Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


Məktəbəqədər uşaq müəssisələrində (körpələr evində, uşaq bağçalarında) uşaqların saxlanmasına görə valideynlərlə hesablaşmalar



Yüklə 1,21 Mb.
səhifə22/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   18   19   20   21   22   23   24   25   ...   66
Budce Hesablar plani ve telimat (1)

Məktəbəqədər uşaq müəssisələrində (körpələr evində, uşaq bağçalarında) uşaqların saxlanmasına görə valideynlərlə hesablaşmalar

    Məktəbəqədər uşaq müəssisələrində uşaqların saxlanılması üçün valideynlərdən alınan haqlar qüvvədə olan kassa əməliyyatlarının aparılması qaydalarına uyğun tənzimlənir. Bunun üçün idarə rəhbərinin əmri ilə maddi-məsul şəxs təyin edilir və onunla tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə bağlanır. Təyin edilmiş maddi-məsul şəxs valiyenlərdən aldıqları pulları qüvvədə olan qaydalara uyğun rəsmiləşdirir və mədaxil sənədinin bir hissəsini valideynə təqdim edir.
    Bu əməliyyatlar əmanət bankları tərəfindən həyata keçirildikdə də mədaxil sənədinin bir hissəsi pulu ödəyən valideynə təqdim edilir.
    Məktəbəqədər uşaq müəssisələrində uşaqların saxlanılmasına görə ödənclərin vaxtlı-vaxtında daxil olmasına cavabdehlik bu müəssisələrin rəhbərlərinə həvalə edilir. Məktəbəqədər uşaq müəssisələrində uşaqların saxlanılmasına görə aylıq ödənclərin həcmləri müəyyən olunmuş qaydada hesablanılır.
    Ödənclərin hesablanması uşaqların davamiyyətinin uçotunun tabelinə əsasən faktiki davamiyyət günlərinə görə hər bir ayın axırıncı iş gününə aparılır. Davamiyyət günlərinin sayı uşaq müəssisəsinin işinin təqvim qrafikinə uyğun olaraq ay ərzindəki davamiyyət günlərinin sayı ilə uşağın buraxdığı və tabeldə qeyd edilən günlərin sayı arasındakı fərq ilə müəyyən edilir.
    Məktəbəqədər uşaq müəssisəsinə qüvvədə olan təlimatda nəzərdə tutulduğu kimi uşaq tərəfindən üç gündən artıq ardıcıl olaraq davamiyyət olmadıqda, buraxılmış günlərə görə edilmiş ödəniş sonrakı ödənclərdə nəzərə alınır.
    Ödənişlər birbaşa məktəbəqədər uşaq müəssisəsinə edildikdə valideynlərə ödəniş haqqında qəbz verilir. Qəbul edilmiş məbləğlər üç gün müddətində bank idarəsinin cari büdcə hesabına təhvil verilməlidir. Bu vəsaitlərin cari büdcə hesabına əvvəlcədən təhvil verilmədən xərclənməsi qadağandır. Pulların alınması üzrə maddi-məsul şəxslər hər iş gününün sonunda pulların banka təhvil verilməsi haqqında müvafiq bildiriş və qəbzlər də daxil olmaqla bank sənədlərini mühasibatlığa təhvil verməlidirlər. Valideynlər tərəfindən ödənilməmiş bildiriş-qəbzlər ayın axırıncı iş günü mühasibatlığa qaytarılmalıdır.
    Valideynlərdən daxil olmuş məbləğlər 113 №-li subhesabın və ya 09, 10 №-li hesabların müvafiq subhesablarının debetində və 172 №-li subhesabın kreditində əks etdirilir.
    Hesablaşma hesabı olan idarələrdə həmin məbləğ, eyni zamanda ikinci yazılışla 236 №-li subhesabın debetində, 249 №-li subhesabın kreditində əks etdirilir. Yeni təsərrüfatçılıq şəraitinə keçməmiş məktəbəqədər uşaq müəssisələrində bu məbləğlər büdcədən maliyyələşmələr kitabı forma № 1BM-də aparılır.
    Valideynlərə pulların qaytarılması onların ərizələrinə əsasən (uşaq məktəbdən çıxarıldıqda) məktəbəqədər uşaq müəssisələrinin rəhbərlərinin sərəncamları üzrə həyata keçirilir.
    Ərizələr məktəbəqədər uşaq müəssisələrinin rəhbərlərinin sərəncamları ilə uşaqların davamiyyəti uçotu tabeli ilə birlikdə mühasibatlığa təqdim edilir. Geri qaytarılan məbləğlər kassa və ya poçt vasitəsilə həyata keçirilir. Geri qaytarılmış məbləğlər 172 №-li subhesabın debetində və 120 №-li subhesabın və ya 09, 10, 11 №-li hesabların müvafiq subhesablarının kreditlərində əks etdirilir.
    Uşaqların saxlanılmasına görə hesablaşmaların analitik uçotu 327 №-li uşaqların saxlanmasına görə valideynlərlə hesablaşmalar üzrə cədvəldə aparılır. Cədvəl il və ya ya yarım illik tərtib edilir.
    Məktəbəqədər uşaq müəssisələrində faktiki davamiyyət günlərinə görə hesablanılmış məbləğlər 172 №-li subhesabın debetində, 236 №-li subhesabın kreditində əks etdirilir.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin