METAR/SPECİ prosesi METAR/SPECİ operativ meteoroloji məlumatlar prosesi “Uçuşların meteoroloji təminatı” Prosedurunun əsas proseslərindən biridir. Əsas məqsədi sifarişçilərin hava limanından faktiki hava şəraiti haqqında meteoroloji informasiya ilə vaxtında və keyfiyyətli təmin edilməsidir.
Prosesin giriş hissəsi olan ilkin məlumatlar və onların mənbələri aşağıdakılardır:
- faktiki havanın meteoroloji elementləri - AWOS sisteminin göstəriciləri;
- buludluluğun miqdarı, növü və atmosfer hadisələri haqqında vizual müşahidə məlumatları;
- külək sürüşməsinin, turbulentliyin mövcudluğu barədə hava gəmilərindən alınan məlumatlar;
- vizual müşahidə məlumatları (zəruri hallarda Operativ Müşahidə Məntəqəsində (OMM) - texnik-sinoptikin iş texnologiyasına uyğun olaraq).
Prosesin şərtləri və məlumat mənbələri
Məhsulun tərtib edilməsində istifadə olunan vasitələr:
- AWOS sistemi;
- Vizual müşahidələr;
- Radar müşahidələri:
- Meteoroloji peyk məlumatları;
- Hava gəmisinin göyərtəsindən ötürülən məlumatlar
b) Proses üzrə məlumatların ötürülmə vasitələri aşağıdakılardır:
- AMHS; D-ATIS (ATIS) avtomatik radio emissiya sistemi (METAR/SPECI).
- D-VOLMET (VOLMET) avtomatik radioyayım sistemi (METAR).
c) İnformasiyanın əldə edilməsi vasitələri:
- AWOS sistemi;
- İnternet;
- Hava gəmisinin ultraqısa dalğalı (UQD) radiostansiyası;
- Telefon/faks.
Proses üzrə sifarişçilər aşağıdakılardır:
- aviasiya istismarçıları (hava gəmilərinin istismarı ilə məşğul olan və ya bu sahədə xidmət təklif edən şəxslər, təşkilatlar və ya müəssisələr);
- HHIE dispetçerləri;
- Axtarış və xilasetmə xidmətinin orqanları;
- Hava limanları idarələri və beynəlxalq aeronaviqasiyanın həyata keçirilməsi və ya inkişafı ilə bağlı fəaliyyət göstərən digər orqanlar;
- Qalxan, enən və ərazidən keçən hava gəmilərinin heyət üzvləri.
Məhsul OMM-də fasiləsiz olaraq hər gün, bütün sutka ərzində, hər saatın 00 və 30 dəqiqələrində aparılan müntəzəm meteoroloji müşahidələr əsasında tortib edilir. Yerüstü küləyin, meteoroloji görünüşün, QEZ-da görünüş məsafəsinin, atmosfer hadisələrinin, buludluluğun va havanın temperaturunun müəyyən (kritik qiymətləri aşan) dəyişiklikləri olduğu hallarda müntəzəm müşahidələrdən əlavə xüsusi müşahidə məlumatları hazırlanır.
Prosesin ardıcıllığı aşağıdakı kimidir:
1) Havanı təşkil edən meteoroloji elementlər AWOS avtomatik meteoroloji sisteminin ötürücüləri vasitəsilə avtomatik olaraq meteoroloji parametrlərə çevrilir;
2) METAR/SPECİ məlumatının standart formatı AWOS sistemi vasitəsilə faktiki havanın meteoroloji göstəricilərindən hazırlanır, yerli müntəzəm və yerli xüsusi malumatlar açıq mətnlə formalaşdırılır;
3) Buludluluğun miqdarı və forması, atmosfer hadisələri kimi bəzi meteoroloji elementlər AWOS sisteminin köməyi ilə müəyyən edilə bilməz. Bu elementlərin müəyyənləşdirilməsi üçün OMM-in texnik- sinoptiki vizual müşahidələr aparır va METAR/SPECİ-nin formalaşdırılması zamanı vizual tayin etdiyi parametrləri kompüterǝ manual daxil edir;
4) Məhsulun formalaşdırılması üçün həmçinin aşağıdakı informasiyalardan da istifadə olunur: -külək sürüşməsinin, turbulentliyin və digər təzahürlərin mövcudluğu barədə hava gəmilərindən alınan məlumatlar.
5) METAR teleqramına və yerli müntəzəm məlumatlara hava gəmilərinin enişi üçün xüsusi bir proqnoz olan TREND proqnozu da daxildir. TREND tipli proqnozlar növbətçi mühəndis-sinoptiklər tərəfindən tərtib edilir
6) Müntəzəm müşahidə məlumatlarının, həmçinin yuxarıda göstərilən digər məlumatların METAR teleqramı şəklində formalaşdırılmasından və AMHS şəbəkəsi vasitəsilə Meteoroloji Məlumatların Toplanması üzrə Beynəlxalq Meteoroloji Banklara (Vyana, Brüssel, Moskva) ötürülməsindən sonra bu məlumatları internetdən istənilən istifadəçi əldə edə bilər.
7) OMM-də formalaşdırılan yerli müntəzəm və yerli xüsusi məlumat Meteoroloji Ofisa telefon vasitəsilə ötürülür.
8) Meteoroloji Ofisdə METAR məlumatları müntəzəm olaraq elektron arxivo (Excell proqram formatı) daxil edilir. Bu məlumatlar ərazinin iqlim xüsusiyyətlərinin araşdırılması zamanı istifadə olunur
9) Faktiki hava məlumatları müntəzəm və fasiləsiz olaraq iş Mərkəzinin qarşılıqlı fəaliyyəti haqqında Razılaşma» adlı xüsusi sənəddə razılaşdırıldığı kimi sorğu əsasında birbaşa telefonla OMM-dən HHIE məntəqələrinə (qülləyə, brifinqə) ötürülür. terminallarında (WS) quraşdırılmış AWOS displeylərində əks olunur. Zərurət yarandıqda, «HHI VS Baş Mərkəzinin və Aviasiya Meteoroloji
10) Sorğular xüsusi sorğu jurnalında qeydə alınır, həmçinin U və RRTT xidmətində maqnit lentino yazılır və saxlanılır.
Prosesi tənzimləyən sənədlər METAR/SPECİ məlumatlarının tərtib edilməsi yayımlanmasını tənzimləyən əsas rəhbər sənədlər aşağıdakılardır:
- Azərbaycan Aviasiya Qaydaları Aviasiyanın Meteoroloji Təminatı (AAR-ANS-008).
Təlimatlar isə müvafiq olaraq aşağıdakılardır:
- Aerodromda uçuşların meteoroloji təminatı üzrə təlimat;
- QEZ-də görünüş məsafəsinin müşahidə təcrübəsi və bununla bağlı məlumatların verilməsi üzrə Təlimat (Doc 9328, AN/908):
- Aviasiya meteorologiyası üzrə Təlimat (Doc 8896); ANNEX 3.
Proses aşağıdakı keyfiyyət və effektivlik göstəricilərinə malik olmalıdır:
- METAR vǝ SPECİ məlumatlarının vaxtında ötütülməsi - 100%;
- Etibarlılıq, dəqiqlik va METAR, SPECI teleqramlarının formatına uyğunluğu- yüz%;
- Informasiyanın fasiləsiz, arasıkəsilmədən verilməsi üzrə plan-100%;
- Uçuşların təhlükəsizliyinə təsir edən halların olmaması üzrə plan-100%;
- İstifadəçilərdən iradlarının olmaması (istifadəçilər arasında keçirilən sorğunun nəticələrinə əsaslanaraq) üzrə plan-100%;
Proses üzrə əsas məsuliyyəti meteoroloji orqanın texnik-sinoptiki daşıyır. Texnik-sinoptik fasiləsiz olaraq havanın faktiki vəziyyətinə daima nəzarət edir, METAR teleqramlarının, yerli müntəzəm məlumatların dəqiqliyini, vaxtında hazırlanmasını və ötürülməsini təmin edir.