir.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin