Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


Bölmə 6. Maliyyələşmələr üzrə idarədaxili hesablaşmalar



Yüklə 1,21 Mb.
səhifə18/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   14   15   16   17   18   19   20   21   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 6. Maliyyələşmələr üzrə idarədaxili hesablaşmalar

    14 №-li «Maliyyələşmələr üzrə idarədaxili hesablaşmalar» hesabında baş təxsisat sərəncamçıları ilə onların tabeçiliyindəki təşkilatlar arasında smeta xərclərinin büdcədən maliyyələşməsi üzrə hesablaşmalar uçota alınır.
    Bu hesabda aşağıdakı subhesablar açıla bilər:

    • 140 «İdarələrin və başqa tədbirlərin xərcləri üçün büdcədən maliyyələşmələr üzrə hesablaşmalar»;

    • 142 «Başqa (sair) büdcələr hesabına maliyyələşmələr üzrə hesablaşmalar»;

    • 143 «Kapital qoyuluşlarının büdcədən maliyyələşdirilməsi üzrə hesablaşmalar».

    Bu subhesablar həm baş təxsisat sərəncamçıları, həm də aşağı təxsisat sərəncamçıları tərəfindən tətbiq olunur.
    Aşağı təxsisat sərəncamçıları bu subhesabların krediti üzrə baş təxsisat sərəncamçılarından alınmış maliyyələşmə məbləğlərini, həmçinin maliyyələşməni artıran digər məbləğləri əks etdirirlər.
    Göstərilən subhesabların debeti üzrə il ərzində həyata keçirilən xərc məbləğləri, baş təxsisat sərəncamçısının göstərişinə əsasən maliyyələşməni azaldan məbləğlər, aşkara çıxarılmış əskikgəlmələr və idarə hesabına aid edilən digər silinmələr əks etdirilir.
    Baş təxsisat sərəncamçıları 14 №-li hesabın müvafiq subhesablarının debeti üzrə tabeçilikdə olan idarələrin və mərkəzləşdirilmiş tədbirlərin maliyyələşməsini və smeta üzrə idarələrin xərc məbləğlərini, krediti üzrə isə — tabeçiliklərindəki idarələrin maliyyələşməni azaldan və tabeçilikdəki təxsisat sərəncamçıları tərəfindən il ərzində edilən xərcləri əks etdirirlər.
    140 №-li «İdarələrin və başqa tədbirlərin xərcləri üçün büdcədən maliyyələşmələr üzrə hesablaşmalar» subhesabında baş kredit sərəncamçıları tərəfindən açılmış büdcədən maliyyələşmə məbləğləri, həmçinin digər əməliyyatlar üzrə artan və azalan maliyyə məbləğləri əks etdirilir.
    142 №-li «Başqa (sair) büdcələr hesabına maliyyələşmələr üzrə hesablaşmalar» subhesabında başqa büdcələr hesabına ayrı-ayrı tədbirlərin həyata keçirilməsi üçün alınmış maliyyələşmə məbləğləri göstərilir.
    143 №-li «Kapital qoyuluşlarının büdcədən maliyyələşdirilməsi üzrə hesablaşmalar» subhesabında büdcə hesabına, kapital qoyuluşlarının və digər tədbirlərin maliyyələşdirilməsi üzrə məbləğlər uçota alınır.
    Azərbaycan Respublikasının Dövlət büdcəsindən və digər yerli büdcələrdən maliyyələşən baş təxsisat sərəncamçıları tərəfindən tabeliklərindəki idarələrin maliyyələşməsi üzrə xərclərin uçotu hər bir idarə üzrə ayrı-ayrılıqda aparılır.
    Büdcədən maliyyələşmələr və onun istifadəsi hər bir maddə üzrə büdcədən maliyyələşmələr kitabında uçota alınır.
    Baş idarələr tərəfindən icmal balans hazırlanarkən tabeçiliklərindəki təxsisat sərəncamçılarının blanklarında olan 140, 142, 143 №-li subhesablar üzrə qalıq məbləğləri baş təxsisat sərəncamçısı tərəfindən qarşılıqlı əvəz edilir (xəzinədarlıq tətbiq edilən sahələrdə xəzinədarlığın təlimatına uyğun).


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin