Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm



Yüklə 6,76 Mb.
səhifə17/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   13   14   15   16   17   18   19   20   ...   87
Səlahəddin Əyyubi
Misirdə Əyyubilər sülaləsinin hakimiyyətinin əsasını qoyan Səlahəddin Əyyubi sonuncu Fatimi “xəlfə”si Əl-Ədidin vəziri idi və onun ölümündən sonra Misirin sultanı (1171-1193) olmuşdur. Onun hakimiyyətə gəlməsi ilə İslam dünyası tez bir zamanda əvvəlki şan-şöhrətini özünə qaytarmağı bacarmış, buna nail ola bilmək üçün isə ilk növbədə Fatimilərin İslam dünyasını parçalamaqdan başqa bir şeyə yaramayan və şiə məzhəbinə əsaslanan siyasi-ideoloji doktrinasını aradan apararaq, dövləti Xəlifəyə (Abbasilərə) tabe etdi. Ölkənin hər yerində yeni tipli mədrəsələr açaraq, əhli-sünnənin baxışlarını təlim etdirməyə başladı.

Yeni tipli mədrəsələrin təsisçisi kimi bilavasitə özü çıxış edən çıxış edən Sultan Səlahəddin bu işə Misirin varlı-karlı tacirlərini, eləcə də tanınmış zadəgan ailələrini cəlb etdi. Orduda əsas rol oynayan sudanlıları özünün də mənsub olduğu türkmən döyüşçülərlə əvəz etdi. İqta torpaqlarını onların arasında bölüşdürdü. Bu, yerli şiə ərəblərin üsyanına səbəb oldu. Fəqət üsyan sərt şəkildə yatırıldı (История Востока, 1999).

Hakimiyyətə gələr-gəlməz, gördüyü işlərdən biri donanmanı (Əl-əsakir əl-Bəhriyyə) yenidən qurmaq olan Səlahəddin Əyyubi 1174-cü ildə Suriyanın türkmən hakimi Nurəddin Zənginin kiçik yaşlı oğlu Mahmud Salehin hüquqlarını qorumaq adı altında Suriya torpaqlarını da Misirə qatdı. Elə həmin il batil ismaililərdən olan Süləyhi sülaləsini üzərində qələbə qazanaraq Yəməni də öz hakimiyyəti altına aldı. Cəzirə də (Dəclə və Fərat çaylarının şimal hissəsi) Əyyubilər dövlətinin əlinə keçdi.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin