Buraxiliş İŞİ “Müxtəlif meteoroloji şəraitlərdə uçuşların təhlükəsizliyinə təsir edən risk amillərinin təhlili”


«Aerodrom üzrə xəbərdarlıqlar» prosesi üzrə SWOT- Аnaliz



Yüklə 0,9 Mb.
səhifə19/22
tarix13.06.2023
ölçüsü0,9 Mb.
#128083
1   ...   14   15   16   17   18   19   20   21   22
Buraxılış işi Orucova Fatimə Ağamirzə qızı

«Aerodrom üzrə xəbərdarlıqlar» prosesi üzrə SWOT- Аnaliz
Proses üzrə güclü tərəflər(S) aşağıdakılar hesab edilir:

  1. Proses üzrə məsul olan personalın peşəkarlığı və səriştəliliyi

  2. Meteoroloji məlumatın vaxtında qəbul edilməsi

  3. İstifadəçi sorğularının müntəzəm təhlili

  4. Hava gəmisi göyərtəsindən daxil olan məlumatların müntəzəmliyi

Proses üzrə zəif tərəflər(W) aşağıdakılardır:
1. AWOS avtomatik sisteminin avadanlıqlarında baş verən nasazlıqlar.
2. Avadanlıqların xarici kalibrovkasının müntəzəm heyata keçirilməməsi
Zəif tərəflərin aradan qaldırılması və risklərin azaldıması üçün aşağıdakı imkanlar mövcuddur:
1.Proses üzrə məsul olan personalın səriştəliyinin mütəmadi artırılması üçün treninqlərin təşkil edilməsi
2.Yeni texnoloji yeniliklərin tətbiq edilməsi (məsələn, atmosfer dayanıqsızlığının müasir metodlarla qiymətləndirilməsi)
3. Müntəzəm radiozond müşahidə məlumatlarının mövcudluğu
Proses üzrə aşağıdakı təhlükə və risklər mövcuddur:
1. Faktiki və ya proqnozlaşdırılan təhlükəli atmosfer hadisələrini haqqında vaxtında məlumatların verilməməsi
2. Meteoroloji məlumatların qəbul edilməsində fasilələrin yaranması
3. Uçuşun təhlükəsizliyinə təsir edən halların olması
4. İstifadəçilər tərəfindən iradların olmaması
«Külək sürüşməsi haqqında xəbərdarlıq» prosesi üzrə SWOT- Analiz
Proses üzrə güclü tərəflər(S) aşağıdakılar hesab edilir:

  1. Uçuş heyətini külək haqqında məlumatla keyfiyyətli və vaxtında təlimatlandırılması

  2. İstifadəçilərdən iradların olmaması

  3. Uçuş heyətini külək xəbərdarlıqları ilə təmin etmək üçün keyfiyyətli rabitə vasitələrinin mövcud olması

  4. Aerodrom xəbərdarlıqlarının beynəlxalq tələblərə cavab verməsi

  5. İstifadəçi sorğularının müntəzəm təhlili, həmçinin uçuş heyəti ilə görüşlərin təşkili

  6. Hava gəmisi göyərtəsindən daxil olan məlumatların müntəzəmliyi

Proses üzrə zəif tərəflər(W) aşağıdakılardır:

  1. AWOS avtomatik sistemində külək ölçən cihazın işində nasazlıq

  2. Meteoroloji məlumatların məhdudluğu (məlumat yalnız göyərtədən alınır)

3. Avadanlıqların xarici kalibrovkasının müntəzəm heyata keçirilməməsi
Zəif tərəflərin aradan qaldırılması və risklərin azaldıması üçün aşağıdakı imkanlar mövcuddur:
1. Proses üzrə məsul olan personalın səriştəliyinin mütəmadi artırılması üçün treninqlərin təşkil edilməsi
2. Müntəzəm radiozond müşahidə məlumatlarının mövcudluğu
Proses üzrə aşağıdakı təhlükə və risklər mövcuddur:
1. Külək sürüşməsi haqqında xəbərdarlığın, məlumatların vaxtında yayımlanmaması
2. Meteoroloji məlumatların qəbul edilməsində fasilələrin yaranması
3. Uçuşun təhlükəsizliyinə təsir edən halların olması
4. İstifadəçilər tərəfindən iradların olmaması

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin