Buraxiliş İŞİ “Müxtəlif meteoroloji şəraitlərdə uçuşların təhlükəsizliyinə təsir edən risk amillərinin təhlili”



Yüklə 0,9 Mb.
səhifə3/22
tarix13.06.2023
ölçüsü0,9 Mb.
#128083
1   2   3   4   5   6   7   8   9   ...   22
Buraxılış işi Orucova Fatimə Ağamirzə qızı

UBTT UBTR UBTO UBTD UBBX UBBM
AIRMET 3VALID 130300/130600 UBTT-UBBB BAKU FIR WIND 340/38KT MAX 48FCST SECTOR 2,12,13 NC =

UBTT UBTR UBTO UBTD UBBX UBBM


AIRMET 3 VALID 130300/130600Z UBTT-UBBB BAKU FIR
SFC WSPD: 75 KMH SECTOR 2,12,13
SFCVIS: NIL
SIGWX :NIL
SIG CLD:NIL
TURB: MOD BLW FL030 SECTOR 2,12,13
ICE: NIL
AİRMET məlumatının məzmunu.
Fəaliyyət müddəti ayın 13-ü Qrinviç vaxtı ilə saat 03.00-dan ayın 13-ü saat 06.00-dək (VALID 130300/130600) Zabrat (UBTT) və Heydər Əliyev (UBBB) aerodromları ərazisində Bakı Uçuş İnformasiya rayonu üçün (UBTT-UBBB BAKU FİR) yayımlanan 3№-li AİRMET məlumatı. Bəzi sektorlarda (SECTOR 2,12,13), 340 dərəcədən sürəti 38 düyün (340/38KT), şiddət sürəti isə 48 düyün olan (MAX 48) güclü külək (WIND) gözlənilir (FCST). Hadisənin intensivliyinin dəyişməsi isə gözlənilmir (NC).
GAMET aşağı eşelonlar üzrə zonal hava proqnozları haqqında operativ meteoroloji məlumatdır. GAMET zonal hava proqnozlarının fəaliyyət müddəti aşağı eşelonlar üçün tərtib edilən SİGWX xəritələri ilə eynidir (6 saat). Aşağı yüksəkliklərdə uçuşlar üçün xəritə formasında SIGWX hadisələrinin zona proqnozları hazırlanarkən, proqnozlar yer səthindən 100 uçuş eşelonunadək (və ya dağlıq rayonlarda 150 uçuş eşelonunadək və ya zərurət yarandıqda, daha yüksək) olan qat üçün verilir. Aşağı eşelonlar üzrə xüsusi hava təzahürləri xəritələri fəaliyyət müddətinə bir saat qalmış (ən geci 30 dəqiqə) tərtib edilməlidir.
Bu proqnozlar 2 bölmədən ibarətdir
Birinci bölmə aşağı səviyyəli uçuş üçün təhlükə yaradan hadisələrin və ya hava şəraitinin proqnozudur. GAMET proqnozunun bu hissəsi AIRMET məlumatını tərtib etmək üçün istifadə olunur.
İkinci bölmə aşağı hündürlükdə uçuşlar üçün tələb olunan əlavə məlumatların proqnozudur:
-barik sistemlərin mərkəzlərinin mövqeyi, onların gözlənilən hərəkəti və inkişafı;
-yer səviyyəsindən 1500 m (5000 fut) və 3000 m (10000 fut) hündürlükdə külək və havanın temperaturu;
-aşağı sərhəddi 300...3000 m (1000...10000 fut) olan buludluluq:
-sıfır izoterminin hündürlüyü;
- proqnoz dövrü ərzində minimum QNH qiyməti :
- dəniz səthinin temperaturu
Təhlükəli hadisələr GAMET proqnozu ilə nəzərdə tutulmursa, lakin müşahidə edilir və ya gözlənilirsə, müvafiq AİRMET məlumatı tərtib edilir. Bu məlumat GAMET proqnozuna əlavədir və ona düzəliş tələb etmir. Təhlükəli hava hadisələri GAMET proqnozu ilə nəzərdə tutulmuşdursa, lakin göstərilən müddətdə baş verməmişdirsə və ya gözlənilmirsə həmcinin daha az intensivlikdə olacağı gözlənilirsə, yalnız GAMET AMD düzəlişi tərtib edilir.
Meteoroloji izləmə orqanı tərəfindən aşağı hündürlüklərdə uçuşların meteoroloji təminatı məqsədilə tərtib olunan GAMET məlumatına dair nümunə. (08.05.2023)

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin