Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


№-li «Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)» hesabı



Yüklə 1,21 Mb.
səhifə5/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   2   3   4   5   6   7   8   9   ...   66
Budce Hesablar plani ve telimat (1)

02 №-li «Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)» hesabı

    02 №-li «Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)» hesabı müəssisənin öz mülkiyyətində olan və uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.
    01 iyul 1997-ci ilədək əsas vəsaitlərin tam bərpası üçün köhnəlmə (amortizasiya) keçmiş SSRİ Nazirlər Sovetinin 22 oktyabr 1990-cı il tarixli 1072 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan SSR Nazirlər Sovetinin 26 noyabr 1990-cı il tarixli 536 №-li qərarı ilə Azərbaycan SSR-də tətbiqinə icazə verilən «SSRİ Xalq Təsərrüfatında əsas fondların tam bərpasına hesablanan amortizasiya ayırmalarının vahid normaları» əsasında hesablanırdı. 01 iyul 1997-ci ildən əsas vəsaitlərə (fondlara) köhnəlmə (amortizasiya) hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 71 nömrəli 3 iyul 1997-ci il tarixli qərarı ilə həyata keçirilir. Bu qərarın 2-ci bəndində deyilir: «1997-ci il iyul ayının 1-dən mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün müəssisələr əsas vəsaitlərə (fondlara) köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunu tətbiq etsinlər. Bu metod üzrə amortizasiya olunan əmlak və onların tam bərpası üçün illik köhnəlmə (amortizasiya) normaları aşağıdakı qaydada qruplaşdırılsın və göstərilən hədlər daxilində müəyyən edilsin:

      a) binalar və onların struktur komponentləri — 5 faizə qədər;
      b) qurğular və onların struktur komponentləri — 7 faizə qədər;
      v) ötürücü qurğular və onların struktur komponentləri — 9 faizə qədər;
      q) maşın və avadanlıqlar — 13 faizə qədər;
      d) nəqliyyat vasitələri — 15 faizə qədər;
      e) istehsal alətləri (ləvazimatları) və təsərrüfat inventarları — 25 faizə qədər;
      ə) torpaq sahələrinin yaxşılaşdırılması üzrə sərmayə qoyuluşları, iş heyvanları, çoxillik əkmələr və digər əsas vəsaitlər (fondlar) — 25 faizə qədər;
      j) qeyri-maddi aktivlər isə «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq».

    Bu qərarın 5-ci bəndinə əsasən büdcə idarələri əsas vəsaitlərin (fondların) balans (ilkin) dəyərinə yalnız bu qərarda göstərilən normalar daxilində köhnəlmə (amortizasiya) hesablayırlar.
    Binalara, qurğulara (tikintilərə); ötürücü qurğulara; maşın və avadanlıqlara; istehsalat alətlərinə (ləvazimatlarına) və təsərrüfat inventarlarına; işçi heyvanlara, istismar vaxtına çatmış çoxillik əkmələrə və digər köhnəlmə (amortizasiya) hesablanacaq əsas vəsaitlərə yuxarıda adı çəkilən normativlər əsasında köhnəlmə (amortizasiya) hesablanaraq 02 №-li «Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)» hesabında uçota alınır.
    Aşağıdakı əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesablanmır:

    • nadir memarlıq və incəsənət abidəsi olan binalara və qurğulara (tikintilərə); elmi, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlara, eksponatlara, nümunələrə, fəaliyyətdə olan və olmayan modellərə, maketlərə və başqa əyani vəsaitlərə; məhsuldar heyvanlara (damazlıq inəklərə, camışlara, madyanlara, dəvələrə, marallara, donuzlara, qoyunlara, keçilərə; döllük buğalara, kəllərə, ayğırlara, nərlərə, marallara, qabanlara, qoçlara, təkələrə və bunlar kimi digər məhsuldar heyvanlara); heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatlarına; istismar vaxtı çatmayan çoxillik əkmələrə; kitabxana fondlarına, kinofondlara, səhnə rekvizitlərinə, muzey sərvətlərinə (eksponatlarına); incəsənət işlərinə (bədii yaradıcılıq əsərlərinə); tam amortizasiya olunmuş əsas vəsaitlərə (fondlara), onlar istismara yararlı olduğu hallarda; anbarda olan və quraşdırılması tələb olunan (istismara verilməmiş) əsas vəsaitlərə (fondlara); müəssisənin xarici ölkələrdə olan nümayəndəlikləri, törəmə müəssisələri, şöbələri, istehsalatları, təsərrüfatları və digər bölmələri müstəqil balansa ayrıldığı üçün onların xarici ölkələrdə olan əsas vəsaitlərinə öz ölkələrində köhnəlmə (amortizasiya) hesablanmır. Həmin vəsaitlərə onların istifadə olduğu ölkələrin normativ sənədləri əsasında köhnəlmə (amortizasiya) hesablana bilər.

    Büdcə idarələrində ildə bir dəfə, ilin sonunda əsas vəsaitlərə (obyektlərə) onların ilin hansı ayında əldə edilməsindən, yaxud tikilməsindən, quraşdırılmasından asılı olmayaraq qanunvericilikdə nəzərdə tutulmuş normalarla tam təqvim ili üçün köhnəlmə (amortizasiya) hesablanır. Bir sözlə əsas vəsaitlərə köhnəlmə (amortizasiya) «Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimat»a uyğun həyata keçirilir.
    Tam amortizasiya olunmuş (yəni dəyərinə 100% köhnəlmə hesablanmış) əsas vəsaitlər istismara yararlı olduqları hallarda onlara köhnəlmə hesablanmır. İlin sonunda (dekabr ayının sonuncu iş günü) memorial order üzrə hesablanmış köhnəlmə məbləği 250 №-li «Əsas vəsaitlərin fondu» subhesabının debetində və 020 №-li «Əsas vəsaitlərin köhnəlməsi» subhesabının kreditində əks etdirilir.
    Dəyərinə 100% köhnəlmə hesablanmış əsas vəsaitlər istismara yararlı olduğu halda onu sıradan çıxarmaq olmaz.
    Əsas vəsaitlər ləğv edildikdə, əvəzsiz verildikdə və ya digər sıradan çıxarılma hallarında onlara hesablanmış köhnəlmə məbləği 020 №-li subhesabdan azaldılır.
    Əsas vəsaitlərin köhnəlməsinin analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də aparılır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin