Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


№-li «Avadanlıqlar, tikinti materialları və elmi-tədqiqat işləri üçün materiallar» hesabı



Yüklə 1,21 Mb.
səhifə8/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   4   5   6   7   8   9   10   11   ...   66
Budce Hesablar plani ve telimat (1)

04 №-li «Avadanlıqlar, tikinti materialları və elmi-tədqiqat işləri üçün materiallar» hesabı

    Bu hesabda kapital qoyuluşlarına ayrılmış büdcə və digər büdcədənkənar vəsaitlər hesabına alınan quraşdırılası avadanlıqlar, elmi-tədqiqat işlərində, laboratoriya sınaqlarında uzun müddət istifadə edilən materiallar, təsərrüfat müqavilələri üzrə elmi-tədqiqat işləri üçün xüsusi avadanlıqlar uçota alınır.
    04 №-li «Avadanlıqlar, tikinti materialları və elmi-tədqiqat işləri üçün materiallar» hesabına aşağıdakı subhesablar açıla bilər:

    • 040 №-li «Quraşdırılası avadanlıqlar»;

    • 041 №-li «Əsaslı tikinti üçün tikinti materialları»;

    • 043 №-li «Elmi tədqiqat işlərində və laborator sınaqlarında uzun müddət istifadə edilən materiallar»;

    • 044 №-li «Təsərrüfat müqavilələri üzrə elmi-tədqiqat işləri üçün xüsusi avadanlıqlar» və başqaları.

    040 №-li «Quraşdırılası avadanlıqlar» subhesabında quraşdırılası tikinti konstruksiyaları və detallar uçota alınır. Onlara metal, dəmir-beton və taxta konstruksiyalar; bina və qurğuların blokları və yığım elementləri; qızdırıcı, ventilyasiyaedici, sanitar-texniki sistemlər üçün avadanlıqlar (qızdırıcı qazanlar, avadanlıqlar və s.) aiddir.
    Bu subhesabda həmçinin quraşdırılası xarici və vətən avadanlıqları uçota alınır. Quraşdırılası avadanlıqlara yalnız hissələri quraşdırıldıqdan və özülə, yaxud bina və qurğuların dayağına birləşdirildikdən sonra fəaliyyət göstərə bilən avadanlıqlar, həmçinin belə avadanlıqların ehtiyat hissələri aiddir. Bu zaman avadanlıqların tərkibinə nəzarət-ölçü cihazları və ya quraşdırılası avadanlıqların tərkibinə daxil olan digər cihazlar daxil edilir. Bu subhesabda həmçinin tikinti üçün zəruri olan digər maddi qiymətlilər uçota alınır.
    Bu subhesab üzrə analitik uçot Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    041 №-li «Əsaslı tikinti üçün tikinti materialları» subhesabında əsaslı tikinti üçün təyin olunmuş vəsaitlərin hesabına alınmış, tikinti-quraşdırma işlərində istifadə olunan tikinti materialları uçota alınır.
    Tikinti materiallarına silikat materialları (sement, qum, çınqıl, əhəng, daş, kərpic); meşə materialları (mişar materialı, faner və s.); tikinti metalı (dəmir, polad, mis təbəqələr və s.); metal məmulatlar (mıx, qayka, bolt, dəmir məmulatı və s.); sanitar-texniki materiallar (lülək (kran), mufta, üçlük (troynik) və s.); elektrotexniki materiallar (kabel, lampa, patron, diyircəklər, məftil, sim, qoruyucu və s.); kimyəvi boyaq materialları (kraska, əlif, tol və s.) və digər analoji materiallar aiddir.
    Yardımçı kənd təsərrüfatında bu subhesabda bağların, meyvə bağlarının, üzümlüklərin salınması üçün kapital qoyuluşu hesabına alınmış əkin materialları uçota alınır.
    Tikinti materiallarının analitik uçotu Əmlakın (qiymətlilərin) uçot kartı f № 1Q-də aparılır.
    043 №-li «Elmi tədqiqatlarda və laboratoriya sınaqlarında uzun müddət istifadə edilən materiallar» subhesabında anbardan laboratoriya, yaxud elmi-tədqiqat institutunun digər struktur bölmələrinə, ali məktəblərə elmi-tədqiqat işləri üçün alınan, bir neçə dəfə və ya uzunmüddətli istifadə olunan materiallar, həmçinin elmi-tədqiqatların obyekti olan materiallar uçota alınır.
    043 №-li subhesabda uçota alınan materialların nomenklaturası idarənin rəhbəri tərəfindən müəyyən edilir.
    Mədəniyyət idarələrində bu subhesabda anbardan incəsənət əsərlərinin, muzey qiymətlilərinin və memarlıq abidələrinin bərpası və təmiri üçün alınmış qiymətli materiallar uçota alınır.
    Anbardan alınmış materiallar 043 №-li subhesabın debetində, 06 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.
    Göstərilmiş işlərin yerinə yetirilməsi üçün anbardan alınmış materiallar idarə üzrə əmrlə təyin edilmiş maddi-məsul şəxsin cavabdehliyində saxlanılmalıdır.
    İstifadə edilmiş materialların hesabdan silinməsi idarə rəhbəri tərəfindən təsdiq edilmiş aktların və ya digər sənədlərin əsasında aparılır. İstifadə olunmuş materiallar 043 №-li hesabların müvafiq subhesablarının debetində əks etdirilir.
    Mühasibatlıqda 043 №-li subhesabın analitik uçotu maddi-məsul şəxslər üzrə əmlakın (qiymətlilərin) uçot kartı f № 1Q-də aparılır.
    044 №-li «Təsərrüfat müqavilələri üzri elmi-tədqiqat işləri üçün xüsusi avadanlıqlar» subhesabında elmi-tədqiqat idarələrində və ali məktəblərdə təsərrüfat hesablı elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün sifarişçinin konkret mövzusu üzrə alınmış xüsusi avadanlıqlar onların elmi bölmələrə verilməsinə qədər uçota alınır.
    Mövzu (müqavilə) üzrə təsərrüfat hesablı elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün alınmış avadanlıqlar 044 №-li subhesabın debetində və 178 №-li subhesabın kreditində əks etdirilir. Mövzu (müqavilə) üzrə işlərin yerinə yetirilməsi üçün avadanlıqların anbardan elmi-tədqiqat bölmələrinə buraxılışı zamanı 044 №-li subhesabın kreditində və 082 №-li «Müqavilələr üzrə elmi-tədqiqat işlərinə məsrəflər» subhesabının debetində göstərilir və bu əşyalar 002 «Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material qiymətliləri» balansarxası hesabda uçota alınır.
    Mövzu (müqavilə) üzrə işlər yerinə yetirildikdən sonra xüsusi avadanlıqlar sifarişçiyə qaytarılmadıqda və istifadəyə yararlı olduqda o zaman onlar mümkün istifadə qiyməti ilə qiymətləndirilir. Bu avadanlıqlar əsas vəsait kimi istifadə olunmaq üçün mədaxil edildikdə 01 №-li «Əsas vəsaitlər» hesabının müvafiq subhesablarının debetində və 250 №-li «Əsas vəsaitlərin fondu» subhesabının kreditində uçota alınır. Həmin avadanlıqlara köhnəlmə hesablandıqda 250 №-li «Əsas vəsaitlərin fondu» subhesabının debetində və 020 №-li «Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)» subhesabının kreditində əks etdirilir. Belə avadanlıqlar mümkün istifadə qiymətilə azqiymətli və tezköhnələn əşyalar kimi istifadə edilmək üçün mədaxil edildikdə 07 №-li «Azqiymətli və tezköhnələn əşyalar» hesabının müvafiq subhesablarının debetində və 260 №-li «Azqiymətli və tezköhnələn əşyaların fondu» subhesabının kreditində uçota alınır. Bu cür avadanlıqlar materiallar kimi istifadə edilmək üçün mədaxil edildikdə 06 №-li «Materiallar və ərzaq məhsulları» hesabının müvafiq subhesablarının debetində və 140 №-li «Büdcədən idarə xərcləri və başqa tədbirlər üçün maliyyələşmələr üzrə hesablaşmalar» subhesabının kreditində uçota alınır. Belə avadanlıqların dəyəri 002 №-li «Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material qiymətliləri» adlı balansarxası hesaba silinir.
    044 №-li subhesab üzrə analitik uçot Əmlakın (qiymətlilərin) uçot kartı f № 1Q-də maddi-məsul şəxslər üzrə aparılır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin