Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Finikiya gəmisi (e.ə I minilliyin ortaları)



Yüklə 6,76 Mb.
səhifə5/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   2   3   4   5   6   7   8   9   ...   87
Finikiya gəmisi (e.ə I minilliyin ortaları)
Dövrümüzədək qədim yunan gəmiləri haqqında nisbətən daha çox məlumat yetişmişdir. Bu məlumatlardan ən qədimi e.ə. IV əsrin ortalarına aiddir. Söhbət Tanınmış qədin yunan natiqi Demosfenin “Leptinə qarşı nitqlər”inin birində (e.ə. 355-ci il) dəniz ticarəti və gəmilərlə daşınan çörək barədə söylədiklərindən gedir:

“Axı, yəqin ki, siz bizim xaricdən gətirilən çörəkdən hamıdan daha çox istifadə etdiyimizi bilirsiniz. Digər imperiyadan gətirilən bütün (çörəklərə) əlavə olaraq, çörək dəniz yolu ilə Pontusdan gətirilir. Bu başa düşüləndir, çünki bu, həmin ərazinin çörəklə son dərəcə zəngin olması səbəbindən deyil, həm də hökmdarı Leukonun Afinaya (çörək) aparanlara atelia verməsi və sizə üzən ilk (gəmilərin) yüklənməsi lazım olduğunu elan etməsi səbəbindən baş verir. Özü və övladları üçün (səndən) ateliaya sahib olmaqla hamınıza verdi. ... (Xüsusilə) keçən il aclıq hər yerdə olanda sənə nəinki kifayət qədər çörək göndərdi, sonra da ondan Callistenesin sərəncamında olan on beş talant pul mənfəət şəklində alındı” (Демосфен, 1994).

Belə hesab edilir ki, dənizlərə yaxınlığı, bir çox ticarət və sənətkarlıq mərkəzlərinin dəniz sahillərində əlverişli mövqelərdə yerləşməsi, eləcə də malların dəniz yolu ilə daşınmasının ucuz olması yunan emalatxanalarına lazımi xammal tədarükünü asanlaşdırır, yunan sənətkarlarına lazım olan xammal əsasən dəniz yolu ilə əldə edilirdi. Bu da dəniz ticarətinin inkişafına təkan verirdi. Dəniz ticarəti olan yerdə, təbii ki, gəmiqayırmanın olması da vacibdir.

Əski yunan gəmiləri haqqında təsəvvürlərin genişlənməsində Kiprin Girne limanının akvatoriyasında tapılan, zeytun yağı və şərab daşıdığı bilinən 14,3 m uzunluğunda və 4,3 m enində bir ticarət gəmisinin qalıqları böyük rol oynamışdır. Onun yaşının təxminən 2300 ilə bərabər olduğu bildirilir.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin