Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


Məktəbyanı internatlarda uşaqların yeməyinə görə valideynlərlə hesablaşmalar



Yüklə 1,21 Mb.
səhifə24/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   20   21   22   23   24   25   26   27   ...   66
Budce Hesablar plani ve telimat (1)

Məktəbyanı internatlarda uşaqların yeməyinə görə valideynlərlə hesablaşmalar

    Məktəblər yanında internatlarda uşaqların yeməyinə görə ödənc cari ay üçün valideynlər tərəfindən həmin ayın 5-dən gec olmayaraq hər ay ödənilir.
    Uşaqların yeməyinə görə ödənc qruplar üzrə tərtib edilmiş və məktəb tərbiyəçisi və direktoru tərəfindən imzalanmış siyahıya əsasən hesablanılır.
    Məktəbəqədər uşaq müəssisələrində uşaqların saxlanılması üçün valideynlərdən alınan haqlar qüvvədə olan kassa əməliyyatlarının aparılması qaydalarına uyğun tənzimlənir. Bunun üçün idarə rəhbərinin əmri ilə maddi məsul şəxs təyin edilir və onunla tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə bağlanır. Təyin edilmiş maddi-məsul şəxs valideynlərdən aldıqları pulları qüvvədə olan qaydalara uyğun rəsmiləşdirir və mədaxil sənədinin bir hissəsini valideynə təqdim edir.
    Bu əməliyyatlar əmanət bankları tərəfindən həyata keçirildikdə də mədaxil sənədinin bir hissəsi pulu ödəyən valideynə təqdim edilir.
    Valideynlər tərəfindən uşaqların yeməyinə görə ödənclər, yeməyə görə valideynlərdən qəbul olunmuş məbləğlər üç gün müddətində xüsusi vəsaitlər üzrə cari hesaba və ya hesablaşma hesabına təhvil verilməlidir. Bu vəsaitlərin bank idarəsinin xüsusi vəsaitlər üzrə cari hesabına və ya hesablaşma hesabına əvvəlcədən verilmədən xərclənməsinə icazə verilmir.
    Məktəbyanı internatlarda lazımi şərait olduqda idarə rəhbərinin müvafiq sərəncamı ilə hesablanmış ödənişlərin əvəzinə valideynlərdən ərzaq məhsulları da qəbul edilə bilər. Bu halda üç nüsxədən ibarət faktura (qaimə) (forma № 2Q) tərtib edilir və onun bir nüsxəsi valideynə verilir.
    Fakturada göstərilir: ərzaqlar kimdən daxil olub, ərzaq məhsullarının adı, miqdarı (çəkisi), qiyməti, məbləği, anbara daxil olma tarixi, həmçinin ərzağın qəbulu üçün şəxsin imzası.
    Şagirdlərin yeməyi üçün hesablanmış ödəniş məbləğləri 172 №-li subhesabın debetində, 400 və ya 157 №-li subhesabların kreditində əks etdirilir.
    Daxil olmuş ödəniş məbləği 120, 111, 113 və ya 061 №-li subhesabların (əgər ödənişin əvəzinə ərzaq məhsulları daxil olubsa) debetində və 172 №-li subhesabın kreditində əks etdirilir.
    Yeni təsərrüfatçılıq mexanizminə keçirilmiş idarələrin hesablaşma hesabına pul daxil olduqda ikinci yazılış edilir: yəni 238 №-li subhesabın debetinə və 249 №-li subhesabın kreditinə mühasibat yazılışı verilir.
    Valideynlərlə hesablaşmaların analitik uçotu xüsusi cədvəldə aparılır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin