Bölmə 15. Əsas vəsaitlərin hərəkəti haqqında hesabat (Forma № 5 (kod 0503051))
5 №-li «Əsas vəsaitlərin hərəkəti haqqında hesabat» formasında ilin əvvəlinə və ilin axırına 010—019 №-li subhesablar üzrə bütün əsas vəsaitlərin ümumi məbləği əks etdirilir. Bundan başqa, bu hesabat formasında hansı mənbələr hesabına daxil olması və hansı səbəbdən çıxarılması göstərilməklə əsas vəsaitlərin hərəkəti əks etdirilir.
Əsas fondların (vəsaitlərin) yenidən qiymətləndirilməsi ilə əlaqədar olaraq, əsas vəsaitlərin qiymətlərinin artma məbləği və indeksləşdirilməsi, köhnəlmə məbləği hesabat formasının boş sətirlərində əks etdirilir.
Bölmə 16. Material qiymətlilərinin hərəkəti haqqında hesabat (Forma № 6 (kod 0503053))
6 №-li «Material qiymətlilərinin hərəkəti haqqında hesabat» formasında ilin əvvəlinə və ilin axırına 060—069 №-li subhesablar üzrə materialların və ərzaq məhsullarının qalıq məbləğləri göstərilir.
Hesabat dövrü ərzində materialların və ərzaq məhsullarının hərəkəti də bu hesabat formasında əks etdirilir.
Bölmə 17. İstehsalat-tədris emalatxanalarının istehsalat fəaliyyəti və şagirdlərin sənaye və tikinti müəssisələrində yerinə yetirdikləri işlər haqqında hesabat (Forma 9 (kod 0503180))
9 №-li «İstehsalat-tədris emalatxanalarının istehsalat fəaliyyəti və şagirdlərin sənaye və tikinti müəssisələrində yerinə yetirdikləri işlər haqqında hesabat» formasında hesabat dövrü ərzində istehsalat-tədris emalatxanaları tərəfindən əhaliyə göstərilmiş xidmətlər və satılmış məmulatlar haqqında, həmçinin sənaye və tikinti müəssisələrində şagirdlərin tədris prosesində yerinə yetirdikləri işlər haqqında məlumatlar əks etdirilir.
Emalatxanalar tərəfindən göstərilmiş xidmətlər və buraxılmış məmulatlar üzrə məsrəflər, göstərilmiş xidmətlərdən və realizə olunmuş məhsullardan mənfəət, tədris müəssisələrinin sərəncamında qalan ayırmalar da bu hesabat formasında əks etdirilir.