Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


Bölmə 14. Xüsusi vəsaitlər üzrə smeta icrası haqqında hesabat (Forma № 4)



Yüklə 1,21 Mb.
səhifə50/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   46   47   48   49   50   51   52   53   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 14. Xüsusi vəsaitlər üzrə smeta icrası haqqında hesabat (Forma № 4)

    Müəssisələrin bir neçə növ xüsusi vəsaiti üzrə hesabatı, eləcə də baş təxsisat sərəncamçılarının xüsusi vəsaitlər üzrə icmal hesabatı hər bir növ xüsusi vəsait üzrə ayrı-ayrılıqda 4-icmal №-li (0503042) hesabat formasında tərtib edilir.
    Xüsusi vəsaitlərin gəlir və xərcləri üzrə göstəricilər xüsusi vəsaitlərin uçot registrlərinin məlumatları əsasında doldurulur.
    010-cu və 030-cu sətirlərin 3, 5, 7, 9-cu sütunlarında smeta və ya müqavilə qiymətləri ilə təsdiq edilmiş işlərin həcmi, 4, 6, 8, 10-cu sütunlarında isə ilin əvvəlindən artan yekunla faktiki xərclər göstərilir.
    015-ci «İlin əvvəlinə xüsusi vəsaitlərin qalığı» sətrində ilin əvvəlinə hər bir xüsusi vəsait üzrə ayrı-ayrılıqda pul vəsaitlərinin qalığı əks etdirilir.
    020-ci «Cari ildə daxil olub» sətrində cari hesabat ili ərzində geri qaytarılmış məbləğlər çıxılmaqla xüsusi vəsaitlər üzrə daxil olan gəlir məbləğləri əks etdirilir.
    025-ci «Alınmış bank kreditləri» sətri üzrə cari hesabat ili ərzində banklardan alınmış kredit məbləğləri əks etdirilir.
    035-ci «Əmək haqqı» sətri üzrə cari hesabat ili ərzində xüsusi vəsaitlər hesabına ştatda olan və ştatda olmayan işçilərə əmək haqqı ödənişləri, əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri əks etdirilir.
    040-cı «Əhaliyə ödənişlər» sətri üzrə xüsusi vəsait hesabına şəhid ailələrinə birdəfəlik maddi yardım, qaçqınlara və məcburi köçkünlərə maddi yardım göstərilməsi, təbii fəlakətdən zərər çəkən vətəndaşlara birdəfəlik pul yardımının göstərilməsi, humanitar yardım və əhaliyə sair ödənişlər ilə bağlı xərclər əks etdirilir.
    045-ci «Sair materialların alınması və xidmətlərin haqqının ödənilməsi» sətrində xüsusi vəsaitlər hesabına dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınması, dərman və sarğı ləvazimatlarının alınması ilə bağlı xərclər, yumşaq inventar və paltarların alınması, təmiri xərclərinin ödənilməsi, ərzaq məhsullarının alınması, ezamiyyətlər və xidməti səfərlər, işçilərə kompensasiya ödənişləri, nəqliyyat, rabitə və kommunal xidmətləri haqqının ödənilməsi, geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış, nümunəvi layihələşdirmə, abadlaşdırma və elmi-tədqiqat təşkilatlarının göstərdiyi xidmətlərin haqqının ödənilməsi, inventar və avadanlıqların alınması, təmiri üzrə xərclər, binaların cari təmiri üzrə xərclər və sair cari xərclər əks etdirilir.
    050-ci «Əsas vəsaitlərin alınması» sətri üzrə xüsusi vəsaitlər hesabına dövlət müəssisə və təşkilatlarına istehsalat və qeyri-istehsalat avadanlıqlarının, uzun müddət istifadə olunan əşyaların, o cümlədən bina və tikintilərin, nəqliyyat vasitələrinin alınması ilə əlaqədar xərclər əks etdirilir.
    055-ci «Əsaslı tikinti» sətrində xüsusi vəsaitlər hesabına mənzil, istehsalat, sosial-mədəni və məişət təyinatlı, inzibati və idarəetmə obyektlərinin, yolların və sair tikintisi üzrə xərclər əks etdirilir.
    060-cı «Əsaslı təmir» sətri üzrə mənzil fondunun, istehsalat obyektlərinin, sosial-mədəni və məişət təyinatlı obyektlərin, inzibati və idarəetmə obyektlərinin, yolların və s. əsaslı təmiri, şəhər və fəhlə qəsəbələrində kommunal-məişət müəssisələrinin, yaşayış evlərinin, uşaq-müalicə müəssisələrinin, məktəb və digər təhsil ocaqlarının qazlaşdırılması, sosial-mədəni idarələrin binalarının su kəmərinə, kanalizasiya, elektrik şəbəkəsinə birləşdirilməsi və onların işə salınması, soba əvəzinə mərkəzi istilik sisteminin və bununla əlaqədar qazanxanalar üçün yeni yerlərin tikilməsi, həyət zibilxanalarının, kömür üçün sarayların, liftlərin və həyət camaşirxanalarının qurulması, tarixi və mədəni abidələrin bərpası ilə bağlı xərclər əks etdirilir.
    065-ci «Fondlara ayırmalar» sətri üzrə «elmi-texniki və sosial-inkişaf fonduna» və «maddi-maraq fonduna» ayırmalar əks etdirilir.
    070-ci «Büdcəyə ödəmələr» sətri üzrə təyin olunmuş normativlərə əsasən büdcə vəsaiti və ya sifarişçilərin vəsaiti hesabına alınmış mənfəətdən dövlət büdcəsinə, o cümlədən yerli büdcəyə ayırmalar əks etdirilir.
    075-ci «Büdcədənkənar fondlara ödəmələr» sətri üzrə qanunvericiliklə müəyyən edilmiş normativlərə əsasən Dövlət Sosial Müdafiə Fonduna, Məşğuluq Fonduna, Tibbi Sığorta Fonduna ayırmalar və digər xərclər əks etdirilir.
    080-ci «İdarənin hesabına silinmiş əskikgəlmələr (itkilər) və ümidsiz borclar» sətri üzrə müxtəlif səbəblərə görə idarənin hesabına silinmiş əskikgəlmələr (itkilər) və ümidsiz borc məbləğləri əks etdirilir.
    085-ci «Sair xərclər» sətri üzrə yuxarıda göstərilən xərclərə aid edilməyən ödənişlər bu sətir üzrə əks etdirilir və bu haqda balansa əlavə edilən arayışda izahat verilir.
    090-cı «Ödəniş bank kreditləri» sətri üzrə cari hesabat ili ərzində bank idarələrinə qaytarılmış kredit məbləğləri əks etdirilir.
    091, 092, 093, 094, 095, 096-cı boş sətirlər üzrə müəssisələrin spesifikalarına uyğun müvafiq xərclər göstərilə bilər.
    100-cü «İlin axırına xüsusi vəsaitlərin qalığı» sətri üzrə cari hesabat ilinin axırına xüsusi vəsaitlərin qalıqlarının ümumi məbləği (pul vəsaitləri), materiallar və kreditor borclar çıxılmaqla debitor borc məbləğləri əks etdirilir.
    Yeni təsərrüfatçılıq şəraitinə keçməyən, lakin pullu xidmətə vəsaiti olan müəssisələr bu vəsaitlərə görə 4 №-li «Xüsusi vəsaitlər üzrə smeta icrası haqqında hesabat» təqdim edirlər. Maliyyələşmənin və təsərrüfatçılığın yeni üsullarına keçməyən elmi-tədqiqat müəssisələri də xüsusi vəsaitlər üzrə bu formanı təqdim edirlər.
    Büdcədə olan, müqavilələr üzrə sifarişçilər hesabına işlər görən, maliyyələşmənin və təsərrüfatçılığın yeni metodlarına keçən təşkilatlar baş idarəyə, maliyyə orqanlarına 01 yanvar tarixinə Forma № 4e (kod 0503046) elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabat təqdim edirlər.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin