Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


Bölmə 18. Büdcə idarələrində əskikgəlmələr və itkilər üzrə hesabat (Forma 15 (0503078))



Yüklə 1,21 Mb.
səhifə52/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   48   49   50   51   52   53   54   55   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 18. Büdcə idarələrində əskikgəlmələr və itkilər üzrə hesabat (Forma 15 (0503078))

    Bu hesabat formasının 010-cu sətrində ilin əvvəlinə material qiymətlilərindən və pul vəsaitlərindən olan çatışmamazlıqlar üzrə borcların qalıq məbləğləri göstərilir.
    015-ci sətirdə hesabat ili ərzində, inventarizasiya və təftiş zamanı aşkar edilmiş maddi-məsul şəxs hesabına material qiymətlilərindən və pul vəsaitlərindən olan əskikgəlmələr və itkilərin müəyyən olunmuş ümumi məbləği göstərilir.
    020-ci sətir üzrə məhkəmənin qərarı ilə günahkar şəxsin hesabına keçirilmiş məbləğ əks etdirilir.
    025-ci sətir üzrə dəymiş ziyanın ödənilməsi zamanı günahkar şəxslərdən tutulmuş məbləğ əks etdirilir.
    030-cu sətir üzrə müxtəlif səbəblərə görə müəssisənin hesabına silinmiş əskikgəlmə məbləği əks etdirilir.
    035-ci sətir üzrə ilin axırına material qiymətlilərindən və pul vəsaitlərindən olan çatışmamazlıqlar üzrə borcların qalıq məbləği əks etdirilir. 010 və 035-ci sətirlər üzrə borcların qalıq məbləğləri müvafiq olaraq F 1 balansın «Əskikgəlmələr üzrə hesablaşmalar» subhesabının 3-cü və 4-cü sütunlarında göstərilmiş məbləğlərə bərabər olmalıdır.

Bölmə 19. Büdcədən maliyyələşən idarə və təşkilatların aylıq, rüblük və illik hesabat formalarının siyahısı

Forma №

Hesabat formalarının adları

İllik

Rüblük

1

2

4

1

1

Xərclər smetasının icrası balansı, büdcədən maliyyələşən arayışla birlikdə

2

2

İdarələrin xərclər smetasının icrası haqqında hesabat

3-1

3-1

Büdcədən maliyyələşən dövlət hakimiyyət orqanlarında, məhkəmələrdə, prokurorluqlarda, elmi-tədqiqat müəssisələrində və başqa idarə və tədbirlər üzrə ştat və kontingentlər barədə hesabat

3-2

3-2

Kadr hazırlığı və ixtisasartırma idarələrində ştat və kontingent planının yerinə yetirilməsi barədə hesabat

3-4

3-4

Sosial təminat və səhiyyə idarələrində ştat və kontingent planının yerinə yetirilməsi barədə hesabat

3-5

3-5

Orta, natamam orta (doqquzillik), axşam (növbəli), qiyabi orta ümumtəhsil məktəblərində, litseylərdə, internat məktəblərində, xüsusi məktəblərdə, uşaq bağçalı məktəblərdə, məktəb nəzdindəki internatlarda və ibtidai məktəblərdə ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat

3-8

Elmi-tədqiqat idarələrində və ali məktəblərdə elmi kadrların hazırlanması haqqında hesabat

3-12

3-12

Xüsusi qaydalı uşaq evləri və internat məktəblərində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat

3 m

3 m

Məktəbəqədər uşaq müəssisələrinin saxlanılması üzrə hesabat

4 icmal

4 icmal

Xüsusi vəsaitlər üzrə smeta icrası haqqında hesabat

4-e

4-e

Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabat

5

Əsas vəsaitlərin hərəkəti haqqında hesabat

6

Material qiymətlilərinin hərəkəti haqqında hesabat

9

İstehsalat-tədris emalatxanalarının istehsalat fəaliyyəti və şagirdlərin sənaye və tikinti müəssisələrində yerinə yetirdikləri işlər haqqında hesabat

15

Büdcə idarələrində əskikgəlmələr və itkilər üzrə hesabat


                  Azərbaycan Respublikası Maliyyə Nazirliyi
                  tərəfindən təsdiq edilmişdir.

                  Forma № 1


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin