Uçuş heyətinin uçuş qabağı hazırlığı prosesi. Uçuş heyətinin uçuş qabağı hazırlığı meteoroloji orqanın əsas proseslərindən biridir. Prosesin əsas məqsədi uçuş heyətini uçuş qabağı hazırlıq mərhələsində aşağıdakı zəruri məlumatlarla təmin etməkdir:
Aerodrom və ehtiyat aerodrom üzrə faktiki meteoroloji məlumatlar
Aerodrom və ehtiyat aerodromlar TAF hava proqnozu
Marşurt boyu faktiki və gözlənilən təhlükəli atmosfer hadisələrin haqqında SİGMET məlumatları
Hündürlüklər üzrə temperatur və külək məlumatları
Enmə-TREND tipli hava proqnozları
Qalxma-TAKE OFF tipli hava proqnozları
Peyk və radar məlumatları
Proses üzrə əsas istifadəçilər aşağıdakılardır:
Aviaşirkətlərin nümayəndələri
Hava gəmisinin uçuş heyəti
Proses üzrə tələb edilən əsas effektivlik göstəriciləri aşağıdakılardır:
Avtomatik meteoroloji brifinq sisteminin işinin fasiləsizliyi-plan 100%
İstifadəçilərdən irad və nöqsanların olmaması-plan 100%
Uçuşların meteoroloji təminatı prosedurunun əsas proseslərində biri də radar meteoroloji məlumatlarının yayımlanması prosesidir. Prosesin və ya məhsulun əsas məqsədi bütün növ istifadəçiləri 250-300 km radiusda radar məlumatları ilə təmin etməkdir.
Proses üzrə əsas istifadəçilər aşağıdakılardır:
Meteoroloji orqanın mühəndis sinoptikləri
HHİE orqanlarının dispetçerləri
Hava gəmilərinin uçuş heyəti
Meteoroloji orqan zəruri hallarda bütün növ radar-radiolokasiya müşahidə məlumatlarını təsvirlərini istifadəçilərə yayımlamalıdırlar.
Prosesin yayımlanması üzrə əsas rəhbər sənədlər aşağıdakılardır:
- Azərbaycan Aviasiya Qaydaları Aviasiyanın Meteoroloji Təminatı (AAR-ANS-008).
- Aerodromda uçuşların meteoroloji təminatı üzrə təlimat;
- QEZ-də görünüş məsafəsinin müşahidə təcrübəsi və bununla bağlı məlumatların verilməsi üzrə Təlimat (Doc 9328, AN/908):
- Aviasiya meteorologiyası üzrə Təlimat (Doc 8896); ANNEX 3.
Proses üzrə əsas effektivlik göstəriciləri aşağıdakılardır:
Radiolokasiya məlumatlarının vaxtında yayımlanması-plan 100%
Uçuşların təhlükəsizliyinə təsir edən halların olmaması-plan 100%
Radar məlumatlarının fasiləsizliyi-plan 100%
İstifadəçilərdən irad və nöqsanların olmaması-plan 100%
Bütün proseslər üzrə ən vacib effektivlik göstəricisi istifadəçi məmnunluğudur. Meteoroloji orqan istifadəçi məmnunluğunu qiymətləndirmək üçün sorğu vərəqələrindən istifadə edir. Meteoroloji orqan il ərzində bir dəfə HHİE orqanı dispetçerlərinə, pilotlara, aerodrom xidmətinə sorğu vərəqələri ünvanlayır. Sorğu vərəqələri nəticələrinin statistik analizi ilə istifadəçi məmnunluğu qiymətləndirilir. Neqativ rəylər xüsusi təhlil edilir və onların aradan qaldırılması üçün zəruri tədbirlər görülür.