Buraxiliş İŞİ “Müxtəlif meteoroloji şəraitlərdə uçuşların təhlükəsizliyinə təsir edən risk amillərinin təhlili”


Külək sürüşməsi haqqında xəbərdarlıqlar prosesi



Yüklə 0,9 Mb.
səhifə15/22
tarix13.06.2023
ölçüsü0,9 Mb.
#128083
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
Buraxılış işi Orucova Fatimə Ağamirzə qızı

Külək sürüşməsi haqqında xəbərdarlıqlar prosesi.
Külək sürüşmələri xəbərdarlıqları meteoroloji izləmə orqanının mühəndis-sinoptikləri tərəfindən tərtib edilir. Bu cür xəbərdarlıqlar onların yaranma şəraitləri mövcud olduqda (OBS) və ya gözlənildikdə (FCST) tərtib edilir və dərhal rabitə kanalları (email, faks, telefon, AMHS) vasitəsilə istifadəçilərə yayımlanır.
Külək sürüşməsini məsafədən aşkar edən və ölçən avadanlıqların çatışmazlığı səbəbindən əksər hallarda bu informasiya hava gəmisinin göyərtəsindən və müəyyən meteoroloji şəraitlərdə meteoroloji radarlardan verilən məlumatlara əsaslanır.
Göyərtədən verilən məlumatlar aşağıdakı tərkibli informasiyadan ibarət olmalıdır:
- Hadisənin çox qısa təsviri. Burada “külək sürüşməsi” termini göstərilir və şəraitdən asılı olaraq “zəif”, “mülayim”, “güclü”, “çox güclü” ifadələrindən istifadə edilməklə onun intensivliyi subyektiv qiymətləndirilir. Alternativ qismində açıq mətnli məlumatlar verilə bilər;
- Hava gəmisinin tipi;
- Müxtəlif hündürlüklərdə küləyin sürəti və istiqaməti haqqında məlumatlar;
- Külək sürüşməsinin baş verdiyi hündürlük və ya hündürlüklər diapazonu;
- Uçuş mərhələsi;
Meteoroloji izləmə orqanı aerodromdakı külək sürüşməsi haqqında informasiyaları HHİE orqanlarına telefon vasitəsilə, uçuş heyətinə xüsusi balanklar şəklində email, Avtomatik Meteoroloji Brifinq sistemi vasitəsilə yayımlayır.
Külək sürüşməsi haqqında xəbərdarlıq və ya bildirişlər KMS (Keyfiyyət Menecment Sistemi) proseslərinin məhsullarından biridir (QM-PR08-MET/P07).
Külək sürüşməsi haqqında xəbərdarlıq və ya bildirişin tərtib edilməsinin əsasını aşağıdakı məlumat mənbələri təşkil edir:
- Aerodromun AWOS sistemindən alınan faktiki hava şəraiti (METAR);
- SADIS FTP sistemindən alınan məlumatlar;
- WRM200 avadanlığının radiolokasiya müşahidələri;
- HG-nin göyərtəsindən edilən məruzələr;
- Buludluluğun peyk müşahidələri (Technavia);
Külək sürüşməsi haqqında xəbərdarlıq və ya bildirişlər açıq mətnlə və xüsusi tələb edilən kod şəklində tərtib edilir və aşağıdakılara ötürülür:
- HHİE dispetçerlərinə (telefonla);
- Uçuş heyətinə (telefon, email və avtomatik Meteoroloji Brifinq sistemi vasitəsi ilə);
Bütün göndərilən məlumatlar xüsusi blanklar şəklində 1 (ay) ərzində saxlanılır. Külək sürüşmələri üzrə xəbərdarlıqların fəaliyyət müddətləri UTC vaxtı ilə verilir.
HHİE orqanı vasitəsilə hava gəmilərinin göyərtəsindən külək sürüşməsi haqqında alınan məlumat məzmunu (intensivliyi, harada, hansı eşalonlarda və atmosferin hansı təbəqələrində müşahidə edildiyi...) tam nəzərə alınmaqla dərhal ATİS-ə daxil edilir. HHİE orqanı vasitəsilə hava gəmilərinin göyərtəsindən külək sürüşməsi haqqında alınan məlumat METAR-a daxil edilməsi üçün dərhal operativ müşahidə məntəqəsinə (OMM) ötürülür. Informasiya beynəlxalq kodlara uyğun kodlaşdırılır və təzyiqdən (Q….) sonra, müntəzəm müşahidə zamanından əvvəlki atmosfer hadisələrinin yer aldığı əlavə məlumatlar qrupunda bu cür verilir: WS RWYDrDr. Bu zaman işlək QEZ və qalxma-enmə kursu nəzərə alınır, məsələn: WS RWY16 (DrDr işarəsinin yerində qalxma-enmə zolağının nömrəsi göstərilir). Əgər külək sürüşməsi uçuş və eniş trayektoriyaları boyunca aeroportun bütün QEZ-lərinə təsir edirsə, o zaman WS ALL RWY qrupu istifadə edilməlidir.
Hava gəmilərinin göyərtəsindən külək sürüşməsi haqqında alınan informasiya aerodrom hava məlumatlarında və ATİS yayımlarında 30 dəqiqə ərzində saxlanılır, onun mövcudluğu barədə yeni informasiya olmadıqda avtomatik ləğv olunur. Əgər hava gəmilərinin göyərtəsindən daha külək sürüşməsinin olmadığı qeyd olunursa və ya razılaşdırılmış bir müddət ərzində bu barədə yeni bir məlumat daxil olmursa, külək sürüşməsi haqqında xəbərdarlığı ləğv etmək lazımdır.
Külək sürüşməsi haqqında məlumatlar göndərilir:
- Həm uçuşqabağı hazırlıq, həm də uçuş zamanı gəmi heyətinə;
- Aerodrom komanda-dispetçer məntəqəsinə;
- Yaxınlaşma dispetçer orqanına;
- Rayon dispetçer mərkəzi və uçuş informasiya mərkəzinə;
- İnformasiya D-ATİS-ə (ATİS) daxil edilir;
- İnformasiya METAR-a daxil edilir;

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin