Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


İdil-Bulqar ticarət gəmisi (X əsr)



Yüklə 6,76 Mb.
səhifə16/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   12   13   14   15   16   17   18   19   ...   87
İdil-Bulqar ticarət gəmisi (X əsr)
Misirin və dünya tarixinin ilk müsəlman türk sülalərindən biri olan Tulunoğulları xanədanının qurucusu Əhməd bin Tolun xəlifə Məmun dövrünün ən önəmli əmirlərindən biri olmuş Tolunun öğlu idi. O, atasının ölümündən (854-cü il) iki il sonra Bizansa qarşı düzənlənən səfərlərin mərkəzi olan Tarsusa getmiş, xəlifə Müstainbillahın hakimiyyətinin ilk ilində, yəni 862-ci ildə Samirəyə dönmüş və xəlifənin etibarını qazanaraq saraydakı nüfuzlu şəxslər arasında yer almışdı. Ardından Misir valisi, özü kimi bir türk olan Bayıq bəyin vəkili qismində Misirə getmiş orada qismdə sülaləsinin əsasını qoymuşdu (868-ci il). Dəməşqdəki üsyanı yatırmaq məqsədi ilə topladığı ordusundaki əskərlərin sayının 100.000-i keçməsi səbəbilə onları məskunlaşdırmaq üçün Samirəyə bənzər yeni bir şəhər inşa etdirərək öz hökumətinin mərkəzinə çevirməyə qərar verən Əhməd bin Tolunun orada bir saray da tikdirdiyi (870-ci il) , Misirin türk mənşəli əmiri Yarcux ət-Türkinin qızı ilə evləndiyi, qaynatasının ölümündən sonra, yəni 872-ci ildə Misirin əmiri olduğu və bu ölkənin tam sahibinə çevrildiyi bilinməkdədir (Тулуниды, 1890-1907).

874-cü ildə xilafəti bürüyən üsyanlardan istifadə edən İbn Tolun Bağdada xərac verməkdən imtina etdi ki, bu da ölkədə quruculuq, o cümlədən ordu və donanma quruculuğuna xərcləmək üçün əlavə vəsait demək idi (Мюллер Август, 2004; Khumarawayh b. Aḥmad b. Ṭūlūn, 2013).

877-ci ildə xəlifə xərac verməməsi səbəbilə Əhməd bin Tolunun üzərinə Musa ibn Buğa əl-Kəbirin başçılıq etdiyi ordunu göndərdi (Тулуниды, 2004), fəqət ordunun maaşanı verə bilmədiyi üçün səfəri yarımçıq saxlamaq məcburiyyətində qaldı. Beləcə, özünü rahat hiss edən İbn Tolun Suriyanın 878-ci ildə türkmən əsilli hakimi Amançurun ölümündən istifadə edərək, bu ölkəni, eləcə də Fələstin və İordaniya ərazilərini də öz əmirliyinə qatdı və bu ərazilər eynən Misir kimi Tolunoğulları sülaləsinin hakimiyyətinin sonuna qədər bu sülalənin əlində qaldı (Мюллер Август, 2004).

Əhməd bin Tolunun böyük bir donanma qurduğu bilinməkdədir, fəqət bu barədə əldə məlumat olduqca azdır.



Misirdə Tolunoğullarını əvəz edən başqa bir türk sülaləsi olan İhşidoğullarının da donanmaya sahib olduğu məlumdur. Lakin bu barədə də əldə yetərincə bilgi yoxdur.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin