231 və 143 №-li «Kapital qoyuluşunun maliyyələşdirilməsi» subhesablarında Respublika büdcəsində, Naxçıvan Muxtar Respublikası büdcəsində, yerli büdcələrdə olan nazirliklərin, baş idarələrin maliyyələşmələr üzrə yekun dövriyyələrindən sonra qalıq məbləğləri əks etdirilir.
150 №-li «Malsatan və podratçılarla hesablaşmalar» subhesabında balansın passiv hissəsində, kapital qoyuluşunun maliyyələşdirilməsi hesabına tikinti materiallarına, konstruksiya və hissələrə görə, həmçinin quraşdırılmaq üçün alınmış avadanlıqlara görə malsatan və podratçılarla hesablaşmalar üzrə yaranmış kreditor borclar əks etdirilir.
Bölmə 12. İdarənin xərclər smetasının icrası haqqında hesabat forma № 2 (kod 0503008)
Forma № 2 «İdarənin xərclər smetasının icrası haqqında hesabat» büdcədən və digər mənbələrdən maliyyələşən dövlət hakimiyyət orqanlarının, məhkəmə və prokurorluqların, elmi-tədqiqat və digər sosial-mədəni idarələrin və tədbirlərin xərclər smetasının icrası barədə məlumatları əks etdirir.
4-cü «İl ərzində smeta üzrə təsdiq edilib» sütununda təyin olunmuş qaydada sənədləşdirilmiş dəyişiklikləri nəzərə almaqla təsdiq edilmiş smetaya müvafiq illik təyinatlar göstərilir.
5-ci «Hesabat dövründə maliyyələşmə» sütununda hesabat dövründə olan bütün dəyişiklikləri nəzərə almaqla, baş idarələr tərəfindən açılmış maliyyələşmələr artan yekunla göstərilir.
6-ci «Kassa xərcləri» sütununda kassa xərcləri, yəni bankda büdcənin cari hesablarından çek, ödəmə tapşırığı və sair sənədlərə əsasən silinmiş məbləğlər əks etdirilir (idarələr bu qrafa ilə yalnız baş idarələr tərəfindən təsdiq edilmiş smetanın xərc maddələrinə uyğun məsrəfləri göstərirlər).
7-ci «Faktiki xərclər» sütununda büdcə təsnifatının maddələri üzrə faktiki smeta xərcləri əks etdirilir. Belə ki, 6-cı və 7-ci sütunlarda hesabat dövrü ərzində bank tərəfindən icra olunmuş dövlət kapital qoyuluşlarının maliyyələşməsi üzrə kassa və faktiki xərclər əks etdirilir.
130-cu «Xərclər smetası üzrə qənaət məbləği» sətri üzrə illik hesabatlarda hesabat ili ərzində sosial-mədəni və sair müəssisələrin smeta xərcləri üzrə qənaət məbləğləri göstərilir.
Başqa büdcələr hesabına məqsədli tədbirlərin keçirilməsi üçün xərclər üzrə idarə və təşkilatlar ayrıca 2 №-li «İdarənin xərclər smetasının icrası haqqında hesabat» forması tərtib edirlər. Bu hesabat büdcə vəsaitlərinin sərəncamçılarına, onlar tərəfindən təyin olunmuş vaxtda göndərilir.
2 №-li Forma kassa və faktiki xərclər üzrə uçot registrlərinə uyğun olaraq doldurulur.
Büdcə hesabına maliyyələşmələr üzrə faktiki xərclər 2 №-li «İdarənin xərclər smetasının icrası haqqında hesabat» formasında büdcənin gəlir və xərclərinin təsnifatındakı xərc maddələrinə uyğun olaraq əks etdirilir.
010-cu «Əməyin ödənişi fondu — cəmi» sətri üzrə ştatda olan və ştatda olmayan işçilərə əmək haqqı ödənişlərinin, əməyin ödənilməsi ilə bağlı sair pul ödənişlərinin ümumi məbləği əks etdirilir.
011-ci «Ştatda olan işçilərin əmək haqları» sətrinə bütün ştat işçilərinə müəyyən edilmiş vəzifə maaşları, işçilərin vəzifə maaşına əlavələr, işçilərə əlavə iş üçün ödənişlər aid edilir.
012-ci «Ştatdankənar işçilərin əmək haqları» sətrinə təşkilatın ştatında olmayan və müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün tələb olunan şəxslərin əməyinin ödənilməsi üzrə xərclər aid edilir.
013-cü «Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri» sətrinə qanunvericilik, icra və məhkəmə hakimiyyətləri, hüquq-mühafizə, yerli özünüidarəetmə orqanlarının işçilərinə verilən mükafatlar, maddi yardımlar və yuxarıda göstərilən ödənişlərə aid edilməyən əməyin ödənilməsinin sair növləri üzrə xərclər aid edilir.
020-ci «Əmək haqqına üstəlik ayırmalar — cəmi» sətri üzrə müəyyən edilmiş normativə əsasən işçi və qulluqçuların əmək haqqına üstəlik şəklində hesablanan məbləğlərin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna, İcbari Dövlət Sığortasına və Tibbi Sığortaya, xəstəlik vərəqələrinə, hamiləlik, doğuma və s. ödənişlərə görə faktiki xərclərin ümumi məbləği əks etdirilir.
030-cu «Malların alınması və xidmətlərin haqqının ödənilməsi — cəmi» sətri üzrə dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınması, dərman və sarğı ləvazimatlarının alınması, yumşaq inventar və paltarların alınması, təmiri xərclərinin ödənilməsi, ərzaq məhsullarının alınması, ezamiyyətlər və xidməti səfərlər, işçilərə kompensasiya ödənişləri, nəqliyyat, rabitə, kommunal, geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış, nümunəvi layihələşdirmə üzrə xidmətlərin, abadlaşdırma, elmi-tədqiqat təşkilatlarının göstərdiyi xidmətlərin haqqının ödənilməsi, inventar və avadanlıqların alınması, təmiri xərclərinin ödənilməsi, binaların cari təmiri xərclərinin ödənilməsi və sair cari xərclər əks etdirilir.
031-ci «Dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materiallar alınması» sətri üzrə dəftərxana, rəsmxətt, yazı ləvazimatı və materialların alınması, mühasibat, statistika, kargüzarlıq kitablarının, blank və cədvəllərin hazırlanması və alınması, sənədlərin cilidlənməsi və tikilməsi, mətbəə və nəşr xərcləri, uçotun mexanikləşdirilməsi üzrə xidmətlərin ödənilməsi, büdcə təşkilatları və mərkəzləşdirilmiş mühasibatlıqlar üçün hesablama mərkəzləri və maşın hesablama stansiyaları tərəfindən yerinə yetirilən işlərin ödənilməsi, sair dəftərxana xərcləri, idarədənkənar mühafizə xərcləri, məlumat və dövrü ədəbiyyatın alınması xərcləri; gəmiricilərin və müxtəlif həşəratların dezinfeksiyası və məhv edilməsi, təsərrüfat məqsədi ilə istifadə edilən material və təsərrüfat təyinatlı qiymətindən asılı olmayaraq bir ildən az istifadə edilən tez xarab olan əşyaların alınması, sosial-mədəni idarələr tərəfindən xidmət edilən kontingentlərə göstərilən sanitar-gigiyena xidməti, müşavirə və konfransların keçirilməsi ilə bağlı təsərrüfat xərcləri, müxtəlif cür başqa təsərrüfat xərcləri müalicə-profilaktika və müalicə-baytarlıq idarələrindən başqa digər idarələr üçün dərman və sarğı materiallarının alınması, respublika hökumətinin müvafiq qərarlarına əsasən təhsil, səhiyyə, mədəniyyət və s. büdcə idarələri işçilərinə pulsuz verilən mənzil haqqının ödənilməsi üzrə xərclər əks etdirilir.
032-ci «Dərman və sarğı ləvazimatları alınması» sətri üzrə mineral suların, zərdabların, vaksinlərin, vitaminlərin, dezinfeksiya vasitələrinin və s. alınması, rentgen çəkilişi üçün plyonkaların, müayinələrin aparılması üçün materialların alınması və digər idarələrdə (öz laboratoriyası olmadığı halda) aparılan müayinələr ilə bağlı xərclərin ödənilməsi, yemək xərcini daxil etməklə donorlarla bağlı ödənişlər, köçürmə üçün qanın alınması, kiçik tibb alətlərinin alınması ilə bağlı xərclər əks etdirilir.
033-cü «Yumşaq inventar və paltarların alınması, təmiri xərclərinin ödənilməsi» sətri üzrə paltarların, ayaqqabıların, geyim paltarlarının və çarpayı ləvazimatlarının, xüsusi (müdafiə) geyimlərinin alınması, hazırlanması və onların təmiri üzrə xərcləri əks etdirilir.
034-cü «Ərzaq məhsullarının alınması» sətri üzrə müalicə-profilaktika müəssisələrində, texniki-peşə məktəblərində və litseylərində, xüsusi-peşə məktəblərində və litseylərində, internat məktəblərində, günü uzadılmış məktəblərdə, qocalar və əlillər üçün internat evlərində yemək xərcləri əks etdirilir. Məktəb və texniki peşə məktəblərində və litseylərində şagirdlərin ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin, aspirantların və büdcə idarələri işçilərinin yeməklərinə olan qiymətlərin bahalaşmasının qismən kompensasiyası ilə bağlı əlavə xərclərin ödənilməsi üzrə xərclər də bu sətirdə göstərilir. Respublika hökumətinin qərarlarına müvafiq olaraq zərərli əmək şəraitində işləyənlərə verilən xüsusi qidalanma xərcləri də bu sətirdə əks etdirilir.
035-ci «Ezamiyyə və xidməti səfərlər, işçilərə kompensasiya ödənişləri» sətri üzrə ezamiyyələr və xidməti səfərlər zamanı gediş, gündəlik və mənzil xərcləri, kompensasiya ödənişləri, işçilərin hərəkəti zamanı gündəlik və gediş xərcləri, xidməti səfərlər, kurslara və təhsil müəssisələrinə, sessiyalara, müşavirə və konfranslara ezamiyyələr üçün xərclər əks etdirilir.
040-cı «Nəqliyyat xidmətləri haqqında ödənilməsi — cəmi» sətri üzrə müəssisə, idarə, təşkilatlarda və icra orqanlarında istər özünəməxsus, istərsə də kənardan cəlb edilən nəqliyyat vasitələrinin bütün növ xidmət haqlarının ödənilməsi xərcləri əks etdirilir.
041-ci «Yanacaq və sürtkü materiallarının alınması» sətri üzrə idarələrin özlərinin və kənardan cəlb etdikləri nəqliyyat vasitələri üçün yanacaq və sürtkü materiallarının alınması üzrə xərclər əks etdirilir.
042-ci «Sair nəqliyyat xidmətləri haqqının ödənilməsi» sətrində nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması, onların cari təmiri və texniki baxışdan keçirilməsi ilə bağlı xərclər, nəqliyyat vasitələrinin icarə haqlarının ödənilməsi üzrə xərclər əks etdirilir.
050-ci «Rabitə xidmətləri haqqının ödənilməsi» sətri üzrə telefon və şəhərlərarası danışıqlar üçün abonent haqlarının, bütün növ poçt göndərişləri, o cümlədən teleqram, radioqram, pul göndərişləri və s. bu kimi xidmət haqlarının ödənilməsi xərcləri əks etdirilir.
060-cı «Kommunal xidmətləri haqqının ödənilməsi» sətri üzrə bütün növ kommunal xidmətləri (isitmə, qızdırıcı, su, qaz, elektrik enerjisi, kanalizasiya və s.), habelə respublika hökumətinin müvafiq qərarlarına əsasən təhsil, səhiyyə, mədəniyyət və s. büdcə idarələri işçilərinə pulsuz verilən kommunal xidmətləri haqlarının ödənilməsi xərcləri əks etdirilir.
070-ci «Geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış xidmətləri haqqının ödənilməsi» sətri üzrə geoloji-axtarış xidmətləri üzrə təsərrüfat, geoloji-kəşfiyyat işlərinə və ümumdövlət topoqrafiya-geodeziya işlərinə sərf edilən xərclər əks etdirilir.
071-ci «Layihələşdirmə üzrə xidmətlərin haqqının ödənilməsi» sətri üzrə layihələşdirmə, habelə tikintidə yeni texnikanın tətbiq edilməsi ilə əlaqədar tədqiqat layihələşdirmə, eksperiment işlərinə, iqtisadiyat sahələrinin inkişafı və yerləşdirməsi üzrə sxem və digər materialların tərtib edilməsi, normativ metodiki sənədlərin hazırlanması və s. obyektlərin proqnozlaşdırılması və tikilməsi ilə əlaqədar xərclər əks etdirilir.
072-ci «Abadlaşdırma xidmətləri haqqının ödənilməsi» sətri üzrə sahələrin, qəsəbələrin, həyatyanı sahələrin və başqa yaşayış məntəqələrinin yol-körpü təsərrüfatının saxlanması, işıqlandırılması, yaşıllaşdırılması, təmizlənməsi və abadlaşdırılması ilə bağlı xərclər əks etdirilir. Bundan başqa, bu sətrə şəhərlərdə və başqa yaşayış məntəqələrində yol hərəkətini tənzimləyən texniki qurğuların layihələşdirilməsi, hazırlanması (alınması), quraşdırılması, istismarı və təmiri ilə bağlı xərclər də aid edilir. Abadlaşdırma avadanlıqlarının saxlanması üçün cari xərclər, habelə kommunal təsərrüfatı təşkilatlarının işıqlandırılması, təmizlənməsi, küçə və meydanların sulanması, su qurğularının saxlanılması, onların təmizlənməsi, cari təmiri və sairə üzrə hesabların ödənilməsi xərcləri də bu sətir üzrə əks etdirilir.
073-cü «Elmi-tədqiqat təşkilatlarının göstərdiyi xidmətlərin haqqının ödənilməsi» sətri üzrə təşkilatların göstərdiyi elmi-tədqiqat xidmətləri ilə bağlı xərclər əks etdirilir.
074-cü «İnventar və avadanlığın alınması, təmiri xərclərinin ödənilməsi» sətri üzrə məktəb və sair təhsil müəssisələrinin laboratoriyaları və kabinetləri üçün təhsil avadanlığının, elmi-tədqiqat müəssisələrində, tədris ocaqlarında və uşaq müəssisələrində təhsil və elmi məqsədlər üçün tibb və baytarlıq avadanlıqları və alətlərinin, aparat, cihaz, maşın, dəzgah və sair xüsusi avadanlıqların, layihə-axtarış işlərinin həyata keçirilməsi üçün lazım olan cihazların, geodeziya alətlərinin, qazma avadanlıqların və alətlərinin, xüsusi rəsmxətt stollarının və başqa istehsalat avadanlıqlarının, muzeylər və sərgilər üçün idman avadanlıqlarının, eksponatların, müalicə-profilaktika müəssisələri üçün stolların, şkafların, stulların və sair dəftərxana mebellərinin, paltar asılqanlarının, divar saatlarının və başqa mebellərinin və çarpayıların alınması, laboratoriya, muzey və kitabxanalar üçün xüsusi mebellərin, kartaların, kitab şkaflarının və başqa sinif mebellərinin, təsərrüfat və texniki alətlərin, mətbəx və yeməkxana ləvazimatlarının, qızdırıcıların, bufet avadanlığı əşyalarının və sairə təsərrüfat inventarlarının, hesablama cihazlarının, yazı makinalarının alınması, yanğınsöndürən avadanlıqların alınması ilə əlaqədar xərclər əks etdirilir. Mədəniyyət evlərində qoyulan tamaşalarda istifadə olunan dekorasiyalar üçün materialların, kostyumların, pariklərin və s. alınması, yeni yaradılan və genişləndirilən müəssisələr üçün ilk dəfə alınan eyni təyinatlı azqiymətli əşyaların alınması, avadanlıqların və ləvazimatların quraşdırılması və təmiri ilə əlaqədar xərclər, Dövlət hakimiyyəti və icra orqanları və xarici ölkələrdə fəaliyyət göstərən səfirlik, konsulluq və nümayəndəliklər üçün inventar və avadanlıqların alınması və təmiri, silah, hərbi sursat, hərbi gəmilərin alınması və saxlanması, xidməti heyvanların alınması və saxlanması, məktəblərdə hərbi hazırlıq işlərinə aid inventar və ləvazimatların alınması və saxlanması üzrə xərclər də bu sətrə aid edilir.
075-ci «Binaların cari təmiri xərclərinin ödənilməsi» sətrində idarələrin özlərinə məxsus və icarəyə götürdükləri binaların, qurğuların, tikintilərin) cari təmiri və bununla əlaqədar təmir tikinti materiallarının alınması xərcləri əks etdirilir.
076-cı «Sair cari xərclər» sətri üzrə təhsil müəssisələrində bədən tərbiyəsi tədbirlərinin və kütləvi müdafiə işlərinin aparılması, incəsənət üzrə müvəqqəti sərgilərin təşkili, sanitar aviasiyasının uçuş saatlarının ödənilməsi, televiziya və radio verilişləri üzrə (xüsusi kino çəkilişi, texniki rabitə vasitələrinin istismarı, xidmətlərin ödənilməsi üzrə) əməliyyat xərcləri, çoxuşaqlı və aztəminatlı ailələrdə süni yedirtməyə və uşaqlar üçün pulsuz süd məmulatları buraxılması, ali və orta ixtisas təhsili idarələrini bitirən gənc mütəxəssislərin məktəbə, mədəniyyət və tibbi idarələrə işə göndərilməsi ilə bağlı gündəlik və yol xərclərinin ödənilməsi, şagirdlərə fəxri fərmanların, medalların, eləcə də idman yarışları iştirakçılarına mükafatların verilməsi, xəstələrin digər yerlərə müalicəyə göndərilməsi, protezləşdirmə, uşaqlara, əlillərə və ruhi xəstələrə himayəlik, şahidlərin çağırılması, ekspertlərin və tərcüməçilərin xidmətlərinin ödənilməsi, müxtəlif mükafatlandırma nişanlarının hazırlanması, respublika hökumətinin müəyyən etdiyi həcmdə işçilərin sosial-məişət xidmətinin yaxşılaşdırılması, seçkilərin keçirilməsi ilə bağlı xərclər, respublika əhalisinin siyahıya alınmasının və statistik tədqiqatların aparılması, respublika hökumətinin müəyyən etdiyi qaydada tamaşa müəssisələrinə dotasiyaların verilməsi, Respublika Mədəniyyət Nazirliyinin orqanları tərəfindən dramatik, musiqi və bədii əsərlərin alınması (sifarişi), xarici ölkələrlə mədəni əlaqələr və xarici qonaqların qəbulu üzrə tədbirlər, büst və heykəl modellərinin layihələşdirilməsi və hazırlanması, qəzet redaksiyaları və nəşriyyatların maliyyələşdirilməsi, kəşf, ixtira və səmərələşdirici təkliflər ilə əlaqədar xərclər, ümumtəhsil fondu hesabına tədbirlər, respublika hökumətinin qərarlarına müvafiq olaraq yerinə yetirilən milli və beynəlxalq sərgi və yarmarkaların xaricdə keçirilməsi, icazə verilmiş məbləğdə bayramlarla bağlı ümumi rayon və ümumşəhər tədbirlərinin keçirilməsi, büdcə təşkilatlarının ixtisasartırma müəssisələrində dinləyicilərin ixtisas artımı və hazırlıq işləri, qan pereparatlarının keyfiyyətini müəyyən etmək üçün qanköçürmə məntəqələri tərəfindən heyvanların alınması, maliyyə orqanlarının uçotuna daxil olmuş dövlət idarələrinin keçmiş əmlakının, sahibsiz əmlakın, müsadirə edilmiş əmlakın ticarət və sairə təşkilatlara verilməmişdən qabaq saxlanılması və təmiri xərcləri, o cümlədən başqa xərclər, təhsil alanların təhsil və istehsalat təcrübəsi xərcləri, aspirantlar və təhsil alanlar üçün, o cümlədən uşaq müəssisələrində uşaqlarla məşğələlər üçün müxtəlif ləvazimatların, məktəb və rəsmxətt ləvazimatlarının, materialların və təhsil, laboratoriya məşğələləri üçün inventarların alınması xərcləri əks etdirilir. Bundan başqa, təhsil ekskursiyaları, təhsil proqramlarının nəşri və alınması, tədris müəssisələri üçün sinif jurnallarının, blankların, diplomların, şəhadətnamələrin, tələbə biletlərinin, zaçot kitablarının və digər sənədlərin alınması üzrə xərclər, şagirdlərin düşərgə toplantılarının keçirilməsi, şagirdlərin yeni qəbulunun təşkili, şagirdlərin istehsalat təcrübəsinin ödənilməsi, şagirdlərin yol haqqının və onların yolda və praktika bazalarında olduqları müddətdə gündəlik əmək xərclərinin ödənilməsi, tədris müəssisələri tərəfindən elmi-tədqiqat işləri üçün alınan təcrübə heyvanlarının və mal-qaranın alınması, gətirilməsi və saxlanılması, elmi sessiyaların, qurultayların, konfransların, iclasların, habelə şagirdlər, xəstələr və əlillər arasında mədəni-maarif xarakterli tədbirlərin təşkili və keçirilməsi ilə, dissertasiya müdafiəsi, elmi-tədqiqat müəssisələri üçün kənar təşkilatlar tərəfindən yerinə yetirilən elmi, təcrübi və eksperimental işlərin ödənilməsi ilə əlaqədar xərclər, tədris müəssisələrinin nəzdindəki eksperimental emalatxanaların xidmətinin ödənilməsi, bank xidmətləri haqqının ödənilməsi, muzey ekspozisiyalarının və sərgilərin təşkili zamanı müvəqqəti xarakter daşıyan və köməkçi materiallar olan xəritələrin, sxemlərin, dioqramların, eskizlərin, maketlərin və digər əşyaların hazırlanması ilə əlaqədar xərclər, kitabxanalar üçün kitab alınması xərcləri, açıq kitabxana şəbəkəsi, tədris müəssisələri, məktəblər, xəstəxanalar və digər idarələrdə fəaliyyət göstərən kitabxanalar üçün kitab alınması, kitabxana fonduna aid edilən jurnal və nəşrlərin alınması, klub, rayon mədəniyyət evləri, məktəblər, xəstəxanalar, sanatoriyalar, sanitar maarifi evləri, dövri mətbuatın alınması, kitabların cilidlənməsi, kitabxanalar üçün kitabxana əşyalarının və uçot sənədlərinin alınması, Azərbaycan Respublikasının xarici ölkələrdə olan səfirlik, konsulluq və nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin müəyyən edilmiş norma daxilində yüklərinin daşınması xərclərinin ödənilməsi, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə, yaxud bu səbəbdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, beynəlxalq və ümumrespublika gənclər, idman tədbirlərinin təlim-məşq yarışlarının və təlim-məşq toplantılarının keçirilməsi, dəvət olunmuş hakimlərin haqlarının ödənilməsi, arxiv materiallarından istifadə edilməsi, film və verilişlərin çəkilişi üçün icarəyə götürülmüş teatr, konsert salonları, sahə və otaqların icarə haqları, lisenziyalı bədii, sənədli, cizgi filmlərinin və müxtəlif proqramların prokatı və alınması, informasiya agentlərinin xidmətləri, maddi vəziyyəti ağır olan vətəndaşların məhkəmədə müdafiəsi ilə əlaqədar vəkillərin əməyinin ödənilməsi üzrə xərclər və bunlar kimi digər sair xərclər də bu sətirdə əks etdirilir.
080-ci «Əhaliyə ödənişlər — cəmi» sətri üzrə uşaqlı ailələrə dövlət müavinəti və kompensasiyaların, bütün növ pensiyaların, təqaüdlərin ödənilməsi, şəhid ailələrinə birdəfəlik maddi yardım, qaçqınlara və məcburi köçkünlərə maddi yardım göstərilməsi, təbii fəlakətdən zərər çəkən vətəndaşlara birdəfəlik pul yardımının göstərilməsi, humanitar yardım, pulsuz müalicəyə göndərilən pensiyaçıların xərci, ən çox ehtiyacı olan pensiyaçılara və onların ailə üzvlərinə maddi yardım və əhaliyə sair bu kimi ödənişlərin ümumi məbləği əks etdirilir.
081-ci «Pensiyaların ödənilməsi» sətri üzrə əhaliyə ödənilən bütün növ pensiyaların ümumi məbləği əks etdirilir.
082-ci «Müavinətlərin ödənilməsi» sətri üzrə uşaqlı ailələrə ödənilən dövlət müavinəti və kompensasiyaların ümumi məbləği əks etdirilir.
083-cü «Təqaüdlərin ödənilməsi» sətri üzrə əhaliyə ödənilən təqaüdlərin ümumi məbləği əks etdirilir.
084-cü «Əhaliyə sair ödənişlər» sətri üzrə şəhid ailələrinə birdəfəlik yardım, qaçqınlara və məcburi köçkünlərə maddi yardım, təbii fəlakətdən zərər çəkən vətəndaşlara birdəfəlik pul yardımı və humanitar yardım ilə əlaqədar ödənişlərin ümumi məbləği əks etdirilir.
090-cı «Əsas vəsaitlərin alınması — cəmi» sətri üzrə müəssisə və təşkilatların dövlət əsaslı vəsait qoyuluşları proqnozuna uyğun olaraq dövlət müəssisə və təşkilatlarına istehsal və qeyri-istehsal təyinatlı avadanlıqlarının və uzun müddət istifadə olunan əşyaların, bina və tikililərin, nəqliyyat vasitələrinin alınması xərclərinin ümumi məbləği əks etdirilir.
091-ci «Bina və tikililərin alınması» sətri üzrə bina və tikililərin alınması ilə əlaqədar xərclər əks etdirilir.
092-ci «Nəqliyyat vasitələrinin alınması» sətri üzrə nəqliyyat vasitələrinin alınması ilə əlaqədar xərclər əks etdirilir.
093-cü «Dövlət müəssisə və təşkilatları üçün istehsal təyinatlı avadanlığının və uzun müddət istifadə olunan əşyaların alınması» sətri üzrə müəssisə və təşkilatların dövlət əsaslı vəsait qoyuluşları proqnozuna uyğun olaraq dövlət müəssisə və təşkilatlarına istehsalat avadanlığının və uzun müddət istifadə olunan əşyaların alınması ilə əlaqədar xərclər əks etdirilir.
094-cü «Dövlət müəssisə və təşkilatları üçün qeyri-istehsal təyinatlı avadanlığının və uzun müddət istifadə olunan əşyaların alınması» sətri üzrə müəssisə və təşkilatların dövlət əsaslı vəsait qoyuluşları proqnozuna uyğun olaraq dövlət müəssisə və təşkilatlarına qeyri-istehsalat avadanlığının və uzun müddət istifadə olunan əşyaların alınması ilə əlaqədar xərclər əks etdirilir.
100-cü «Əsaslı tikinti — cəmi» sətri üzrə limitdaxili və limitdənkənar dövlət əsaslı vəsait qoyuluşları hesabına mənzil, istehsalat, sosial-mədəni və məişət təyinatlı, inzibati və idarəetmə obyektlərinin, yollarının və s. tikintisi və yenidən quraşdırılması, istehsalat obyektlərinin genişləndirilməsi, obyektlərin qazlaşdırılması, su və işıq çəkilişi xərcləri əks etdirilir.
101-ci «Mənzil tikintisi» sətri üzrə müəssisə və təşkilatların dövlət əsaslı vəsait qoyuluşları limitinə uyğun olaraq aparılan mənzil tikintisi ilə əlaqədar xərclər əks etdirilir.
102-ci «İstehsal obyektlərinin tikintisi» sətri üzrə müəssisə və təşkilatların dövlət əsaslı vəsait qoyuluşları limitinə uyğun olaraq aparılan istehsalat obyektlərinin tikintisi ilə əlaqədar xərclər əks etdirilir.
103-cü «Sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi» sətri üzrə müəssisə və təşkilatların dövlət əsaslı vəsait qoyuluşları limitinə uyğun olaraq aparılan sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi ilə əlaqədar xərclər əks etdirilir.
104-cü «İnzibati və idarəetmə obyektlərinin tikintisi» sətri üzrə müəssisə və təşkilatların dövlət əsaslı vəsait qoyuluşları limitinə uyğun olaraq aparılan inzibati və idarəetmə obyektlərinin tikintisi ilə əlaqədar xərclər əks etdirilir.
105-ci «Yolların tikintisi» sətri üzrə müəssisə və təşkilatların dövlət əsaslı vəsait qoyuluşları limitinə uyğun olaraq aparılan yolların tikintisi ilə əlaqədar xərclər əks etdirilir.
106-cı «Sair tikintilər» sətri üzrə müəssisə və təşkilatların dövlət əsaslı vəsait qoyuluşları limitinə uyğun olaraq aparılan sair tikintilər ilə əlaqədar xərclər əks etdirilir.
110-cu «Əsaslı təmir — cəmi» sətri üzrə mənzil fondunun, istehsalat obyektlərinin, sosial-mədəni və məişət təyinatlı obyektlərin, inzibati və idarəetmə obyektlərinin, yolların və s. əsaslı təmiri, tarixi və mədəni abidələrin bərpası ilə əlaqədar xərclərin ümumi məbləği əks etdirilir.
111-ci «Mənzil fondunun əsaslı təmiri» sətri üzrə mənzil fondunun əsaslı təmiri üzrə xərclər əks etdirilir.
112-ci «İstehsalat obyektlərinin əsaslı təmiri» sətri üzrə istehsalat obyektlərinin əsaslı təmiri üzrə xərclər əks etdirilir.
113-cü «Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri» sətri üzrə sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri üzrə xərclər əks etdirilir.
114-cü «İnzibati və idarəetmə obyektlərinin əsaslı təmiri» sətri üzrə inzibati və idarəetmə obyektlərinin əsaslı təmiri üzrə xərclər əks etdirilir.
115-ci «Yolların əsaslı təmiri» sətri üzrə yolların əsaslı təmiri üzrə xərclər əks etdirilir.
116-cı «Sair əsaslı təmir» sətri üzrə sair əsaslı təmir xərcləri əks etdirilir.