Buraxiliş İŞİ “Müxtəlif meteoroloji şəraitlərdə uçuşların təhlükəsizliyinə təsir edən risk amillərinin təhlili”


Uçuş heyətinin uçuş qabağı hazırlığı prosesi



Yüklə 0,9 Mb.
səhifə16/22
tarix13.06.2023
ölçüsü0,9 Mb.
#128083
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
Buraxılış işi Orucova Fatimə Ağamirzə qızı

Uçuş heyətinin uçuş qabağı hazırlığı prosesi.
Uçuş heyətinin uçuş qabağı hazırlığı meteoroloji orqanın əsas proseslərindən biridir. Prosesin əsas məqsədi uçuş heyətini uçuş qabağı hazırlıq mərhələsində aşağıdakı zəruri məlumatlarla təmin etməkdir:

  1. Aerodrom və ehtiyat aerodrom üzrə faktiki meteoroloji məlumatlar

  2. Aerodrom və ehtiyat aerodromlar TAF hava proqnozu

  3. Marşurt boyu faktiki və gözlənilən təhlükəli atmosfer hadisələrin haqqında SİGMET məlumatları

  4. Hündürlüklər üzrə temperatur və külək məlumatları

  5. Enmə-TREND tipli hava proqnozları

  6. Qalxma-TAKE OFF tipli hava proqnozları

  7. Peyk və radar məlumatları

Proses üzrə əsas istifadəçilər aşağıdakılardır:

  1. Aviaşirkətlərin nümayəndələri

  2. Hava gəmisinin uçuş heyəti

Proses üzrə tələb edilən əsas effektivlik göstəriciləri aşağıdakılardır:

  1. Avtomatik meteoroloji brifinq sisteminin işinin fasiləsizliyi-plan 100%

  2. İstifadəçilərdən irad və nöqsanların olmaması-plan 100%

Uçuşların meteoroloji təminatı prosedurunun əsas proseslərində biri də radar meteoroloji məlumatlarının yayımlanması prosesidir. Prosesin və ya məhsulun əsas məqsədi bütün növ istifadəçiləri 250-300 km radiusda radar məlumatları ilə təmin etməkdir.
Proses üzrə əsas istifadəçilər aşağıdakılardır:

  1. Meteoroloji orqanın mühəndis sinoptikləri

  2. HHİE orqanlarının dispetçerləri

  3. Hava gəmilərinin uçuş heyəti

Meteoroloji orqan zəruri hallarda bütün növ radar-radiolokasiya müşahidə məlumatlarını təsvirlərini istifadəçilərə yayımlamalıdırlar.
Prosesin yayımlanması üzrə əsas rəhbər sənədlər aşağıdakılardır:
- Azərbaycan Aviasiya Qaydaları Aviasiyanın Meteoroloji Təminatı (AAR-ANS-008).
- Aerodromda uçuşların meteoroloji təminatı üzrə təlimat;
- QEZ-də görünüş məsafəsinin müşahidə təcrübəsi və bununla bağlı məlumatların verilməsi üzrə Təlimat (Doc 9328, AN/908):
- Aviasiya meteorologiyası üzrə Təlimat (Doc 8896); ANNEX 3.
Proses üzrə əsas effektivlik göstəriciləri aşağıdakılardır:

  1. Radiolokasiya məlumatlarının vaxtında yayımlanması-plan 100%

  2. Uçuşların təhlükəsizliyinə təsir edən halların olmaması-plan 100%

  3. Radar məlumatlarının fasiləsizliyi-plan 100%

  4. İstifadəçilərdən irad və nöqsanların olmaması-plan 100%

Bütün proseslər üzrə ən vacib effektivlik göstəricisi istifadəçi məmnunluğudur. Meteoroloji orqan istifadəçi məmnunluğunu qiymətləndirmək üçün sorğu vərəqələrindən istifadə edir. Meteoroloji orqan il ərzində bir dəfə HHİE orqanı dispetçerlərinə, pilotlara, aerodrom xidmətinə sorğu vərəqələri ünvanlayır. Sorğu vərəqələri nəticələrinin statistik analizi ilə istifadəçi məmnunluğu qiymətləndirilir. Neqativ rəylər xüsusi təhlil edilir və onların aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin