Məsuliyyətli mühafizəyə qəbul edilən mal-material qiymətliləri
002
Ciddi hesabat sənədləri (blankları)
004
Ümidsiz debitorların silinməsi
005
Mərkəzləşdirilmiş təchizat üzrə ödənilmiş material qiymətliləri
006
Şagirdlərin və tələbələrin qaytarmadıqları maddi qiymətlilər üzrə borclar
007
Keçici idman prizləri və kubokları
008
Putyovkalar (göndəriş vərəqələri)
009
Pensiya və müavinət qayda-qanunlarından düzgün istifadə etmədikdə səhvən artıq ödənən pensiya və müavinət məbləğləri
0010
Hərbi texniki-tədris predmetləri
0011
İşçilərə verilən ssudalar
0013
Büdcə və büdcədənkənar vəsaitlərin xərclər smetasının icrası üzrə əməliyyatların uçotu Bölmə 1. Əsas vəsaitlər
Bu bölmə idarəyə məxsus olan bütün növ əsas vəsaitlərin (o cümlədən icarəyə verilmiş əsas vəsaitlərin) mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.
Əsas vəsaitlərin əldə edilməsi, mövcudluğu, idarədaxili hərəkəti və sair xaric olması üzrə sənədləşmələrin vaxtında və nöqsansız tərtibi, onların uçot registrlərində əks etdirilməsi və digər təsərrüfat əməliyyatlarının dəqiq uçotunun aparılması mühasibat uçotunun əsas vəzifələrindən biridir.
İdarənin (müəssisənin) istehsal (xidmət) sferasında bir ildən çox iştirak edən, dəyəri normativ sənədlərlə tənzimlənən, köhnəldikcə öz dəyərini qanunvericiliklə müəyyən edilmiş normalarla hissə-hissə məhsulun (işin, xidmətin) dəyərinə keçirən istehsal (xidmət) prosesində öz natural formasını saxlayan əmək vəsaitləri əsas vəsaitlər adlandırılır.