Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


Bölmə 13. Ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat (Forma № 3)



Yüklə 1,21 Mb.
səhifə49/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   45   46   47   48   49   50   51   52   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 13. Ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat (Forma № 3)

    İllik və ya rüblük ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabın həcminə aşağıdakı hesabat formaları daxildir:

    • Büdcədən maliyyələşən dövlət hakimiyyət orqanlarında, məhkəmələrdə, prokurorluqlarda, elmi-tədqiqat müəssisələrində və başqa idarə və tədbirlər üzrə ştat və kontingentlər haqqında hesabat f № 3-1 (kod 0503011);

    • kadr hazırlığı və ixtisasartırma idarələrində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat f № 3-2 (kod 0503009);

    • sosial təminat və səhiyyə idarələrində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat f № 3-4 (kod 0503014 illik) və (kod 0503015-rüblük);

    • orta, natamam orta (doqquzillik), axşam (növbəli), qiyabi orta ümumtəhsil məktəblərində, litseylərdə, internat məktəblərində, xüsusi məktəblərdə, uşaq bağçalı məktəblərdə, məktəb nəzdindəki internatlarda və ibtidai məktəblərdə ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat f № 3-5 (kod 0503016) və rüblük hesabat f № 3—5 (kod 0503017);

    • elmi-tədqiqat idarələrində və ali məktəblərdə elmi kadrların hazırlanması haqqında hesabat f № 3-8 (kod 0503022);

    • xüsusi qaydalı uşaq evləri və internat məktəblərində ştat və kontingent planının yerinə yetirilməsi haqqında illik hesabat f № 3-12 (kod 0503026);

    Yuxarıda göstərilənlərdən başqa məktəbəqədər uşaq müəssisələri f № 3-m (kod 0503034) hesabat formasının «B» «Ştat və kontingent üzrə göstəricilər» bölməsində ştat və kontingent planının yerinə yetirilməsi haqqında göstəricilər əks etdirilir.
    3-m №-li «Məktəbəqədər uşaq müəssisələrinin saxlanılması üzrə hesabat» formasını 010-cu «İlin əvvəlinə vəsaitlərin qalığı» sətrində keçən hesabat ilinin axırına olan qalıqlar əks etdirilir.
    Hesabat ilinin əvvəlinə (010-cu sətir) və axırına (080-ci sətir) olan qalıq məbləğlərinə bank çıxarışları üzrə pul vəsaitlərinin qalıqları, materialların qalıqları, həmçinin kreditor borcları çıxmaqla (valideynlərin borclarından başqa) debitor borc məbləğləri daxildir.
    025-ci sətir üzrə məktəbəqədər uşaq müəssisələrinin saxlanması üçün hesabat ili ərzində büdcədən daxil olan məbləğlər, yəni geri çağırılmış məbləğlər çıxılmaqla daxil olan büdcə vəsaitləri əks etdirilir. Məktəbəqədər uşaq müəssisələrinin mərkəzləşdirilmiş mühasibatlıqlarda bu sətir üzrə kassa xərclərinin məbləği, o cümlədən valideynlərdən və sair mənbələrdən daxil olan məbləğlər əks etdirilir.
    045-ci sətir üzrə bütün maliyyələşmə mənbələri hesabına faktiki xərclərin ümumi məbləği göstərilir.
    075-ci sətir üzrə yalnız şəbəkə üzrə mövsümi xarakterli məktəbəqədər uşaq müəssisələrinin faktiki xərcləri əks etdirilir. Daimi məktəbəqədər uşaq müəssisələrinin yay sağlamlıq tədbirlərinə çəkilən xərcləri isə 075-ci sətirdə deyil, 045-ci şəbəkə üzrə daimi məktəbəqədər uşaq müəssisələrinin xərcləri sətrində əks etdirilir.
    085-ci sətirdə bank çıxarışı ilə dəqiqləşdirilmiş hesabat dövrü üçün büdcənin cari hesabı üzrə pul vəsaitlərinin qalıq məbləğləri əks etdirilir. Mərkəzləşdirilmiş mühasibatlıqlarda isə bu sətir doldurulmur.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin