SİGMET prosesi. Meteoroloji orqanın əsas proseslərindən biri də SİGMET prosesidir. SİGMET informasiyası meteoroloji izləmə orqanı tərəfindən tərtib edilməklə, uçuşun təhlükəsizliyinə təsir edə biləcək, uçuş marşrutu üzrə faktiki (OBS) və/və ya gözlənilən (FCST) aviasiya üçün təhlükəli atmosfer hadisələrinin, eləcə də onların zaman və məkanda ehtimal olunan inkişafının qəbul edilmiş ixtisarlarla açıq mətn şəklində qısa təsviridir. SİGMET-in fəaliyyət müddətləri UTC vaxtı ilə müəyyən edilir. SİGMET məlumatı KMS (Keyfiyyət Menecment Sistemi) proseslərinin məhsullarından biridir (QM-PR08-MET/P04). Regional aeronaviqasiya razılaşmasına uyğun olaraq SİGMET məlumatları Ümumdünya Zonal Proqnozlar Mərkəzinə və digər meteoroloji izləmə orqanlarına, həmçinin beynəlxalq OPMET məlumat banklarına göndərilir.
SİGMET məlumatına əlavə təsviredici material daxil etmək lazım deyil. İldırım və ya tropik siklona aid məlumatda onlarla bağlı turbulentlik və buzbağlama göstərilmir. SİGMET məlumatının vaxtı UTC ilə göstərilir. Hadisə daha müşahidə olunmursa və proqnozlaşdırılmırsa, o zaman SİGMET ləğv olunur. Xüsusi hallarda verilən vulkan külü və ya tropik siklona aid olan SİGMET məlumatının təsir müddəti isə 6 saata qədər uzadılır. Vulkan külü buludları və tropik siklonlar istisna olmaqla, digər təhlükəli atmosfer hadisələri ilə əlaqədar tərtib edilən SİGMET məlumatının fəaliyyət müddəti 4 saatdan artıq deyil. SİGMET məlumatını onun təsir müddətinin başlamasına 4 saat qalmışdan tez olmayaraq vermək lazımdır. Tərtib edilən məlumatlar xüsusi blanklar şəklində 1 (ay) ərzində saxlanılır.
Uçuş informasiya rayonuna təsir edə biləcək vulkan külü buluduna dair SİGMET məlumatını onun təsir müddətinin başlamasına 12 saat qalmışdan artıq olmayaraq vermək lazımdır. Bu cür SİGMET ən azı hər 6 saatdan bir dəqiqləşdirilir.
SİGMET məlumatının hazırlanması üçün meteoroloqların ixtiyarında aşağıdakı vasitələr olmalıdır:
a) geostasionar peyklərin məlumatları və çox yüksək dəqiqliyə malik təkmilləşdirilmiş radiometr vasitəsilə aparılan ölçmələrin nəticələri (AVHRR);
b) vulkan külü və ya tropik siklonun real zaman müddətində proqnozlaşdırılan yerdəyişmə trayektoriyasının elektron hesablama maşınlarında (EHM) hesablama modelləri.
Əksər meteoroloji izləmə orqanlarının bu vasitələrə çıxış imkanı yoxdur, ona görə də İCAO bu cür imkanlara malik və zəruri məsləhət informasiyasını təqdim edə biləcək VAAC mərkəzlərini təyin edir. Bakı Uçuş İnformasiya Rayonu (BAKU FİR) İCAO tərəfindən Tuluza şəhərinin Vulkan külü üzrə Məsləhət Mərkəzinin (VAAC) cavabdehlik zonasına təhkim edilmişdir və bu məlumatlar “Bakıaeronaviqasiya” Aviasiya Meteoroloji Təminat Şöbəsinin mühəndis-sinoptikləri tərəfindən hazırlanır. Püskürmədən əvvəl vulkanik fəaliyyət və ya vulkan püskürməsi, eləcə də tropik siklon haqqında hər hansı bir mənbədən informasiya alan meteoroloji izləmə orqanları (MİO/МWО) vulkan külü buludu/tropik siklon haqqında SİGMET məlumatı tərtib edir və ötürürlər.
HHİ orqanları vasitəsilə hava gəmilərinin göyərtəsindən alınan məlumatları meteoroloji izləmə orqanları toplayır, onlarıı xüsusi jurnalda qeyd edir və meteoroloji informasiyanın mübadiləsi sxeminə uyğun olaraq digər meteoroloji orqanlara göndərir, həmçinin növbəti SİGMET məlumatının verilməsində istifadə edirlər.
Vulkan külü üzrə məsləhət mərkəzləri (VААС) vulkan püskürməsi, vulkan külü buludunun və ya tropik siklonun yaranması haqqında informasiya aldıqda aşağıdakıları etməlidirlər:
1) Müvafiq meteoroloji izləmə orqanlarına, rayon dispetçer mərkəzlərinə (RDM) və aviaşirkətlərə vulkan külünün trayektoriyası haqqında məsləhət informasiyasını təqdim etmək məqsədilə vulkan külünün hərəkət/yayılma trayektoriyasının EHM-də hesablanması modelini işə salmalıdırlar;
2) Bu hadisə anına aid peykdən alınan ərazi üzrə görüntüləri/məlumatları və vulkan külü buludunun aşkar edilməsi, onun yayılma miqyasının qiymətləndirilməsi məqsədilə digər müşahidə məlumatlarını araşdırmalıdırlar;
3) VAAC cavabdeh olduğu ərazilərdə fəaliyyət göstərən müvafiq meteoroloji izləmə orqanları, rayon dispetçer mərkəzləri (RDM) və aviaşirkətlər üçün vulkan külü buludunun yayılma miqyası və proqnozlaşdırılan hərəkət trayektoriyası haqqında məsləhət informasiyası hazırlamalı və verməlidirlər. Məsləhət informasiyası məlumat və/və ya qrafik təsvir şəklində hazırlanır;
4) Vulkan külü buludunun / tropik siklonun hərəkətini izləməyə yardım məqsədilə peykdən daxil olan növbəti informasiyalara nəzarəti həyata keçirməlidirlər.
Ümumdünya və Regional zonal proqnoz mərkəzləri vulkan püskürməsi haqqında informasiya aldıqda xüsusi atmosfer hadisələrinin (SIGWX) proqnozlarına ”vulkan püskürməsi“/”tropik siklon“ standart simvolunu daxil edir və bununla da həmin əraziyə aid olan SİGMET məlumatının yoxlanılması zəruriliyini uçuş heyyətlərinə xatırladırlar. Vulkan külü elə hadisələrə aiddir ki, hansı eşelonlara təsirindən asılı olmayaraq onların mövcudluğu SİGMET məlumatının verilməsi üçün əsas (səbəb) rolunu oynayır. Ona görə də vulkan külü AİRMET məlumatının verilməsi üçün əsas (səbəb) sayılan atmosfer hadisələri siyahısına daxil edilməmişdir. Vulkan külünə dair verilən SİGMET məlumatının təsir müddəti 6 saat təşkil edir və onu təsir müddətinin başlamasına 12 saat qalmışdan tez olmayaraq vermək lazımdır. Bu SİGMET–də vulkan külü buludunun şaquli ölçüləri və proqnozlaşdırılan müddətdə gözlənilən hərəkəti əks olunur.
SİGMET informasiyası təsir müddətinin başlanğıcında kül buludunun müşahidə edilən (və ya proqnozlaşdırılan), təsir müddətinin sonunda isə proqnozlaşdırılan vəziyyəti əks etdirməlidir. Bundan ötrü vulkan külünün trayektoriyasının/yayılmasının kompüter modeli, peyk təsvirləri və müəyyən müddət ərzində sözügedən bölgə haqqında istənilən digər eksperimental xəbərlər diqqətlə nəzərdən keçirilməli və yalnız bundan sonra vulkan külünün/tropik siklonun trayektoriyası haqqında məsləhət informasiyası təqdim edilməlidir.
SİGMET məlumatları aşağıdakı qeyd edilən ünvanlara göndərilir:
- Ümumdünya Zonal Proqnozlar Mərkəzinə (WAFC);
- Regional meteoroloji izləmə orqanlarına (Aviasiya Meteoroloji Təminat Şöbələrinə);
- Həm uçuşqabağı hazırlıq, həm də uçuş zamanı gəmi heyətinə;
- Aerodrom komanda-dispetçer məntəqəsinə;
- Yaxınlaşma dispetçer orqanına;
- Rayon dispetçer mərkəzi və uçuş informasiya mərkəzinə;
- Qarşılıqlı razılaşmaya əsasən xarici aviaşirkətlərə.
SİGMET məlumatının tərtib olunması və yayımlanması üçün əsas tanzimləyici sənədlər aşağıdakılardır:
-Azarbaycan Aviasiya Qaydaları Aviasiyanın Meteoroloji Təminati (AAR-ANS 008)
Təlimatlar və digər sənədlər:
- Hava nəqliyyatında və onun, xüsusi xidmət müəssisələrində Intizam Nizamnaməsi
- Aerodromda uçuşların meteoroloji təminatı üzrə Təlimat:
- Aviasiya meteorologiyası üzrə Təlimat (Doc 8896 AN/893);
-Beynəlxalq Aeronaviqasiyanın Meteoroloji Təminatı üzrə ICAO-nun Mülki Aviasiya haqqında Konvensiyasına 3 saylı Əlavə.
- ICAO İxtisarları və Kodları (Doc.8400);
- Külək sürüşməsi haqqında ICAO sirkulyarı (Göstəriş), 186-AH/122;
- Manual on Volcanic Ash, Radioactive Material and Toxic Chemical Clouds (Sənəd 9691 AN/954);
- Manual on the Quality Management System for the Provision of Meteorological Service for International Air Navigation (Doc 9873 AN/465):