Buraxiliş İŞİ “Müxtəlif meteoroloji şəraitlərdə uçuşların təhlükəsizliyinə təsir edən risk amillərinin təhlili”



Yüklə 0,9 Mb.
səhifə12/22
tarix13.06.2023
ölçüsü0,9 Mb.
#128083
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
Buraxılış işi Orucova Fatimə Ağamirzə qızı

TAF prosesi
Uçuşların meteoroloji təminatı üzrə əsas proseslərdən biri də aerodrom üzrə tərtib edilən hava proqnozlarıdır (TAF). Aviasiya hava proqnozları (TAF) prosesinin əsas məqsədi sifarişçilərin, aviasiya istifadəçilərinin hava limanında, aerodrom ərazisində müəyyən vaxt çərçivəsi daxilində (24 saata qədər) gözlənilən meteoroloji şəraitə dair məlumatlarla vaxtında, operativ və keyfiyyətli təmin olunmasıdır.
Prosesin giriş hissəsi aşağıdakı ilkin məlumatlardan ibarətdir:
1) hava limanlarının, ehtiyat hava limanlarının faktiki hava şəraitinə dair bütün meteoroloji məlumatlar (METAR/SPECİ).
2) Avtomatik meteoroloji stansiyanın (AWOS) göstəriciləri;
3) hava limanlarının, ehtiyat hava limanlarının aviasiya hava proqnozları (TAF);
4) Aerosinoptik materiallar (yerüstü va yüksəklik barik topoqrafiya xəritələri);
5) meteoroloji peyk məlumatları (buludluluq sahəsi xaritələri);
6) meteoroloji radar məlumatları (meteoroloji radar təsvirləri);
7) hava gəmilərinin bortundan alınan məlumatlar,
8) internet resurslarından istifadə (müasir riyazi proqnoz modelləri);
9) SADIS FTP xəritələri (SIGWX. WIND/TEMP);
10) Meteoroloji saytların məlumatlarından istifadə.
TAF aviasiya hava proqnozunun əsas istifadəçiləri aşağıdakılardır:
1) aviasiya istismarçıları (hava gəmilərinin istismarı ilə məşğul olan va ya bu sahədə xidmət göstərən məsul şəxslər, təşkilatlar va ya müəssisələr
2) hava gəmisinin heyət üzvləri:
3) hava hərəkətinin təşkili (HHT) orqanları:
4) HHIE dispetçerləri;
5) axtarış və xilasetmə xidmətinin orqanları;
6) hava limanları idarələri və beynəlxalq aeronaviqasiyanın həyata keçirilməsi və ya inkişafı ilə bağlı fəaliyyət göstərən digər orqanlar.
Aviasiya hava proqnozları müəyyən bir müddət ərzində aerodrom ərazisində gözlənilən meteoroloji şərait barədə qısa məlumatdan ibarətdir və əvvəlcədən təyin edilmiş vaxtlarda (zərurət yarandıqda isə dərhal, AMD) tərtib edilir və yayımlanır.
Aviasiya hava proqnozları aşağıdakı tip proqnozlara bölünürlər:
a) Sutkalıq aviasiya hava proqnozları TAF (FT) proqnoz müddətinin başlamasından 1 saat əvvəl, har 6 saatdan bir tərtib olunur, fəaliyyət müddəti AAR- ANS-008 sənədinin 24 saatdır,
b) Operativ hava proqnozları TAF (FC)- proqnoz müddətinin başlamasından 1 saat avvəl, hər 3 saatdan bir tərtib olunur, fəaliyyət müddəti AAR-ANS-008 sanadina müvafiq olaraq 6 va 9 saatlıq müddətləri əhatə edir;
c) Enmə üçün «TREND» proqnozu – hər yarım saatdan bir tərtib olunur, 2 saatlıq fəaliyyət müddətinə malikdir və METAR-ın tərkib hissəsidir,
d) Qalxma üçün «TAKE OFF» proqnozu – hər 3 saatdan bir tərtib olunur, fəaliyyət müddəti 4 saatdır.
Aviaisya hava proqnozlarının tərtib edilməsi, yayımlanması üzrə AMetM (AMTŞ)-in mühəndis-sinoptikləri cavabdehdir. Mühəndis-sinoptiklər hava proqnozlarina, onların ödənişliyinə mütəmadi nəzarət etməklə, zərurət yarandıqda onlara dərhal çevik şəkildə müvafiq düzəlişlər və əlavələr edirlər (TAF AMD).
TAF hava proqnozlari xüsusi kod formatı şəklində aşağıdakı ünvanlara yayımlanır.
1) AMHS (AFIN) şəbəkəsi vasitasila beynəlxalq va regonal meteoroloji banklara (Vyana, Brüssel, Moskva), HHT və HHIE orqanlarına, həmçinin rabitə kanalları vasitəsilə sorğu edən digər istifadəçilər;
2) AMHS və elektron poçt, email vasitəsilə gəmi heyəti və aviaşirkətlərin nümayəndələri üçün Brifinqǝ;
TAF aviasiya hava proqnozunun tərtib olunması və yayımlanması üçün əsas tanzimləyici sənədlər aşağıdakılardır:
-Azarbaycan Aviasiya Qaydaları Aviasiyanın Meteoroloji Təminati (AAR-ANS 008)
Təlimatlar və digər sənədlər:
- Hava nəqliyyatında və onun, xüsusi xidmət müəssisələrində Intizam Nizamnaməsi
- Aerodromda uçuşların meteoroloji təminatı üzrə Təlimat:
- Aviasiya meteorologiyası üzrə Təlimat (Doc 8896 AN/893);
- Beynəlxalq Aeronaviqasiyanın Meteoroloji Təminatı üzrə ICAO-nun Mülki Aviasiya haqqında Konvensiyasına 3 saylı Əlavə.
- ICAO İxtisarları və Kodları (Doc.8400);
- Külək sürüşməsi haqqında ICAO sirkulyarı (Göstəriş), 186-AH/122;
- Manual on Volcanic Ash, Radioactive Material and Toxic Chemical Clouds (Sənəd 9691 AN/954);
- Manual on the Quality Management System for the Provision of Meteorological Service for International Air Navigation (Doc 9873 AN/465):
- ICAO EUR DOC 014, EUR SIGMET AND AIRMET GUIDE.
TAF hava proqnozu aşağıdakı effektivlik göstəricilərinə malikdir:
1) Operativ meteoroloji məlumatların avtomatik verifikasiyası sistemi (İRAM) vasitəsilə proqnozların müəyyən edilmiş ödənişliyi (%). Proqnozların ödənişliyinə dair əsas göstəricilər, AAR-ANS-008 sənədinin tələbi - 70-80%;
2) Proqnozların vaxtında yayımlanması və TAF malumatının müvafiq formata uyğunluğu 100%;
3) Məlumatın (proqnozun) fasiləsiz, arasıkəsilmədən yayımlanması - 100%;
4) Uçuşların təhlükəsizliyinə təsir edən halların olmaması -100%;
5) İstifadəçilərin iradlarının olmaması -100%.
Aviasiya hava proqnozunun (TAF) məsuliyyəti proqnozların yüksək keyfiyyətini təmin etməli olan mühəndis-sinoptikin üzərinə qoyulmuşdur. AWOS sisteminin və digər texniki sistemlərin fasiləsiz və operativ fəaliyyəti üzrə məsuliyyəti AMetM-nin (AMTS) texniki heyəti daşıyır.
Xüsusi qeydiyyatların aparılması və arxivləşdirmə aşağıdakı kimidir:
1) TAF proqnozu standart TAF teleqramı (beynəlxalq kod) şəklində elektron formada saxlanılır (Beynəlxalq Meteoroloji Məlumatlar Bankı);
2) TAF proqnozu blank formasında hazırlanır və AMetM-də (AMTS) 1 ay ərzində saxlanılır;
3) «TREND» proqnozu METAR-ın sonuna əlavə edilir və AMetM-də (AMTS) 1 ay ərzində saxlanılır;
4) «TAKE OFF» proqnozu xüsusi blank şəklində hazırlanır və AMetM-də (AMTS) 1 ay ərzində saxlanılır.
Prosesin (TAF) əsas məhsulları aşağıdakılardır:
1) 6-9 va 24 saatlıq «TAF» proqnozları (blank formasında);
2) Enmə üçün 2 saatlıq «TREND» proqnozu (blank formasında);
3) Qalxma üçün 4 saatlıq «TAKE OFF» proqnozu (blank formasında);.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin