YUDD SİGMET 2 VALİD 211100/211700 YUSO-
YUDD SHANLON FİR/UİR VA ERUPTİON MT ASHVAL LOC S1500 E07348 VA CLD OBS AT 1100Z FL310/450 APRX 220KM BY 35KM S1500 E07348-S1530 E07642 MOV ESE 65KMH FCST 1700Z VA CLD APRX S1506 E07500-S1518 E08112-S1712 E08330-S1824 E07836=
Məzmunu: sayca ikinci SİGMET məlumatı, SHANLON (YUDD SHANLON rayon dispetçer mərkəzinin adı ilə adlandırılmışdır) uçuş informasiya rayonu üçün aeroportun meteoroloji izləmə orqanı (YUSO) tərəfindən UTC vaxtı ilə 00:01-dən sonra verilmişdir; məlumat ayın 21 tarixi UTC vaxtı ilə 11:00-dan 17:00-a kimi etibarlıdır; coğrafi koordinatları 150 cənub enliyi və 73048' şərq uzunluğu olan məkanda yerləşən Aşval dağından vulkan külü atılır; UTC vaxtı ilə 11:00-da vulkan külü buludu 310 və 450-ci uçuş eşelonları arasında ölçüləri təxminən 220 km x 35 km olan 150 cənub enliyi və 73048' şərq uzunluğu, 15030' cənub enliyi və 76042' şərq uzunluğu hüdudlarındakı sahədə müşahidə edilmişdir; gözlənilir ki, vulkan külü buludu şərq və cənub-şərq istiqamətində saatda 65 km sürətlə hərəkət edəcəkdir; proqnoza əsasən UTC vaxtı ilə 17:00-da vulkan külü buludu təxminən aşağıdakı nöqtələrlə məhdudlaşan ərazidə olacaqdır: 1506' cənub enliyi və 750 şərq uzunluğu, 15018' cənub enliyi və 81012' şərq uzunluğu, 17012' cənub enliyi və 83030' şərq uzunluğu, 18024' cənub enliyi və 78036' şərq uzunluğu.
FƏSİL III. METEOROLOJİ TƏMİNATIN RİSK AMİLLƏRİ VƏ ONLARIN İDARƏ EDİLMƏSİ 3.1. Uçuşların meteoroloji təminatında istifadə edilən prosedur və proseslər
Uçuşların meteoroloji təminatında aşağıdakı prosedurlar mövcuddur:
1. Uçuşların meteoroloji təminatı proseduru
2. Meteoroloji avadanlıqların texniki-təchizatı proseduru
3. Uçuşların metroloji proseduru
Heydər Əliyev Beynəlxalq hava limanında İSO:9001 serialı Keyfiyyət Menecment Sistemi (KMS) 10 ildən artıq bir müddətdə tətbiq edilir, prosedurların effektivliyi və səmərəliliyi il ərzində təşkil edilən audit yoxlamaları ilə tənzimlənir.
Meteroloji orqanın hər bir işçi proseduru bir çox prosesləri (məhsul) əhatə edir. Hər bir proses və ya məhsul özünəməxsus effektivlik göstəriciləri ilə xarakterizə olunur.
Uçuşların meteoroloji təminatı proseduru aşağıdakı proseslərdən ibarətdir:
1. METAR/SPECİ prosesi
2. TAF prosesi
3. SİGMET prosesi
4. Aerodrom üzrə xəbərdarlıqlar prosesi
5. Aerodrom üzrə külək sürüşməsi xəbərdarlığı prosesi
6. Uçuş heyətinin uçuş qabağı hazırlığının təşkili prosesi
7. Radar məlumatlarının yayımlanması prosesi
Dostları ilə paylaş: |