Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


№-li «Məhsullar və məmulatlar» hesabı



Yüklə 1,21 Mb.
səhifə7/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   2   3   4   5   6   7   8   9   10   ...   66
Budce Hesablar plani ve telimat (1)

03 №-li «Məhsullar və məmulatlar» hesabı

    Bu hesabda istehsalat (tədris) emalatxanalarının məmulatları, tədris-təcrübə və yardımçı kənd təsərrüfatlarının məhsulları, həmçinin çap məhsulları uçota alınır.
    03 №-li «Məhsullar və məmulatlar» hesabına aşağıdakı subhesablar açıla bilər:

    • 030 №-li «İstehsalat (tədris) emalatxanalarının məmulatları»;

    • 031 №-li «Yardımçı (tədris) kənd təsərrüfatı məhsulları».

    030 №-li «İstehsalat (tədris) emalatxanalarının məmulatları» subhesabında istehsalat (tədris) emalatxanalarında hazırlanmış hazır məhsullar uçota alınır. Hazır məmulatlar və çap məhsulları onların hazırlanması üçün faktiki xərclərə görə faktiki maya dəyəri üzrə uçota alınır.
    Hazır məmulatlar və çap məhsulları anbarda qəbul-təhvil aktı və ya digər mədaxil sənədləri əsasında mədaxil edilir. Hazır məhsullar mədaxil edildikcə onların məbləğlərinə 030 №-li subhesabın debeti və 080 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.
    Satılmış məhsullar üzrə məbləğlər 030 №-li subhesabın kreditində və 280 №-li subhesabın debetində əks etdirilir.
    Hazır məmulatların və çap məhsullarının analitik uçotu Əmlakın (qiymətlilərin) uçot kartı f № 1Q-də aparılır.
    031 №-li «Yardımçı kənd təsərrüfatı məhsulları» subhesabında tədris-təcrübə və yardımçı kənd təsərrüfatlarının məhsulları uçota alınır.
    Tədris-təcrübə və yardımçı kənd təsərrüfatlarının məhsulları il ərzində plan qiymətləri üzrə uçota alınır. Məhsulun mədaxili zamanı 031 №-li subhesabın debeti və 081 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.
    Məhsulun satışı zamanı satılmış məhsulun plan maya dəyəri 031 №-li subhesabın kreditindən 281 №-li subhesabın debetinə silinir.
    Təsərrüfatın öz ehtiyacları üçün ayrılmış məhsullar 031 №-li subhesabdan 06 №-li hesabın müvafiq subhesablarına silinir.
    İllik hesabat kalkulyasiyalarının əsasında məhsulun plan maya dəyəri ilin sonunda faktiki maya dəyəri həcmində düzəldilir.
    Əgər il ərzində kənd təsərrüfatı məhsullarının faktiki maya dəyəri plan maya dəyərindən artıq alınarsa, onda faktiki maya dəyəri ilə plan maya dəyəri arasındakı fərq məbləğinə satılmamış məhsul sahəsində 031 №-li subhesabın debeti və 081 №-li subhesabın krediti, satılmış məhsul sahəsində isə 281 №-li subhesabın debeti və 081 №-li subhesabın krediti üzrə əlavə mühasibat yazılışı verilir.
    Əgər il ərzində kənd təsərrüfatı məhsullarının faktiki maya dəyəri plan maya dəyərindən aşağı alınarsa, faktiki maya dəyəri ilə plan maya dəyəri arasındakı fərq məbləğinə (qənaət edilmiş məbləğ) satılmamış məhsul sahəsində mənfi ədədlərlə (qırmızı qələmlə) 031 №-li subhesabın debeti və 081 №-li subhesabın krediti, satılmış məhsul sahəsində isə 281 №-li subhesabın debeti və 081 №-li subhesabın krediti üzrə mühasibat yazılışları verilir.
    Tədris-təcrübə və yardımçı kənd təsərrüfatları məhsullarının analitik uçotu Əmlakın (qiymətlilərin) uçot kartı f № 1Q-də aparılır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin